Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 202.829 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Krım tatarlarının deportasiyası — 18-20 may 1944-cü il tarixləri aralığında ən azı 191,044 nəfər, Krım Tatarları Milli Hərəkatının məlumatına görə isə 400,000-dən çox tatarın Krımdan sürgün edilməsinə verilən addır. Bu hadisə etnik təmizləmə və ya mədəni soyqırım kimi qiymətləndirilir. Bu etnik təmizləmə İosif Stalinin göstərişi ilə Sovet dövlət təhlükəsizliyi və gizli polisinin rəhbəri Lavrenti Beriya tərəfindən həyata keçirilmişdir.

Üç gün ərzində Beriyanın başçılıq etdiyi NKVD üzvləri kommunistlərQırmızı Ordu üzvləri də daxil olmaqla qadınları, uşaqları və yaşlıları mal-qara qatarlarından istifadə etməklə bir neçə min kilometr uzaqlıqda yerləşən Özbəkistan Sovet Sosialist Respublikasına sürgün etmişdir. Krım tatarları Stalinin əmrləri ilə Sovet İttifaqı ərazisində məcburi köçürülməyə məruz qalmış on etnik qrupdan biri idi.

Deportasiya guya müharibə ərzində Nasist Almaniyası ilə əməkdaşlıq etmiş bəzi Krım tatarlarına görə kollektiv cəza tədbiri kimi götürülmüşdü. Sovet mənbələri tatarları xəyanətkarlıqda ittiham edirdi. Tatar milliyətçiləri isə bu iddialara qarşı çıxış edərək, onların bu ərazilərdən köçürülməsinin Türkiyə ərazisində yerləşən Dardanel boğazına keçid əldə etmək məqsədilə təşkil olunmuş Sovet planının tərkib hissəsi olduğunu bildirirdi.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Zəngəzur ekspedisiyasıAzərbaycan Xalq Cümhuriyətinin nizami qüvvələrinin Qarabağdan Zəngəzura etdiyi hücum nəzərdə tutulur. Hücumun məqsədi Türkiyə ilə Azərbaycan arasındakı sonuncu əngəli də ortadan qaldırmaq idi. Hücum zamanı Naxçıvandakı milis dəstələrinin və yenə burada olan iki Türk taqımını da bu əməliyyat istiqamətində hücuma keçmişdir.

Hərbi toqquşma heç bir tərəfin qəti üstünlüyü olmadan bitməklə bərabər ölkələr arasındakı hərbi münaqişənin də sonlanması ilə nəticələnməmişdir. Həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də Ermənistan Demokratik Respublikasının sonrakı mövcudluğu dövründə, hər iki ölkənin bolşeviklər tərəfindən işğalının ilkin mərhələsində Zəngəzur məsələsi də öz aktuallığını saxlamışdır.

Ümumilikdə Zəngəzur uğrunda gedən proseslər Ermənistan və Azərbaycan arasında davam etməkdə olan və daha geniş əraziləri ehtiva edən mübarizənin və hərbi münaqişənin yalnız bir hissəsi idi.

(Davamı...)
Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısıZlatan İbrahimoviç 2001-2016-cı illər aralığında beynəlxalq səviyyədə İsveç millisində oynamış peşəkar futbolçu. O, həmçinin Bosniya və Herseqovina və ya Xorvatiya millisinin şərəfini qoruya bilərdi. İsveç millisində debüt matçı 2001-ci ilin 31 yanvar tarixində, 0-0 hesabı ilə başa çatmış Farer adaları yığmasına qarşı oyun olmuşdur və İbrahimoviç ilk beynəlxalq qoluna məhz həmin il Azərbaycan millisinə qarşı keçirdiyi oyunda imza atmışdır.

2009-cu ilin oktyabr ayında İsveç millisi 2010-cu il FİFA Dünya Kuboku turnirindən kənarda qaldıqdan sonra o, millidə çıxışını başa vurduğunu elan etsədə, növbəti ilin avqust ayında millinin kapitanı kimi yenidən komandaya geri qayıtmışdır. Beynəlxalq karyerası dövründə o, meydana çıxdığı 116 matçda ümumilikdə 62 qola imza ataraq İsveç yığmasında ən çox qola imza atan futbolçu olmuşdur ki, 2014-cü ildə Friends Arena stadionunda Estoniya yığması ilə keçirilən yoldaşlıq oyununda 2 qol vuraraq Sven Ryüdellin rekordunu qırdı.

(Davamı…)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli