Keta
Keta | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Keta |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Keta[2] (lat. Oncorhynchus keta) — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Sakit okean sümüklüsü fəsiləsinə daxil olan növlər arasında Qorbuşadan sonra ən tez böyüyən və geniş arealda yayılmış balıqdır. Qiymətli sənaye balığı sayılır.
Təsviri
[redaktə | mənbəni redaktə et]İndiyənə kimi qeydə alınmış ən uzun balıq 100 sm uzunluğa və 15,9 kq çəkiyə sahib olmuşdur. Ömür müddəti 7 ildir[3]. Digər məlumata əsasən Alyaskada 109 sm uzunluğa və 20,8 kq çəkiyə sahib balıqlar aşkarlanmışdır.
Areal
[redaktə | mənbəni redaktə et]Bu balıqlar Sakit okean qızılbalıqları arasında ən böyük aereala malik olanlarıdır. Şimal Buzlu okeanda onlar Kolıma, İndigirka, Yana və Lena çaylarına girirlər. Kamçatka, Saxalin, Kuril adaları, Kanadada Makkenzi çayı, Kaliforniyada Monterey körfəzində yayılmışdır.
Qidalanma
[redaktə | mənbəni redaktə et]Qida rasionuna xərçəngkimilər, qnadayaq molyusklar, çəkiç balığı siyənəklər və s. daxildir.
Çoxalması
[redaktə | mənbəni redaktə et]Keçici balıqlardır və kürüləmə ərazisinə getməkdən ötrü min kilomtrlərlə üzə bilirlər. Amur limanınından Ussuri və Bikin çaylarına keçirlər. Kürüləmədən sonra balıqlar tələf olur.
Kürüləmə payızın sonları baş verir. əsasən dağ çayalında kürüləyirlər. Balaların okeanlara qədərki yolçuluqları 3 ay davam edir.
Sənaye
[redaktə | mənbəni redaktə et]Keta qiymətli sənaye balığı sayılır. 1962-ci ildə Azərbaycanda yerləşən qızılbalıq zavoduna mayalanmış kürülər gətirilmiş və həmin ilcə bu zavoddan dənizə 450 min keta buraxılmışdır. Sonrakı illərdə isə bu balıqlar Samur və Qarasu çaylarına da buraxılır. 1964-cü ildə isə Qarasudan ilk yetkin fərdlər tutulmuşdur. Ketanın Azərbaycanın çaylarına daxil olması haqqında məlumatlar vardır.
İl | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 |
Dünya üzrə ovu, min. t | 284,48 | 308,32 | 321,79 | 370,17 | 354,07 | 317,83 | 361,58 | 327,52 | 296,31 | 359,04 | 313,28 |
Rusiyadakı ovu, min. t | 30,77 | 29,65 | 37,59 | 32,08 | 30,16 | 32,94 | 48,97 | 54,27 | 63,7 | 93,73 | 88,54 |
Qırmızı kürüsü qida kimi istifadə edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ "В орфографическом и толковом словарях". 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-17.
- ↑ Froese, Rainer, and Daniel Pauly, eds. (2006). "Oncorhynchus keta" FishBase saytında. April 2006 version.
- ↑ "Мировые уловы кеты в 2000 – 2010 годах". 2013-03-10 tarixində arxivləşdirilib. на сайте NPAFC. org