Avtobioqrafiya
Naviqasiyaya keç
Axtarışa keç
Avtobioqrafiya (yunanca: "öz həyatını yazma") — şəxsin müəyyən gedişata görə öz həyatını təsvir etməsi.
Ədəbiyyat janrı
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat janrı kimi avtobioqrafiya qədim antik dövrdən başlayır. Xatirə ədəbiyyatı janrına yaxındır. Avtobioqrafiya müəllifin öz şəxsiyyəti və daxili aləmi ilə daha çox bağlı olur. Müəllif təkcə öz yddaşına deyil, eyni zamanda arxiv sənədlərinə, mətbu mənbələrə və digər materiallara da əsaslanır. Cəlil Məmmədquluzadənin "Xatiratım", Abdulla Şaiqin "Xatirələrim", Yusif Vəzir Çəmənzəminlinin "Həyatımın iyirmi ili" əsərləri avtobioqrafik xarakter daşıyır.[1]
Müəllifin öz həyatının əsas hadisələrini xronikal şəkildə qısa təsvir etməsi də avtobioqrafiya adlandırılır.[1]