Jül Vern
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Jül Vern | |
---|---|
fr. Jules Gabriel Verne | |
Doğum adı | Jules Gabriel Verne[4] |
Doğum tarixi | 8 fevral 1828[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 mart 1905[2][3][…] (77 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şəkərli diabet |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | nasir, dramaturq |
Fəaliyyət illəri | 1850-1905 |
Əsərlərinin dili | fransız dili[4] |
Janr | Elmi fantastika |
İlk əsəri | Beş həftə hava şarında |
Tanınmış əsərləri | |
Üzvlüyü | |
Mükafatları | |
Jül Vern Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Jül Qabriel Vern (fr. Jules Gabriel Verne; 8 fevral 1828[1][2][…], Nant, Fransa metropoliyası[5][6][…] – 24 mart 1905[2][3][…], Amyen[5][6][…]) — fransız yazıçı, ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biridir. Ona dünya şöhrəti gətirmiş əsərlərindən "Yerin mərkəzinə səyahət" (1864), "Kapitan Qrantın uşaqları" (1867), "20 000 lye su altında" (1870), "80 gün dünya ətrafında" (1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə almışdır. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib. Bu krater Arzular Dənizinin yanında yerləşir.
O, YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında filmlər çəkilmişdir. Jül Vern Hüqo Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının "atası" sayılır.
Uşaqlığı
[redaktə | mənbəni redaktə et]8 fevral 1828-ci il də Fransanın Nant şəhərində doğulub. Varlı bir vəkil olan Pierre Verne ilə həyat yoldaşı Sophie Henriette Allotte de la Fuyenin beş uşağından ən böyüyüdür. Qış aylarında sıx trafik bir liman şəhəri olan Nantda yaz aylarında isə Loire çayı sahilində yelkənli gəmiləri izləyərək keçirdiyi uşaqlığı, səyahət və macəra üstünə xəyallarını odladı. 12 yaşında ikən köç etmək üzrə bir gəmiyə minib evdən qaçmağa cəhd edən kiçik Jül Vern, atası tərəfindən tutulub gəmidən çıxarılır. "Bundan sonra tək xəyal dünyasında səyahət edəcəyinə" dair ailəsinə söz verdiyinə rəvayət edilər. Bu hekayənin həqiqəti haqqında şübhələr vardır. Jül Vernin dəniz və macəra ehtirasını qardaşı Paulla da paylaşırdı; Paul, sonunda bir dəniz mühəndisi oldu. Jul Vern qısa hekayələr və şeirlər yazmağa başladığı internat məktəb dövrünün ardından 1846-cı ildə atasının işini davam etdirə bilmək üçün hüquq təhsili görmək üzrə Parisə getdi.
Gənclik illəri
[redaktə | mənbəni redaktə et]Jül Vern, Parisə getdikdən sonra qısa müddətdə hüquq diplomunu aldı ancaq bu müddət içində ədəbiyyat həvəsinin hüquqa marağında daha böyük olduğunu fərqinə vardı. Əmisi vasitəsilə Paris ədəbiyyatı ilə ətraflı tanış oldu. Şəxsən tanıdığı Viktor Hüqo, Aleksandr Düma kimi yazarların təsirində teatr oyunları qələmə aldı; "Bohem bir həyat davam etdirdi". Ata-peşəsini davam etdirmək yerinə teatr və ədəbiyyata yönəlməsinə əsəbləşən atası maddi dəstəyini kəsdikdə dolanışını yazaraq qarşılamaq məcburiyyətində qaldı. Yazıçılığa, yoldaşı musiqiçi Jean Louis Aristide Hignard ilə birlikdə teatr oyunları yazaraq başladı. İlk teatr əsəri 12 iyun, 1850-ci ildə səhnəyə qoyuldu. 1852–1855-ci illərdə bir Paris teatrında katiblik etdi; komediyalar, operettalar yazdı; qısa hekayələr qələmə alıb jurnallarda yayınlamağa başladı. Çoxu Parisdə çıxan "Musée des familles" adlı jurnalda nəşr olundu. Amerikalı yazıçı Edqar Allan Ponun əsərlərini oxuduqdan sonra onun böyük bir pərəstişkarı olan Jül Vern, Po təsirindən yazılar çıxarmağa başladı. Bir gəmi ilə dünyanı gəzmiş olan Fransız səyyah Jak Arago ilə dost oldu. Bu dostluq ona, Parisdən daha geniş və maraqlı dünyalar haqqında yazılar yazması üçün ilham verdi; Fransa xaricinə heç çıxmamış olsa da xəyal gücünü istifadə edərək, başqa dünyaları izah etdi.
