Adi vələmirquşu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adi vələmirquşu
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Növ:
Adi vələmirquşu
Beynəlxalq elmi adı

Adi vələmirquşu (lat. Emberiza citrinella) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü.

Azərbaycanda şərq yarımnövü qışlayır. Başqa vələmirquşlarından sarı-qonur alalı başı və bədəninin alt tərəfi ilə seçilir. Erkəyin beli və döşünün böyürlərindəki xallar qəhvəyidir. Qanadları və quyruğu qonurdur. Quyruğunun yanlarında ağ zolaqlar vardır. Dişidə və cavanlarda qəhvəyi rəng qonur rənglə, sarı isə bulaşıq sarımtıl rənglə əvəz olunur. Sürü ilə gəzir, yerdə yemlənir. Arealı Avrasiyadır. Azərbaycanda hər yerdə müxtəlif landşaftlarda, ancaq arana nisbətən dağlarda daha çox qışlayır. Adi, ayrı-ayrı yerlərdə çoxsaylı quşdur.[3]

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. "Family Emberizidae". 2018-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-29.