Klaus Yohannis

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Klaus Yohannis
rum. Klaus Werner Iohannis
alm. Klaus Werner Iohannis
Rumıniya Prezidenti[d]
21 dekabr 2014 – 21 dekabr 2019
ƏvvəlkiTrayan Besesku
Rumıniya Prezidenti[d]
Vəzifədədir
21 dekabr 2019-cu ildən
sədr[d] ()
2002 – 2013
sədr[d] ()
2 iyun 2014 – 18 dekabr 2014
Şəxsi məlumatlar
Doğum adı Klaus Iohannis
Doğum tarixi 13 iyun 1959(1959-06-13)[1][2][…] (65 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • Babeş-Boyyay Universiteti[d] (–1983)
Fəaliyyəti siyasətçi, dövlət xadimi, yazıçı
Uşağı yoxdur
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[4]

Təltifləri Order of the Gold Lion of the House of Nassau Order of Merit of the Grand Duchy of Luxembourg Great Silver Medal of Honour for Services to the Republic of Austria "Rumıniya Ulduzu" ordeni "Xidmətlərə görə" ordeni Officer's Cross of the Order of Merit of the Federal Republic of Germany Cross of the Order of Merit of the Federal Republic of Germany Collar of the Order of the Cross of Terra Mariana 1-ci dərəcəli "Cüt ağ xaç" ordeni "Respublika" ordeni "Stara Planina" ordeni Officer of the Order of the Crown "Ağ qartal" ordeni Knight Grand Cross with Collar of the Order of Merit of the Italian Republic Commander of the Order of the Star of Italian Solidarity
Charlemagne Prize
Knight Grand Cordon with Collar of the Order of Palestine
İmzanın şəkli
iohannispresedinte.ro
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klaus Yohannis (rum. Klaus Werner Iohannis; 13 iyun 1959[1][2][…], Sibiu[3]) — Rumıniya prezidenti (2014-cü ildən), alman əsilli Rumıniya siyasətçisi, ixtisaca fizika müəllimidir. 2000-ci ildən Sibiu şəhərinin meridir, 2004, 2008 və 2012-ci illərdə Rumıniyanın Demokratik Forumundan namizədliyi irəli sürülməklə yenidən mer seçilib.

28 iyun 2014-cü il tarixindən Milli-Liberal Partiyanın sədridir, 2014-cü ildə prezident seçkilərində ACL seçki blokundan prezidentliyə namizəddir.

16 noyabr 2014-cü ildə prezident seçkilərinin ikinci turunda 51 faiz səs toplayaraq Rumıniyanın növbəti dövlət başçısı seçilib[5].

Klaus Yohannis 13 iyun 1959-cu ildə Sakson Susannı və Qustava Xayntsa Yohannisin ailəsində dünyaya gəlibdir. O, ailənin böyük uşağıdır. Onun ailəsi 1992-ci ildə Almaniya vətəndaşlığını almışdır. 1979-cu ildə Klaus Yohannis Babeşa-Boyai Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Universitet]]ə imtahan verib girdikdən sonra 9 ay müddətinə hərbi xidmətə getmişdir. 1983-cü ildə universiteti bitirdikdən sonra Sibiuda müxtəlif məktəb və kolleclərdə fizika müəllimi işləmişdir. 1989-cu ildən 1997-ci ilə qədər Samel fon Brukentalya adına gimnaziyada və Rumıniyada alman dilli məktəbdə işləmişdir. 1997-ci ildən 1999-cu ilə qədər Sibiu Judentsa əsas məktəbinin inspektor müavini işləmişdir. 1999-cu ildən 2000-ci ilə kimi isə mer vəzifəsinə seçilmiş və Judentsa məktəbini baş inspektoru olmuşdur. Klaus Yohannis mükəmməl rumın, alman və ingilis dillərinə sahibdir. 1989-cu ildən Karmen Yohannis ilə evlidir. Xanımı isə sibiuda Georgiya Lazarya adına milli kollecdə ingilis dili müəlliməsi işləyir. Klaus Yohannisin dini inancı protestantdır. Rumıniyada Evanqeliçiskiy kilsəsinin üzvüdür.

  1. 1 2 http://www.faz.net/aktuell/politik/ausland/europa/klaus-johannis-gewinnt-praesidentenwahl-2014-in-rumaenien-13270731.html.
  2. 1 2 Klaus Werner Johannis // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Bürgerpräsident mit deutschen Tugenden.
  4. Çex Milli Hakimiyyət Məlumat bazası.
  5. "Arxivlənmiş surət". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-17.