Ernest Rezerford

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ernest Rezerford
ing. Ernest Rutherford[1]
Doğum tarixi 30 avqust 1871(1871-08-30)[1][3][…]
Vəfat tarixi 19 oktyabr 1937(1937-10-19)[4][5][…] (66 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahələri fizika[1], Nüvə fizikası[1], kimya, Radioaktivlik[2]
Elmi dərəcələri
İş yerləri
Təhsili
Elmi rəhbərləri Cozef Con Tomson[13]
Tanınmış yetirmələri Nils Bor[1], Pyotr Kapitsa, Patrik Blekett, Hans Geyger, Frederik Soddi, Ceyms Çedvik, Edvard Viktor Appleton[d], Otto Han
Üzvlüyü
Mükafatları Cəngavər bakalavrı
Kimya üzrə "Nobel" mükafatı "Kopli" medalı
"Xidmət" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ernest Rezerfordun gerbi

Ernest Rezerford (ing. Ernest Rutherford; 30 avqust 1871[1][3][…]19 oktyabr 1937[4][5][…], Kembric[10][11]) — Yeni Zelandiyalı fizik, atomun planetar modelinin müəllifi. 1908-ci il kimya üzrə Nobel mükafatı laureatı. Nüvə fizikasının "atası" hesab olunur.

Ernest Rezerford Şotlandiyadan Yeni Zelandiyaya köçüb gəlmiş fermer Ceyms Rezerfordun ailəsində, Yeni Zelandiyanın Nelson şəhəri yaxınlığındakı Sprinq-Qruv (hal-hazırda Braytvoter) adlanan yerdə dünyaya gəlmişdir. Anası Marta Tomson İngiltərənin Esseks əyalətindən idi. İlk ibtidai təhsilini əvvəlcə Havlok məktəbində, daha sonra Nelson kollecində almışdır. İbtidai təhsilini uğurla tamamalyan Ernest təhsilini Yeni Zelandiya Universitetinin Kanteberi kollecində davam etdirmık hüququ əldə edir. Universitet illərdinə o yerli tələbə debat cəmiyyətinin sədri olur.

1895-ci ildə bakalavrmagistr dərəcələrini alan Ernest daha iki il elektrik texnologiyaları sahəsində tədqiqatlarla məşğul olduqdan sonra doktorluq dərəcəsi almaq məqsədilə İngiltərəyə yollanır. Kembric Universitetinin nəzdində fəaliyyət göstərən Kavendiş laboratoriyasında çalışır. Bu illərdə o toriumuran elementlərinin buraxdığı radiasiyanın iki növünü – alfabeta radiasiyanı kəşf edir.

1898-ci ildə Kanadanın Monreal şəhərinin Makgill Universitetində işləməyə başlayır. Məhz bu universitetdə apardığı tədqiqatlar ona 1908-ci ilin kimya üzrə Nobel mükafatını gətirir. Ernest Rezerford radioaktivliyin atomun öz-özünə parçalanması olduğunu nümayiş etdirir. O, radioaktiv materialın yarısının parçalanmasına eyni zaman intervalının lazım gəldiyini göstərir və bu sabit parçalanma sürətini saat kimi istifadə etməklə sonralar Yerin əsl yaşını təyin etməyəyə böyük töhfə vermiş olur.

