Yponomeuta padella

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yponomeuta padella
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yponomeuta padella (lat. Yponomeuta padella) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sincabaoxşar güvələr fəsiləsinin sincabaoxşar güvə cinsinə aid heyvan növü.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Kəpənəyin qanadları açılmış vəziyyətdə ölçüsü 18–22 mm-dir. Ön qanadlarında 3 cərgədə düzülmüş 16-19 qara nöqtələr vardır. Arxa qanadlar boz kül rəngindədir. Tırtıllar 14–16 mm uzunluqda olmaqla sarımtıl göy rəngdədir. Pupu tünd-sarı olmaqla ölçüsü 7–11 mm-dir.

Ədəbiyyat məlumatlarına əsasən meyvə güvəsinin tırtılları ərik, şaftalı, gilas və alça bitkilərinin yarpaqları ilə qidalanırlar. Bizim apardığımız müşahidələrə əsasən adları çəkilən bitkilərdən başqa, badam bitkisi ilə də qidalanır. Ərik ağacı üzərində apardığımız müşahidələrə əsasən, meyvə güvəsinin kəpənəyinin bağlarda görünməsi iyun ayının birinci ongünlüyündən başlayaraq iyul ayının axırlarına və avqust ayının əvvəllərinə qədər davam edir. Bu müddətdə havanın orta günlük temperaturu 28-340C olur. Dişi kəpənəklər yumurtalarını tək-tək halda 1-2 illik zogların tumurcuq yanlığına qoyurlar. Yumurtaların embrional inkişafı 25-26 gün çəkir. Yumurtalardan çıxmış kiçik yaşlı tırtıllar kəpənəyin ifraz etdiyi maye ilə düzəldilmiş qalxancıq altında qışlayırlar. Yazda, qışlama yerlərindən çıxan tırtıllar zoğlar üzəri ilə hərəkət edərək təzəcə açılmış tumurcuq və yarpaqlarla qidalanmağa başlayırlar. Onlar bir neçə yarpağı birləşdirərək, yarpağın yaşıl hissəsi ilə qidalanaraq onun damarlanmış hissəsinə toxunmurlar. Belə zədələnmiş tumurcuq və yarpaqlar inkişafdan qalır və quruyub yerə tökülürlər. Tırtıllar yarpaqlar ilə qidalanaraq 4 yaş dövrü keçirirlər. Bu dövr 35-40 gün çəkir. Axırıncı yaşda onlar yarpaqlar üzərində ayrı-ayrılıqda pup mərhələsinə keçirlər. Puplar ipək baramacıqlar içərisində yerləşirlər. Pup mərhələsi 15-20 gün çəkir. Meyvə güvəsi kütləvi çoxaldığı dövrdə ağaclara 60-65% zərər verir. Nəticədə ağaclar inkişafdan qalır və quruyub məhv olurlar.

Azərbaycanda Lənkəran-Astara və Şəki-Zaqatala bölgələrində rast gəlinir.