Məzmuna keç

Ceyms Çadvik

Vikipediya, azad ensiklopediya
(Ceyms Çedvik səhifəsindən yönləndirilmişdir)
Ceyms Çadvik
ing. James Chadwick
Doğum tarixi 20 oktyabr 1891(1891-10-20)[2][3][…]
Vəfat tarixi 24 iyul 1974(1974-07-24)[4][2][…] (82 yaşında)
Vəfat yeri
Elm sahələri fizika[1], neytron[1], Radioaktivlik[1]
Elmi dərəcələri
İş yerləri
Təhsili
Elmi rəhbəri Ernest Rezerford
Üzvlüyü
Mükafatları Cəngavər bakalavrı (Birləşmiş Krallıq) — 1945 Companion of Honour — 1970 İncəsənət və elm sahəsində Pour le Mérite ordeni (Prussiya)
Fizika üzrə Nobel mükafatı (İsveç) — 1935 "Kopli" medalı (Birləşmiş Krallıq) — 1950
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyms Çadvik (20 oktyabr 1891[2][3][…]24 iyul 1974[4][2][…], Kembric) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1927). Nobel mükafatı laureatı (1935). Ernest Rezerfordun şagirdi.[7]

MançesterKembric universitetlərini bitirmişdir. Kembric Universitetində dərs demiş və Kavendiş laboratoriyasının direktor müavini (1923– 35), Liverpul Universitetinin professoru (1935–48) olmuşdur. Əsas işləri atom nüvəsi fizikasına aiddir. 1914-cü ildə beta-şüalanmanın kəsilməz enerji spektrini kəşf etmişdir. İlk işləri radioaktivliyə həsr olunmuşdur.[7]

Kavendiş laboratoriyası fizikanın bəzi böyük kəşflərinin məkanı idi. 1874-cü ildə Dyuk Devonşir tərəfindən təsis edilib (Kavendiş ailəsinin adı idi), ilk professor isə Ceyms Clerk Maksvell idi.

1920-ci ildə eksperimental olaraq nüvənin yükünün elementin sıra nömrəsinə bərabər olmasını təsdiq etmişdir. Alfa-zərrəciklərin təsiri altında elementlərin çevrilməsini (Ernest Rezerfordla birlikdə) və qamma-kvantlarla elektron-pozitron cütünün əmələ gəlməsini öyrənmişdir (P. Blekket və C. Ok kialini ilə birlikdə). Çedvikin ən böyük xidmətlərindən biri, berillium hədəfi alfa-hissəciklər seli ilə şüalandırarkən neytronu kəşf etməsidir (1932). 1934–35-ci illərdə əməkdaşı M. Qoldhaberlə birlikdə qamma-kvantların təsiri altında deytronun neytron və protona fotodissosiasiyasına aid təcrübələr qoymuşdur. 1943–45-ci illərdə Los-Alamos (ABŞ) laboratoriyasında atom bombasının layihəsi üzərində işləyən ingilis alimləri qrupuna rəhbərlik etmişdir.[7]

  1. 1 2 3 4 5 6 Chadwick, James // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 James Chadwick // Encyclopædia Britannica (ing.).
  4. 1 2 Чедвик Джеймс // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. www.pas.va (ing.).
  6. 1 2 NNDB (ing.). 2002.
  7. 1 2 3 Çedvik // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 483. ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]