Mobil telefon
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Mobil telefon — rabitə vasitəsi. Ən çox şəbəkəli danışma üçün işlədilir.
Telefonun ikinci dəfə "dünyaya gəlişi" isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ixtirası mühəndis [1]Martin Kuperin adı ilə bağlıdır.
Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı.
Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu. 1998-ci ildə peyk rabitəsinin kommersiya istismarından sonra mobil telefon stansiyasının əhatə dairəsindən kənarda işləyən mobil telefonlar meydana gəldi.
Qeyd edək ki, mobil telefondan normadan çox istifadə etmək bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər.
Mobil Telefonlar rekordları
[redaktə | mənbəni redaktə et]- 300 kq ağırlıqında telefon.
2008-ci ilin oktyabrnda Vyetnamda Nguyen Xuan Linh mobil telefon təqdim edib: 3,2 metr uzunluğunda və 300 kq ağırlığında. GSM şəbəkə ilə işləyir. Funksiyalar: SMS, 2 Mp kamera, Bluetooth, dinamik 200 vatt gücü ilə və polifoniyasız. Displeyin yerinə — 42-düym televizor. Telefonun yığılması yarım il alıb.
Marketin Quruluşu
[redaktə | mənbəni redaktə et]Yer | Istehsalçı | ölkə | çıxarılıb vahidləri 2011 |
bazar payı 2011 |
çıxarılıb vahidləri 2010 |
bazar payı 2010 |
çıxarılıb vahidləri 2009 |
bazar payı 2009 |
---|---|---|---|---|---|---|---|---|
1. | Nokia | Finlandiya | 422.478.300 | 23,8 % | 461.318.200 | 28,9 % | 440.881.600 | 36,4 % |
2. | Samsung | Cənubi Koreya | 313.904.200 | 17,7 % | 281.065.800 | 17,6 % | 235.772.010 | 19,5 % |
3. | Apple | ABŞ | 89.263.200 | 5,0 % | 46.598.300 | 2,9 % | 24.889.700 | 2,1 % |
3. | LG Electronics | Cənubi Koreya | 86.370.900 | 4,9 % | 114.154.600 | 7,1 % | 121.972.100 | 10,1 % |
4. | ZTE | ÇXR | 56.881.800 | 3,2 % | 28.768.700 | 1,8 % | 16.026.100 | 1,3 % |
5. | Research In Motion | Kanada | 51.541.900 | 2,9 % | 47.451.600 | 3,0 % | 34.346.600 | 2,8 % |
6. | HTC Corporation | Çin Respublikası | 43.266.900 | 2,4 % | 24.688.400 | 1,5 % | 10.811.900 | 0,9 % |
7. | Huawei | ÇXR | 40.663.400 | 2,3 % | 23.814.700 | 1,5 % | 13.490.600 | 1,1 % |
8. | Motorola | ABŞ | 40.269.000 | 2,3 % | 38.553.700 | 2,4 % | 58.475.200 | 4,8 % |
9. | Sony Ericsson | İsveç Birləşmiş Krallıq |
32.597.500 | 1,8 % | 41.819.200 | 2,6 % | 54.956.600 | 4,5 % |
digər istehsalçılar | 597.326.900 | 33,7 % | 488.569.300 | 30,6 % | 199,617.200 | 16,5 % | ||
ümumi | 1.774.564.100 | 100 % | 1.596.802.400 | 100 % | 1.211.239.600 | 100 % |
Mobil telefonların rolu
[redaktə | mənbəni redaktə et]Hazırda mobil telefonlar həyatın bir çox sahələrində istifadə olunur və artıq əlaqə saxlamaq funksiyası ilə bərabər SMS vasitəsilə nəqliyyat bileti almaq, seçkilərdə səs vermək üçün də istifadə olunur.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Kuper, Martin. "Martin Kuper".
- ↑ "Rəşad Mehbaliyev, E-demokratiya, e-nəsil, e-seçkilər… Avropa Gənclər Parlamenti, Krakov". 2014-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-13.