1907-ci ildə Rezerford Mançester Universitetinin fizika kafedrasına gəlir. Burada Hans Geiger və Ernest Marsdenlə birgə tədqiqatlar apararaq atomun nüvə təbiətini müəyyən edir. Bu tədqiqatların interpretasiyası ona özünün planetar modelini irəli sürməyə imkan verir. Rezerford modelində atom müsbət yüklü nüvə və nüvə ətrafında hərəkət edən elektronlardan ibarət idi. Rezerford 1919-cu ildə nüvə reaksiyası vasitəsilə bir kimyəvi elemeneti (azotu) başqa bir kimyəvi elementə (oksigenə) çevirmiş ilk fizik olur – 14N(α,β)170. 1921-ci ildə Nils Borla birgə çalışdığı müddətdə Rezerford müsbət yüklü protonların bir-birini itələmə effektini kompensasiya etməklə nüvənin cəzbetmə qüvvəsni təmin edən və beləliklə nüvəni parçalanmadan saxlayan neytronlar haqqında fərziyyə irəli sürür. Bor hesab edirdi ki, elektronlar nüvə ətrafında spesifik orbitlər üzrə hərəkət edir. Rezefordun neytronlar haqqındakı nəzəriyyəsi 1932-ci ildə Ceyms Çadvik tərəfindən sübuta yetirilir və Çadvik bu kəşfinə görə 1935-ci il Nobel mükafatına layiq görülür.

Ernest Rezerford 1937-ci ildə vəfat etmişdir və Vestminster Abbatlığında İ.Nyuton, Ç.Darvin, M.Faradey, C.C.Tomsonun yanında dəfn edilmişdir. Rezerfordium kimyəvi elementi (104-cü element) 1997-ci ildə onun şərəfinə adlandırılmışdır.

Elmi fəaliyyəti və ixtiraları

[redaktə | mənbəni redaktə et]

Rezerford müəyyən etdi ki, elektromaqnit dalğalarının olmasını dəmirin maqnitsizləşməsi ilə aşkar etmək olar. Bu, iyirmi üç yaşlı Rezerfordun ilk və həqiqi kəşfi idi.

1895-ci ilin payızında Rezesford İngiltərənin elmi mərkəzi olan Kembricə gəlir və burada dahi ingilis fiziki Cozef Con Tompsonun rəhbərliyi altında Kavendiş laboratoriyasında çalışır.

Rezerford elektromaqnit dalğaları sahəsində öz işlərini davam etdirir və 1896-cı ildə o, üç kilometr məsafə ilə radioəlaqə yarada bilir. Radioəlaqənin praktiki tərəfi onu az maraqlandırırdı, və odur ki, o, bu sahədə öz tədqiqatlarını dayandırır və ötürücünü italyan mühəndis Q. Markoniyə hədiyyə edir.

Bu zaman Rezerford C.C. Tomson ilə birlikdə müxtəlif üsullarla, o cümlədən Rentgen şüaları ilə havanın və qazların ionlaşmasını öyrənir.

1896-cı ildə Bekkerel radioaktivliyi kəşf etdikdən sonra Rezerford Rentgen və Bekkerel şüalarının müqayisəsi ilə məşğul olur.

1898-ci ildə o, Monrealda (Kanada) Mak-Qillak Universitetində fizika professoru vəzifəsi alır və həmin ilin sentyabrında Kanadaya köçür. Rezerford həmin universitetdə 1907-ci ilə qədər çalışır və çoxlu sayda əhəmiyyətli kəşflər edir.

1898-ci ildə Reserford uran şüalanmasının tədqiqinə başlayır və bu işin nəticələri 1899-cu ildə “Uranın şüalanması və onun yaratdığı elektrik keçiriciliyi” adlı məqalədə verilir. Maqnit sahəsində uran şüalarını tədqiq edərək Rezerford müəyyən edir ki, şüalar iki tərkib hissəsinə malikdir. Bir tərəfə əyilən və kağız vərəqi ilə asan udulan birinci hissəni o, alfa-şüalar adlandırır, ikinci -əks tərəfə əyilən və yüksək nüfuzetmə qabiliyyətinə malik şüanı isə beta- şüalar adlandırır. 1900-cü ildə Villar tərəfindən uran şüalarının heç bir tərəfə əyilməyən üçüncü komponenti – daha güclü nüfuzetmə qabiliyyətli qamma-şüaları kəşf edildi.