Səyahətləri
[redaktə | mənbəni redaktə et]Jül Vern 1859-cu və 1861-ci ildə yoldaşı Aristide Hiqnard ilə etdiyi ilk xarici səyahətlərində sonra 1867-ci ildə qardaşı Paul ilə birlikdə Amerika qitəsinə səyahət etdi. Vernenin bu səyahətinin 26 günü gəmidə keçmiş oldu. Yalnız səkkiz günündə Nyu-Yorku və Niaqara Şəlaləsini görə bildi. Ancaq bu səfər, "Üzən Şəhər" adlı kitabına "20 000 lye su altında" adlı romanındakı çox fikirə ilham təmin etdi. Yazar, 1872-ci ildə həyat yoldaşının doğulduğu şəhər olan Amiensə yerləşdi. Kitablarından əldə etdiyi qazancla "St. Michel" adı verdikləri bir yaxta aldı və öz həyatında da kitablarındakı kimi macəralar yaşamaq üzrə yaxta ilə səyahətlərə çıxdı. Səyahətləri yeni kitabları üçün ilham təmin etdi. 1872-ci ildə London və Vulidç, 1871–1873-cü illər arasında nəşiri Hertzelin dəvətiylə Manş Adalarına gəzintilər etdi, 1876-cı ildə İngiltərə sahillərini gəzdi. 1878-ci ildə yaxta ilə uzun bir gəzintiyə çıxaraq Lissabon, Tanca və Cəbəllütariqi gəzdi. 1881-ci ildə Hollandiya, Danimarka, Almaniyanı ziyarət etdi. 1884-cü ildə yenidən yaxtla Aralıq dənizi gəzintisinə çıxaraq Əlcazair, Malta, İtaliyanı gəzdi. 1883-cü ildə nümayiş və məkan olaraq Osmanlı torpaqlarını seçdiyi "İnadçı Keraban" adlı kitabındakı ətraflı İstanbul təsvirlərindən ötəri yazarın Türkiyəyə də səyahət etmiş olduğu düşünülür ancaq bunun da Vernenin həqiqətdə heç Türkiyədə olmadığı, bunun da onun haqqındakı əfsanə və söz-söhbətlərdən biri olduğu deyilər.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Jül Vern ümumilikdə 66 romanın (bunlardan üçü – "Keşiş 1839-cu ildə" (1991), "Robinzon dayı" (1991) və əfsanəvi "Paris XX əsrdə" (1994) ölümündən sonra nəşr edilmişdir), 20-dən artıq povest və hekayənin, 30-dan artıq pyes və bir neçə elmi və sənədli işin müəllifidir.
Jül Vern özünün "Sen-Mişel I", "Sen-Mişel II" və "Sen-Mişel III" yaxtalarında səyahətlərə çıxmış, 1859-cu ildə İngiltərə və Şotlandiyaya, 1861-ci ildə Skandinaviyaya səfər etmişdir.
1867-ci ildə "Greyt İstern" paroxodunda ABŞ-yə səyahət etmiş, Nyu-Yorkda və Niaqara şəlaləsində olmuşdur.
1878-ci ildə "Sen-Mişel III" yaxtasında Aralıq dənizi boyunca böyük səyahətə çıxmış, Lissabon, Tanjer, Cəbəllütariq və Əlcəzairdə olmuşdur. 1879-cu ildə həmin yaxtası ilə yenidən İngiltərə və Şotlandiyada olmuşdur. 1881-ci ildə Niderland, Almaniya və Danimarkaya səfər etmişdir.
1884-cü ildə son böyük səyahətinə çıxmış, "Sen-Mişel III" yaxtasında Əlcəzairdə, Malta, İtaliya və digər Aralıq dənizi ölkələrində olmuşdur. Bu səfərlərin bir çoxu sonradan onun bir sıra məşhur əsərlərinin süjet xəttini təşkil etmişdir – "Üzən şəhər" (1870), "Qara Hindistan" (1877), "Yaşıl şüa" (1882), Lotereya bileti (1886) və s. Onun "Klodius Bombarnak" əsərində Azərbaycan, Bakı və Xəzər dənizi təsvir olunmuşdur.
Jül Vernin bir neçə tarixi romanı da var. "Arxipelaq alovlanır" əsəri onun tarixi romanlarının zirvəsi hesab olunur.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- "Yerin mərkəzinə səyahət" (1864)
- "Kapitan Haterasın səyahət və macəraları" (1865)
- "Yerdən Aya" (1865)
- "Kapitan Qrantın uşaqları" (1867)
- "Ay ətrafında" (1869)
- "20 000 lye su altında" (1870)
- "80 gün dünya ətrafında" (1872)
- "Sirli ada" (1874)
- "Mixail Stroqov" (1876)
- "On beş yaşlı kapitan" (1878)
- "İstilaçı Robur" (1886) və başqaları
- "İki il məktəb tətili"
- "Xanım Branican"
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Jül Vern. İyirmi min lye su altında /Tərcümə edənləri: M. Təhmasib, M. Mustafayev.- Bakı: Şərq-Qərb, 2006.- 416 s.
- Jül Vern. Arxipelaq alovlanır /Rus dilindən tərcümə ed. və ön sözün müəll. Ə. Ağayev.- Bakı: Şərq-Qərb, 2006.- 416 s.
- Jül Vern. Kapitan Qrantın uşaqları /Tərcümə edəni: Cabbar Məcnunbəyov; Ön sözün müəllifi: Əziz Gözəlov..- B.: Öndər , 2004.-552 s.
- Jül Vern. Sirli ada /tərc. ed. İ. Nəfisi, Z. Adbullayev, Ə. Məmmədxanlı; ön söz. C. Nağiyev.- B.: Şərq-Qərb, 2007.- 528 s.
- ↑ 1 2 Jules Gabriel Verne // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
- ↑ 1 2 3 4 Evans A. B. Jules Verne // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Jules Verne // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Bibliothèque nationale de France Record #11928016k // BnF catalogue général (fr.). Paris: BnF.
- ↑ 1 2 3 4 Наркевич А. Ю. Верн Жюль // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1971. Т. 4 : Брасос — Веш. С. 536.
- ↑ 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
- 8 fevralda doğulanlar
- 1828-ci ildə doğulanlar
- Nantda doğulanlar
- 24 martda vəfat edənlər
- 1905-ci ildə vəfat edənlər
- 77 yaşında vəfat edənlər
- Paris Universitetinin məzunları
- "Fəxri Legion" ordeni zabitləri
- Fəxri Legion ordeninin kavalerləri
- Əlifba sırasına görə yazıçı və şairlər
- Fransa yazıçıları
- Fransa dramaturqları
- Fransız yazıçılar