Frederik Qriffit
Frederik Qriffit | |
---|---|
Doğum tarixi | 1877[1] və ya 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 17 aprel 1941[2] |
Vəfat yeri |
|
Təhsili | |
Fəaliyyəti | bioloq, həkim, patoloq |
Frederik Qriffit (ing. Frederick Griffith, 1877[1] və ya 1879, London – 17 aprel 1941[2], London) — ingilis həkim və genetik. Alim 1928-ci ildə, günümüzdə Qriffit təcrübəsi olaraq bilinən sınaqlarda, öz adlandırmasıyla transformasya prinsipi (ing. transforming principle), yəni bu gün DNT adı ilə bilinən maddəni kəşf etmişdir. Müasir molekulyar biologiyanın təməlinin kəşflə atıldığı qəbul olunur.
Həyatı
[redaktə | mənbəni redaktə et]1879-cu ildə İngiltərədə anadan olub. Liverpul Universitetində təhsil alıb. 1910-cu ildə Böyük Britaniya Səhiyyə Nazirliyində işə qəbul olub.
Qriffit təcrübəsi
[redaktə | mənbəni redaktə et]1928-ci ildə Frederik Qriffit pnevmoniyaya (Ağciyər iltihabı) səbəb olan bakteriyalar — pnevmokokları tədqiq etmiş və kapsulalı pnevmokokların ağciyər iltihabına səbəb olduğunu (çünki kapsula bakteriyanı immun sistemindən qoruyur), kapsulasızların isə ağciyər iltihabını yaratmadığını aşkar etmişdir.
Şərti olaraq, kapsulalı bakterya xəttini PV kimi qeyd edək (Pneumania — ağciyər iltihabı və Virulent — virulent, yəni xəstəliyi yaradan), kapsulasızları isə NV (Nervulent — qeyri-virulent) kimi qeyd edək.
- Qriffit sınağın birinci mərhələsində təcrübə siçanlarının bir qrupuna canlı NV bakteriyaları ilə dolu məhlulu daxil etdi. Heyvanlar sağ qaldılar.
- Siçanların ikinci qrupuna canlı PV bakteriyalarını daxil etdi. Yoluxmuş siçanlar bir neçə gündən sonra xəstələnib öldülər.
- Qriffit sınağın növbəti mərhələsində əvvəlcə PV bakteriyalarını yüksək temperaturun təsiri ilə öldürdü və bakteriyalardan ibarət maddəni siçanların bədəninə yeritdi. Siçanlar xəstələnmədilər.
- Bundan sonra siçanların bədəninə eyni zamanda ölü PV və canlı NV bakteriyalardan ibarət maddəni yeritdi. Siçanlar xəstələndilər və öldülər. Qriffit ölmüş heyvanların bədənindən bakteriyaları çıxardı və aşkar etdi ki, NV bakteriyalarında PV-də olan kapsula əmələ gəlmişdir.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Frederick Griffith // Biodiversity Heritage Library. 2006.
- ↑ 1 2 https://doi.org/10.1099/00221287-45-3-385.
- ↑ Gürcüstan Respublikası 11-ci sinif biologiya dərsliyi, səhifə 19 ("Sakartvelos Matsne" nəşriyyatı)