1900-cü ildə toriumun radioaktivliyinin öyrənilməsi ilə məşğul olan Rezerford sonralar radon adlanan yeni qazı kəşf etdi İngilis fiziki və kimyaçısı Frederik Soddi ilə birlikdə Rezerford 1902-1903-cü illərdə radioaktiv parçalanma nəzəriyyəsini işləyib hazırladı və radioaktiv çevrilmələr qanununu müəyyən etdi. Rezerford transuran elementlərinin mövcudluğu haqqında əvvəlcədən söyləmişdi.

Monrealda Rezerfordun 9 illik yaradıcılığının nəticəsi olaraq 50-dən çox elmi məqalə çap olunmuşdu və radioaktivlik haqqında elmə məlum olan bütün bilikləri ümumiləşdirən “Radioaktivlik” kitabı nəşr edilmişdi.

Bu tədqiqatlar Rezerfordu məşurlaşdırır və o, Mançest Universitetinin fizika kafedrasına professor və fizika laboratoriyasına direktor vəzifəsinə dəvət olunur.

1907-ci ilin mayın 24-də Rezerford Avropaya qayıdır və hələ Kanadada olarkən başladığı işi, alfa-hissəciklərin təbiətini və onların maddələrdən keçməsini araşdırmaqda davam edir elementlərin çevrilmələri və radioaktiv maddələrin kimyası sahəsində tədqiqatlarına görə 1908-ci ildə ona kimya üzrə Nobel mükafatı verilir.

Mançestrdə Rezerford dünyanın bir çox ölkələrindən olan məşhur tədqiqatçılar kollektiv yaradırlar.

Bu alimlər arasında alman fiziki Hans Heyqer, ingilis fiziki Henri Mozli, Yeni Zeland fiziki, o dövrdə son kurs tələbəsi olan Ernest Marsden və digər alimlər də vardı. Kollektiv elmi yaradıcılıq atmosferində Rezerfordun ən məşhur kəşflərini etmişdi. 1908-ci ildə o, Heyqer ilə birlikdə ayrı-ayrı yüklənmiş hissəcikləri qeydə almaq üçün cihaz yaratdı və bu cihaz “Heyqer hesablayıcısı” adlandı. 1909-cu ildə Rezerford alfa-hissəciklərin təbiətini aydınlaşdırdı: bu hissəciklər ikiqat ionlaşmış helium atomlarıdır. 1911-ci ildə tələbələri Marsden və Heyqerin apardıqları təcrübələrin nəticələrinə əsaslanaraq müxtəlif elementlərin atomlarının alfa-hissəcikləri səpələmə qanununu müəyyən etdi və nəticədə 1911-ci ilin mayında o, atomun yeni-planetar modelini təklif etdi. Bu modelə əsasən atom Günəş sisteminə bənzəyir: mərkəzdə ağır, diametri 10-12sm olan müsbət yüklü nüvə yerləşir və onun ətrafında dairəvi orbitlər üzrə mənfi yüklənmiş elektronlar fırlanır. Atom nüvəsində yerləşən müsbət elementar yüklərin sayı D.İ. Mendeleyevin cədvəlində elementin sıra nömrəsinə uyğun gəlir. Atomun elektron təbəqəsində elektronların sayı nüvədəki müsbət yüklü hissəciklərin sayına bərabər olduğundan atom bütövlükdə elektroneytraldır.

Rezerford “Artıq mən bilirəm ki, atom necədir” deyənə qədər Marsden və Heyqer alfa-hissəciklərin zorla görünən 2 milyondan çox işartılarını qeydiyata almış və saymışdı.

1912-ci ildə Mançestrə məşhur danimarka fiziki Nils Bor gəlir. O, atomun planetar modelinin ziddiyyətlərini aradan qaldırmağa müvəffəq olur. Onun işlərinin nəticəsində atomun Rezerford-Bor modeli yarandı ki, bu da kvant və nüvə fizikasının başlanğıcını qoydu.

1914-cü ildə Reserford atom nüvələrinin süni çevrilmələri haqqında ideyanı irəli sürdü. Amma başlayan Birinci Dünya Müharibəsi tədqiqatları dayandırdı və mehriban tədqiqat kollektivini müxtəlif, biri-birinə düşmən olan ölkələrə səpələdi.

Rezerford özü hərbi tədqiqatlara cəlb olundu və alman sualtı gəmiləri ilə akustik mübarizə metodlarının işlənib hazırlanması ilə məşğul oldu.

1915-ci ildə 28 yaşında Henri Mozli-Rezerfordun ən yaxşı tələbələrindən biri olan və rentgen şüalarının spektroskopiyasını kəşf edən gənc alim öldürülür.

Ceyms Çedvik almanlara əsir düşür. Marsden Fransada döyüşürdü, Nils Bor isə Kopenhagenə qayıdır. Yalnız, müharibə qurtardıqdan sonra Reserford öz tədqiqatlarını bərpa edir.

1919-cu ildə Rezerford Kembricə gedərək Kembric Universitetinin professoru vəzifəsini tutur və Kevendiş laboratoriyasının direktoru təyin olunaraq öz müəllimi C.C. Tompsonu əvəz edir. Alim bu vəzifədə ömrünün sonuna qədər çalışır. Davam etdirilən tədqiqatlar çox yüksək nəticələr verir: azotun oksigenə çevrilməsinin süni nüvə reaksiyası həyata keçirilir ki, bu da müasir nüvə fizikasının əsasını qoyur. 1920-ci ildə Rezerford neytronun – neytral və kütləsi hidrogenin nüvəsinə bərabər olan hissəciyin mövcudluğu haqqında fikir söyləyir. Belə hissəcik 1932-ci ildə onun tələbəsi Çedvik tərəfindən müəyyən edilmişdir.

1921-ci ildə Kembricə Rezerfordun yanına gənc sovet fiziki Pyotr Leonidoviç Kapitsa gəlir və orada 13 il işləyir. O, Rezerfordun aktiv əməkdaşı və dostu olur, öz müəlliminin etimadını doğruldur.

Rezerford dünyanın bütün elmlər akademiyalarının üzvü idi.

O, 1925-ci ildən 1930-cu ilə qədər London Kral Cəmiyyətinin prezidenti olur. 1931-ci ildə o, baron titulu alır və Nelsonun lordu olur. Dahi eksperimentator öz elmi xidmətlərinə görə elm dünyasının bütün təltiflərinə layiq görülür.

Ernest Rezerford 1937-ci ilin oktyabrın 19-da 66 yaşında vəfat edir.

Ernest Rezerford dünyada ən məşhur və hörmətli alimlərdən biridir. 1914-cü ildə V Corc (George) Rezerforda, zadəgan-bakalavr zadəgan titulunu vermiş, 1925-ci ildə onu Ləyaqət Ordeninə qəbul etmiş, 1931-ci ildə isə baron titulunu vermişdir.

Ernest Rezerfordun şərəfinə adlandırılmışdır:

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 Ernest Rutherford.
  2. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  3. 1 2 Lundy D. R. Ernest Rutherford, 1st and last Baron Rutherford of Nelson // The Peerage (ing.).
  4. 1 2 Капица П. Л. Резерфорд Эрнест // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1975. Т. 21 : Проба — Ременсы. С. 582.
  5. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  6. 1 2 3 4 5 6 7 8 Earnest Rutherford.
  7. 1 2 Ernest rutherford.
  8. 1 2 www.pas.va (ing.).
  9. 1 2 NNDB (ing.). 2002.
  10. 1 2 www.accademiadellescienze.it (it.).
  11. 1 2 Badash L. Ernest Rutherford // Encyclopædia Britannica (ing.).
  12. http://www.westminster-abbey.org/our-history/famous-people?collection=wma-people&query=ernest+rutherford.
  13. Mathematics Genealogy Project (ing.). 1997.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]