VI Henri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
VI Henri
ing. Henry VI
Şəxsi məlumatlar
Doğum tarixi 6 dekabr 1421
Doğum yeri
Vəfat tarixi 21 may 1471 (50 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Müqəddəs Corc kilsəsi[d]
Atası V Henri[1]
Anası Valualı Ketrin[1]
Həyat yoldaşı

İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

VI Henri (ing. Henry VI of England) (6 dekabr 1421, Vindzor sarayı21 may 1471, London qalası) — İngiltərəFransa (de-yure) kralı. Atası V Henrinin ölümünün ardından hələ 9 aylıq körpə ikən İngiltərə, bir ay sonra babası VI Çarlzın vəfatından sonra isə Fransa kralı elan edildi. Ancaq İngiltərə-Fransa arasında Yüzillik müharibə hələ də davam edirdi və bu səbəblə, dayısı olan VII Çarlz onun Fransa taxtındakı hüququnu tanımadı. Bununla yanaşı, VI Henri Fransa kralı olaraq tacqoyma mərasimi keçirilən yeganə İngiltərə kralıdır (1431).

Onun səltənətinin ilk illəri bəzi saray əyanlarının ağalığında keçdi və ingilislərin Fransadakı nüfuzu artdı. 1437-ci ildə o, artıq həddi-büluğa çatmış və ölkə idarəsini ələ almaq niyyətində idi. Ancaq bu dəfə də baş verən hərbi, iqtisadi və diplomatik böhranlar onun dövlət məsələlərini ələ almasına mane oldu. Atasından fərqli olaraq çəkincək, passiv və sülhpərəst xarakteri olan VI Henri bəzi anlarda atası kimi əqlən özünü itirirdi. Onun hakimiyyəti əlində tuta bilməməsi Fransadakı ingilis mülklərinin tədricən itirilməsinə səbəb oldu. Belə ki, 1450-ci illərdə Kale regionu ingilislərin bölgədəki yeganə mülkləri olaraq qalmışdı. Nisbi sülh əldə etmək məqsədilə, VI Henri 1445-ci ildə Fransa kralının uzaq qohumu və II Conun şəcərəsindən Anjulu Marqaritlə evləndi. Ancaq onun sülh politikası baş tutmadı. Belə ki, kralın yaxın müşavirlərindən olan Suffolk hersoqu Uilyam Pol qətlə yetirildi və fransızların İngiltərə mülklərini işğal etməsiylə müharibə yenidən alovlandı.

Fransadakı hərbi uğursuzluqlar İngiltərədəki siyasi gərginliyi daha da gücləndirirdi. VI Henrinin siyasi zəifliyi səbəbilə hakimiyyət bir-biriylə mübarizə aparan əsilzadələrin əlində oyuncağa çevrilmişdi. Fransadan məğlubiyyətlə dönən ordu mənsubları və əsgərlərin gəlişiylə başda London olmaqla, İngiltərənin əsas şəhər mərkəzləri tamamilə anarxiyaya çevrildi. Kraliça Marqarit isə bu vəziyyətdə tərəfsiz qalmadı və özünü taxtın arxasındakı əsas güc olaraq gördü.

Fransadakı ağır məğlubiyyət və İngiltərədəki əmin-amanlığın pozulmasının ardından kraliça Marqarit və ətrafındakılar bütün bu fəlakətlərin səbəbkarı olaraq VI Henrinin uzaq qohumu və Edmond Lanqlinin şəcərəsindən olan Yorklu Riçardı təqsirləndirməyə başladılar. 1453-cü ildən etibarən VI Henri və Anjulu Marqaritlə Yorklu Riçard arasında kral naibliyini ələ keçirmək və İngiltərə taxtındakı taxt iddiası səbəbilə siyasi gərginlik yaşanmağa başladı. Bu mübarizə getdikcə şiddətləndi və 1455-ci ildə tarixə Gül müharibəsi olaraq düşən İngiltərə vətəndaş müharibəsinə çevrildi. VI Henri mart 1461-ci ildə Yorklu Riçardın oğlu Eduard tərəfindən taxtdan endirildi. Kraliça Marqarit IV Eduarda qarşı mübarizəni davam etdirsə də, VI Henri 1465-ci ildə ələ keçirilərək London qalasına həbs edildi. Həbs tutulan kral 1470-ci ilin sonlarında yenidən hakimiyyətə gətirilsə də, onun bu ikinci səltənəti cəmi bir neçə ay davam etdi. VI Henri yenidən həbs edildi və onun yeganə varisi olan oğlu Vestminsterli Eduard döyüş meydanında həlak oldu.

Ağlını, 2 krallığını və yeganə oğlunu itirən VI Henri həmin il 21 may gecəsi həbs tutulduğu London qalasında vəfat etdi. Bir çox mənbə bu ölümün ardında IV Eduardın olduğunu qeyd edir.

Mənbə

  • Allmand, C. (30 April 1982), "The Coronations of Henry VI", History Today, vol. 32 no. 5, archived from the original on 28 July 2017
  • "Henry VI, king of England". Encyclopædia Britannica. 28 July 1999.
  • Cheetham, A. (1 November 2000). Antonia Fraser (ed.). The Wars of the Roses. University of California Press. ISBN 978-0-520-22802-3.
  • Craig, L. (2003). "Royalty, Virtue, and Adversity: The Cult of King Henry VI". Albion. 35 (2): 187–209. doi:10.1017/S0095139000069817. JSTOR 4054134.
  • Dicks, S. (1967). "Henry VI and the Daughters of Armagnac: A Problem in Medieval Diplomacy" (). The Emporia State Research Studies. 15 (4: Medieval and Renaissance Studies): 5–12. OCLC 1567844.
  • Duffy, E. (1992). The Stripping of the Altars: Traditional Religion in England 1400–1580. Yale University Press. ISBN 978-0-300-06076-8.
  • Griffiths, R. A. (1981). The Reign of King Henry VI. Berkeley: University of California Press. ISBN 978-0-520-04372-5.
  • Griffiths, R. A. (28 may 2015). "Henry VI (1421–1471)". Oxford Dictionary of National Biography (online) (online ed.). Oxford University Press. doi:10.1093/ref:odnb/12953. (Subscription or UK public library membership required.)
  • Kingsford, Charles Lethbridge (1911). "Henry VI." . In Chisholm, Hugh (ed.). Encyclopædia Britannica. 13 (11th ed.). Cambridge University Press. pp. 285–286.
  • McKenna, J. (1965). "Henry VI of England and the Dual Monarchy: Aspects of Royal Political Propaganda, 1422–1432". Journal of the Warburg and Courtauld Institutes. 28: 145–162. doi:10.2307/750667. JSTOR 750667.
  • Tout, T. (1891). "Henry VI (1421–1471)" . In Lee, Sidney (ed.). Dictionary of National Biography. 26. London: Smith, Elder & Co.
  • Wolffe, B. (10 June 2001). Henry VI. Yale English Monarchs series. Yale University Press. ISBN 978-0-300-08926-4.

İstinadlar