Convair B-36 Peacemaker
Naviqasiyaya keç
Axtarışa keç
Convair B-36 Peacemaker | |
---|---|
Tipi | Strateji bombardmançı təyyarə |
Hazırlayan | Ted Hall |
İstehsalçı | Convair |
İlk uçuş | 8 avqust 1946 |
İstismara verilmə tarixi | 1949 |
İstimarının bitmə tarixi | 1959 |
Status | Hal-hazırda istifadə edilmir |
İstismarçılar | |
Buraxılış sayı | 384 |
Vahidinin qiyməti | 4.1 milyon $ (B-36D) |
Variantları |
Convair YB-60 Convair XC-99 |
Vikianbarda əlaqəli mediafayllar |
Convair B-36, USAF üçün Convair tərəfindən istehsal edilən bir strateji bombardmançıdır. Bu təyyarə, qitələrarası missiyaları icra edə biləcək ilk əməliyyat bombardmançısıdır. Qeyri-rəsmi ləqəb olaraq təyyarəyə “Peacemaker” (Sülhməramlı) ləqəbi seçilmişdir. B-36 ilk termonüvə bombası daşıyıcısıdır. Kütləvi istehsala cəlb edilmiş olan ən böyük porşen mühərrikli təyyarədir. Bundan əlavə, B-36 daha böyük yük təyyarələrinin mövcud olmasına baxmayaraq indiyə qədər inşa edilmiş olan ən böyük döyüş təyyarəsidir. 10.000 km-dən çox əməliyyat mənzilinə və 32 tondan çox bomba daşıya bilmək qabiliyyəti ilə Boeing B-52 Stratofortress və Rockwell B-1 Lancer kimi müasir uzun məsafəli bombardmançıların əcdadıdır.