5G

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

5G  (ing. fifth generation) — 5-ci nəsil kabelsiz mobil texnologiya. 5G texnologiyası tərifi barədə fikir ayrılıqları var. İTU İMT-2020 standartlarına görə 5G saniyədə 20 Qiqabitə qədər sürətli internet təmin edə bilər, amma bu yalnız yüksək tezlikdə (15 GHs və yuxarı) mümkündür. Ən son 3GPP standartına görə isə 5G aşağı tezlikdə, 600 MHs-dən 6 GHs-ə  istifadə oluna bilər. Amma bu 4G ilə müqayisədə ancaq 15-50 % daha sürətlidir.[1] Buna görə də aşağı tezlikdə 5G texnologiyası 4G texnologiyasının "təkamülü" adlandırıla bilər.[2]

Mobil şəbəkələr

[redaktə | mənbəni redaktə et]

5G-nin 6GHs-dan aşağı tezlikdə ilkin buraxılışı arxitektura baxımdan mövcud 4G LTE infrastrukturdan ayrılmır. Şəbəkə avadanlıqarının əsas təchizatçıları isə Nokia, Huawei və Eriksondur.[3][4][5]

Çinin mobil rabitə operatorları qarşıdakı 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərf edəcəklər. Proqnozlara görə, 2025-ci ilədək Çində 5G istifadəçilərinin sayı 460 milyona çatacaq ki, bu da dünyada ən böyük 5G bazarı olacaq.[6]

  1. Dave. "5G NR Only 25% to 50% Faster, Not Truly a New Generation". wirelessone.news (ingilis). 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  2. networks, ngmn - next generation mobile. "NGMN - Home". ngmn.org. 2018-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  3. "Arxivlənmiş surət". 2021-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-26.
  4. "Arxivlənmiş surət". 2018-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-26.
  5. "Arxivlənmiş surət". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-26.
  6. "Pekində 5G şəbəkəsi üçün 4300 baza stansiyası quraşdırılıb". 2020-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]