Frederik Jolio-Küri
Frederik Jolio- Küri | |
---|---|
fr. Frédéric Joliot-Curie | |
| |
Doğum adı | Jean Frédéric Joliot |
Doğum tarixi | 19 mart 1900[2][3][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 14 avqust 1958[4][2][…] (58 yaşında) |
Həyat yoldaşı |
|
Uşaqları | |
Elm sahələri | Nüvə fizikası, təbiət elmləri[1], fizika[1], kimya[1] |
İş yeri | Institut du Radium |
Alma-mater | ESPCI ParisTech |
Təhsili |
|
Tanınmış yetirməsi | Toşiko Yuasa |
Tanınır | Atom nüvəsi üzərində araşdırmaları |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Frederik Jolio-Küri(fr. Jean Frédéric Joliot; 19 mart 1900[2][3][…], Parisin 16-cı dairəsi[d][6][7] – 14 avqust 1958[4][2][…]) — fransız fizik, Nobel mükafatı laureatı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Frederik Jolio- Küri 1900- cü il martın 19-u Parisdə tacir ailəsində dünyaya göz açıb. Atası Henri Jolio, anası isə Emili Roderer idi.
O Paris kimya və fizika məktəbinin məzunu olmuşdur.1925-ci ildə Radium İnstitununda İren Jolio-Küri ilə birlikdə Mariya Kürinin laborantı olmuştur.1926-cı ildə İren Jolio-Küri ilə evlənmişdir. Məhz evliliklərindən sonra ikisi də soyadlarını Jolio-Küri olaraq dəyişdirmişlər. 1930-cu ildə radioaktiv elementlərin elektrokimyası sahəsində doktorluq dərəcəsi almışdır.1940-cı ildə II Dünya müharibəsi zamanı Fransa savaşında Jolio öz elmi işlərinin sənədlərini Hans von Halban və Lev Kovarski ilə birlikdə İngiltərəyə qaçırmağa müvəffəq olmuşdur. Fransa Müqavimət Hərəkatı zamanı milli cəbhəyə üzv olmuşdur.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Frederik Jolio- Küri həyat yoldaşı ilə birlikdə süni radioaktivliyi kəşf etmişlər.
Jolio-Küri ailəsi Bor və alüminiumu alfa-zərrəciklərlə bombardman etməklə onlar ilk dəfə 1932-ci ildə Amerikalı fizik Karl D.Anderson tərəfindən kəşf olunmuş pozitronların (bütün digər münasibətlərdə mənfi yüklü elektronları xatırladan müsbət yüklü zərrəciklər) alınmasını öyrəndilər. Bu kəşfə görə onlar 1935-ci ildə Nobel mükafatı almışlar.
II Dünya müharibəsidən sonra Fransa Milli Elmi Araşdırma Mərkəzində işə başlamışdır. 1948-ci ildə Fransa atom reaktorunun yaradılmasında iştirak etmişdir. 1950-ci ildə siyasi səbəblərdən- kommunist olduğundan bu vəzifə əlindən alınmışdır. 1951-ci ildə Leni sülh ordeni ilə təltif olunmuşdur.
Ölümü
[redaktə | mənbəni redaktə et]Frederik Jolio- Küri 1958- ci il avqustun 19 Parisdə vəfat etmişdir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Jean Frédéric Joliot // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
- ↑ 1 2 Шаскольская М. П. Жолио-Кюри Фредерик // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1972. Т. 9 : Евклид — Ибсен. С. 230.
- ↑ 1 2 https://www.academie-sciences.fr/fr/Liste-des-membres-depuis-la-creation-de-l-Academie-des-sciences/les-membres-du-passe-dont-le-nom-commence-par-j.html.
- ↑ 1 2 Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
- ↑ 1 2 Archives de Paris. burax. 345.
- 19 martda doğulanlar
- 1900-cü ildə doğulanlar
- Parisdə doğulanlar
- 14 avqustda vəfat edənlər
- 1958-ci ildə vəfat edənlər
- 58 yaşında vəfat edənlər
- London Kral Cəmiyyətinin üzvləri
- Fransa Elmlər Akademiyasının üzvləri
- SSRİ Elmlər Akademiyasının üzvləri
- Macarıstan Elmlər Akademiyasının üzvləri
- Niderland Kral İncəsənət və Elmlər Akademiyasının üzvləri
- 1939–1945 Fransa hərbi xaçı ilə təltif olunanlar
- 1-ci dərəcəli "Əmək bayrağı" ordeni ilə təltif olunanlar
- "Fəxri Legion" ordeninin komandorları
- "Fəxri Legion" ordeni zabitləri
- Fəxri Legion ordeninin kavalerləri
- Polşanın İntibah ordeninin ulduzlu komandoru kavalerləri
- Kimya üzrə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- Fransalı Nobel mükafatı laureatları
- London Kral Cəmiyyətinin əcnəbi üzvləri