Zaqafqaziya gümüşcəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zaqafqaziya gümüşcəsi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Zaqafqaziya gümüşcəsi
Beynəlxalq elmi adı

Zaqafqaziya gümüşçəsi (lat. Alburnus charusini hohenackeri) — Şəmayılar cinsinin nümayəndəsidir.

Kürün orta və aşağı axarında və onun qollarında, Qızılağac körfəzinin şirinləşmiş hövzəsində, Mingəçevir su anbarında, Kürətrafı suların hamısında, Lənkəran, Astara zonası çaylarında yaşayır.

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Bel üzgəcində 7–9, anal üzgəcində 11–15 şüa, yan xətt orqanında 38–45 pulcuq olur.Udlaq dişləri iki sırada yerləşir. Ağzının ucu gözlərin üst kənarı səviyyəsindədir. Çox dəyişkən formalı balıqdır. Bu gümüşcənin təkcə bədəninin hündürlüyü nisbətən azdır,pulcuqları nisbətən xırdadır, özü isə , əksinə azacıq böyükdür, uzunluğu 13,5 sm-ə, kütləsi 28 q-a çatır.Cinsi dimorfizm zəif inkişaf etmişdir. Uzunluğu 135 mm-ə qədər, çəkisi 28 q-a qədər olur.[2]

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Mülayim axarlı çaylarda olur. Böyümə xarakteri və tempi, kürütökmə müddəti, hər şeydən öncə su hövzələrinin termik rejimindən asılıdır. Qidasını plankton orqanizmlər, su cücülərinin sürfələri, bitki toxumları və qırıntıları təşkil edir. Müxtəlif balıqların, o sıradan nərəkimilər də daxil olmaqla vətəgə balıqlarının kürüsü ilə qidalanır. Yemində yaşıl, diatom, göy-yaşıl yosunlar və ibtidailər qeydə alınır. Bəzi balıqların, xüsusən yırtıcıların qida obyektidir.

1 yaşında cinsi yetkinliyə çatır. Kürün qollarında kürütökmə aprelin ikinci yarısından,Alazan çayında iyuldan tez olmayaraq ,Soyuqbulaq çayında may-iyunda baş verir. Kürülər 3 hissədə yetişir. Yetişmiş kürünün diametri orta hesabla 1,4 mm olur. Kürüsünün sayı 7 minə qədərdir. Məhsuldarlığı 2,5–7,0 min kürüdür.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Təsərrüfat əhəmiyyəti yoxdur.

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 110.
  2. Əbdürrəhmanov Y. Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, s.149
  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. H. S. Abbasov, R. V. Hacıyev. Bakı 2007, s.233