Ana səhifə
Naviqasiyaya keç
Axtarışa keç
Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan
Vikipediyaya xoş gəlmisiniz!
Hal-hazırda Azərbaycanca Vikipediyada 200.583 məqalə mövcuddur.
Həftənin seçilmiş məqaləsi
Qarabağ xanlığı — 1748–1822-ci illərdə mövcud olmuş xanlıq. Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi. Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı. |
Həftənin yaxşı məqaləsi
Uduq — qədim Mesopotamiya mifologiyasından bəzən xeyir, bəzən də şər qüvvə hesab edilən qeyri-müəyyən demonlar sinfi. Ekzorsizm mətnlərində bəzən "xeyir uduğu" "şər uduğu"na qarşı çağırılır. Bu ümumiyyətlə qeyri-müəyyən bir sözdür və bəzən müəyyən bir cin növünə deyil, bütövlükdə cinlərə xitab etmək üçün istifadə olunur. Uduğun heç bir vizual təsviri hələ müəyyən edilməmişdir, lakin adətən onun digər qədim Mesopotamiya cinlərində olduğu kimi qaranlıq kölgədən ibarət olması, onu əhatə edən işığın olmaması, zəhər və karedici səsə sahib olduğu bildirilir. Salamat qalmış qədim Mesopotamiya mətnlərində şər uduqlarını qovmaq üçün "Uduq-hul" mətnləri kimi tanınır. Bu mətnlərdə şər uduğun xəstəlik törətməkdə oynadığını rolu və xəstəliyin sağalmasında şeytan çıxaranın əhəmiyyəti vurğulanır. |
Həftənin seçilmiş siyahısı
"Heydər Əliyev" ordeni ilə təltif edilənlərin siyahısı — Azərbaycanın ən ali dövlət təltifi. Orden Azərbaycan Milli Məclisinin 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilən və 2005-ci il aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təsis edilmişdir. 2005-ci ildən bu yana 26 nəfər bu ordenlə təltif edilmişdir. "Heydər Əliyev" ordeni ilə təltif edilən 26 nəfərdən 10 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. Ordenlə təltif edilənlərdən 14 nəfəri, təltif edilən zaman dövlət başçısı idilər. Ordenlə təltif edilən 26 nəfərdən cəmi 2 nəfəri qadındır — Mehriban Əliyeva və Zeynəb Xanlarova. "Heydər Əliyev" ordeni ilə təltif edilənlərdən ən gənci İlham Əliyev (43 yaşında), ən yaşlısı isə İhsan Doğramacı (90 yaşında) idi.
Xəbərlər
- Suriyalı müxaliflərin Hələb şəhərinə başlatdığı irimiqyaslı hücum nəticəsində hökümət qüvvələri şəhəri tərk edib, şəhərin böyük qismi müxaliflər tərəfindən ələ keçirilib.
- Beynəlxalq Cinayət Məhkəməsi Fələstində davam edən müharibə ilə bağlı cinayətləri araşdırarkən İsrailin Baş naziri Benyamin Netanyahu (şəkildə) və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verib.
- Bakıda keçirilən COP29 yekunlaşıb.
Aktual hadisələr: Suriyada vətəndaş müharibəsi • HƏMAS–İsrail müharibəsi • İsrail–Hizbullah münaqişəsi • Rusiya–Ukrayna müharibəsi • Sudanda vətəndaş müharibəsi
Son ölümlər: İsrael Vaskes, Nils Arestrup, Səmayə Piriyeva, Şahzadə Mikasa, Aleksey Zimin, Marko Anqulo
Bilirsinizmi…
- ... ki, Türkiyədə yerləşən Keloğlan mağarası (şəkildə) əsasən keçəl və saçı tökülən şəxslər tərəfindən ziyarət olunur?
- ... ki, Çinin Dunyan şəhərinə aid ənənəvi tuntszıdan yeməyi bakir oğlan sidiyində qaynadılmış yumurtalardan hazırlanır?
- ... ki, Yaponiyanın ənənəvi limonad çeşidi ramune 1885-ci ildə vəbanın qarşısını alan müalicəvi içki kimi təqdim olunmuşdur?
- ... ki, İosip Broz Titonun sovet və ABŞ filmlərinin Yuqoslaviyada nümayiş etdirilməsini istəməməsi Meksika musiqisinə əsaslanan Yu-Meks musiqi üslubunun yaranmasına səbəb olub?
- ... ki, "Sex with Hitler" videooyunu Adolf Hitleri iki xaya ilə təsvir etdiyi üçün tənqid olunub?
Tarixdə bu gün
- 1904 — Yaponiya Port-Arturda rus donanmasını məğlub etmişlər.
- 1933 — ABŞ-da "quru qanun" ləğv edilib, spirtli içkilər leqallaşdırılmışdır.
- 1936 — SSRİ VIII Fövqəladə sovetlər qurultayı başa çatmış, SSRİ-nin yeni Konstitusiyası qəbul edilmişdir.
- 1946 — Nyu-York şəhəri BMT-nin daimi qərargahı seçilmişdir.
- 1962 — ABŞ və Sovet İttifaqı Sakit okean hövzəsinin birgə istifadəsinə qərar vermişlər.
- 1989 — Marqaret Tetçer yenidən Mühafizəkar Partiyanın lideri seçilmişdir.
- 1995 — Fransa yenidən NATO-nun tərkibinə qayıtdığını elan etmişdir.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikidata Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi