Məzmuna keç

qorxunc

Wiktionary saytından

azərbaycanca: qorxunc

Mənalar :

  1. Dəhşət doğuran, qorxuya salan, vahiməyə salan, dəhşətli. Qorxunc səs. – Dərə qərbə getdikcə qayalıq, dağlıq iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdi. A.Şaiq. [Mehribanın] dişləri kilidlənmiş, əl-ayağı quruyub əsdiyi halda, qorxunc və vəhşi bir səslə çığırırdı. S.Hüseyn. Sağımız dağ, solumuz qorxunc uçurum, meşəlik, dağlıqdır. S.Rüstəm. // Çox güclü, çox şiddətli. Sizi sarsıtmasın qorxunc, inadlı; Şimal göylərinin ayazı, qarı. Ə.Cəmil.
  2. Baxanda adamda dəhşət, vahimə hissi doğuran, görünüşü qorxulu. Qorxunc görünüş. – Musa qarabənizli, ortayaşlı, ortaboylu, qorxunc simalı bir tipdir. H.Cavid. Uzun papağını bir kənara qoyan, başının tükləri qabaran Ələmdar diqqətlə öz qorxunc sifətinə baxmağa başladı. S.Rəhimov. [Xanın] yuxuda gördüyü qorxunc məxluqlar yadına düşdü. M.Rzaquluzadə.
  3. Qorxulu, təhlükəli, xətərli. Mikrobların bir qismi zəhərli və hətta qorxuncdur. – Orxan indi qorxunc bir addım atır. H.Cavid.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]