Beynəlxalq standartlaşdırma təşkilatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Beynəlxalq standartlaşdırma təşkilatı
ISO
Loqonun şəkli
Yaranma tarixi 23 fevral 1947[1]
Rəsmi dili
Mərkəzi
iso.org
iso.org/fr/
iso.org/ru/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İSO-ya üzv olan ölkələr xəritəsi
Açar sözlər:
  üzvlər
  korrespondent üzv
  namizəd
  üzv olmayan ölkələr

Beynəlxalq standartlaşdırma təşkilatı - ISO (ing. International Organization for Standardization) — beynəlxalq təşkilat olub elektrik, elektronika və telekomunikasiya istisna olunmaqla bütün sahələr üzrə standartların hazırlanması ilə məşğuldur. ISO dövlətlərarası sahədə standartları təmin etmək məqsədilə 23 fevral 1947-ci ildə təsis olunmuşdur. Elektrik və elektronika üçün "Beynəlxalq elektrotexniki kommisiya - IEC", telekommunikasiya üzrə isə "Beynəlxalq rabitə birliyi - ITU" cavabdehdir. Bu üç təşkilat birlikdə "Dünya standart koperasiyasını -WSC (World Standards Cooperation) təşkil edirlər. ISO təşkilatına 157 ölkə üzv olmuşdur. İSO-nun rəsmi dili fransız və ingilis dilləridir. Eyni zamanda bu təşkilat standartların tərcümələrinə də məsuliyyət daşıyır.

Tarixi haqqında

[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəlində maşıntəmiri tərtibatların geniş tətbiqi, hissələrin böyük sayda hazırlanmasını sürətləndirməyi və qarşılıqlı əvəzolunmanın tətbiqini tələb edirdi. Qarşılıqlı əvəzolunma, ölçmə üsulları və oturtma sistemlərinin yaradılması ilə XX əsrin əvvəlində maşıntəmiri yeni mərhələyə qədəm qoyur. Maşıntəmirində getdikcə oturtma işlərinin mexanikləşdirilməsi genişləndirilir. 20-ci illərin əvvəlində oturtma üçün normativ şəklində yaradılmış val və deşik sistemləri, ilk dəfə olaraq istehsalatda qarşılıqlı əvəzolunmanı geniş şəkildə təmin etməyə imkan vermişdir. 1920-ci ilin əvvəlində bir çox firmalar qarşılıqlı əvəzolunmanın vahid qaydada tətbiqini mümkün etmək üçün öz oturtma sistemlərini işləyirlər. 1926-cı ildə bir neçə dövlətin bir araya gəldiyi görüşdə qeyri elektrotexnika sahəsində vahid standartlara keçid məqsədilə “International Federation of the National Standardizing Associations“ – İSA yaradılır. Bu federasiyanın təşkilat komitəsi tərəfindən 30-cu illərdə alman alimlərinin işlədikləri normativləri də inteqrasiya etməklə beynəlxalq müstəvidə İSA müsaidə və İSA oturtma sistemlərini qəbul edir. II dünya müharibəsindən sonra bu təşkilatın adı dyişdirilərək International Organization for Standardization adlanır. Bu təşkilatın adının bütün dillərdə eyni səslənməsi üçün ona ISO ( yunanca “isos”sözündəndir, mənası “bərabər” deməkdir) adı verilir.

ISO hal- hazırda 135 ölkədən (hər ölkədən bir nümayəndə və bərəbar səs hüququ) beynəlxalq standart qurumlarının iştirakı ilə dövlətlərarası əmtəə və xidmət mübadiləsini sürətləndirmək, intellektual, elmi, texniki və iqtisadi fəaliyyətlərdə işbirliyini inkişaf etdirmək üçün fəaliyyət göstərir. Həmçinin fərqli ölkələrdə olan istehsal amillərini və hansı ölkədəsə olan texniki yenilikləri eyni zamanda tətbiq etmək üçün işlər görür. ISOnun dövrümüzdəki fəaliyyət mexanizmi ISO 9000 keyfiyyət, idarəetmə və s. kimi dövlətlərarası miqyasda qəbul olunmuş standartları hazırlayaraq ticarətin qarşısındakı əngəlləri aradan qaldırmaqdır.

ISO 9000 standartları aşağıdakı şəkildə bölünür:

  • ISO9000: Keyfiyyətli idarəetmə və keyfiyyət zəmanəti standartları seçimi və tanıtımı
  • ISO9001: Keyfiyyət sistemləri, dizayn və inkişafı, istehsal və xidmətdə keyfiyyət zəmanəti modeli
  • ISO9002: Keyfiyyət sistemləri, istehsal və müəssisədə keyfiyyət zəmanəti
  • ISO9003: Son müayinə və yoxlamalarda keyfiyyət zəmanəti modeli
  • ISO9004: Keyfiyyətli idarəetmə və işçilərin tanıtımı
  • ISO9004-2: Xidmətlər üçün tanıtım
  • ISO9005: Keyfiyyət lüğəti

Azərbaycanda da ISO sertifikatları verilir. Sertifikatlaşdırmaya çıxmaq üçün Azərbaycan Akkreditasiya Mərkəzindən Respublikamızın ərazisində sertifikatlaşdırma sahəsi üzrə akkreditasiyadan keçmiş qurumların siyahısını əldə edə bilərsiniz.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Frendship Among Equals. 1997.
  2. 1 2 3 https://web.archive.org/web/20071004225623/http://www.iso.org/iso/iso_catalogue/how_to_use_the_catalogue.htm.
  3. https://www.iso.org/about-us.html.