Yeni Şərq Siyasəti (Almaniya)
Yeni Şərq Siyasəti (almanca:Neue Ostpolitik ) və ya qısa şəkildə Şərq Siyasəti (almanca:Neue Ostpolitik) — 1969-cu ildə başlanılan, Qərbi Almaniyanın (Almaniya Federativ Respublikası) Şərqi Avropa dövlətləri və Şərqi Almaniya (Almaniya Demokratik Respublikası) ilə münasibətlərin yaxşılaşdırılmasını nəzərdə tutan xarici siyasət kursu. 1963-cü ildə Tutzinq Protestant Akademiyasındakı çıxışı zamanı "yaxınlaşma yolu ilə dəyişmə" siyasətini təklif edən Egon Bahrdan təsirlənərək qavramlaşdırılmışdır. Bu siyasətin həyata keçirilməsinə dördüncü federal kansler olan (1969-1974) Villi Brandtın dövründə başlanılmışdır.
Yeni Şərq Siyasəti mahiyyət etibarilə Almaniya Federativ Respublikasının şərqdəki dövlətlər, xüsusən Almaniya Demokratik Respublikası ilə yaxınlaşmanı, gərgin münasibətləri sonlandırmağı nəzərdə tuturdu. Həmçinin bu siyasətlə Qərbi Almaniyanı 1949-cu ildən 1969-cu ilə qədər idarə etmiş Xristian Demokrat İttifaqının siyasətini tərk etmək idi. Bu partiyadan olan Konrad Adenauer və onun varisləri Şərqi Almaniyanın kommunist hakim orqanları ilə rəqabət aparırdılar, yeni siyasətlə isə Şərqi Almaniya heç olmazsa müəyyən dərəcədə əməkdaşlığa nail olmaq arzulanırdı.
Ostpolitik termini o vaxtdan Papa VI Pavelin eyni dövrdə Şərqi Avropa ölkələrini əməkdaşlığa cəlb etmək səylərini ifadə etmək üçün tətbiq edilmişdir. Nordpolitik termini də 1980-ci illərdən başlayaraq Şimali və Cənubi Koreya arasında oxşar yaxınlaşma siyasətini təsvir etmək üçün istifadə edilmişdir.
Məqsəd
[redaktə | mənbəni redaktə et]1945-ci ildən, yəni İkinci Dünya müharibəsindən sonra müttəfiqlər tərəfindən işğal edilmiş Almaniya iki hissəyə bölündü - Almaniya Federal Respublikası və Almaniya Demokratik Respublikası. Başlanğıcda hər iki respublika bütün alman millətini təmsil etdiklərini iddia edirdilər. Həmçinin Qərbi Almaniya özünü demokratik legitimliyə sahib teganə hökumət kimi görürdü. Daha sonralar - 1960-cı illərin sonlarında Şərqi Almaniya iddia etməyə başladı ki, ortada artıq vahid alman milləti yoxdur, çünki Almaniya Demokratik Respublikası özünün sosialist millətini formalaşdırmışdır.
Xristian Demokrat İttifaqı 1949-cu ildən 1969-cu ilə qədər Qərbi Almaniyada hegomon olmuşdu. Bu partiyanın formalaşdırdığı hökumətlər Almaniya Demokratik Respublikası ilə hər hansı diplomatik münasibətlərdən imtina edirdi və Hallşteyn doktrini ilə bu partiyanın hökumətləri hətta Şərqi Almaniya ilə diplomatik münasibətlər qurmuş dövlətlərlə də münasibətlərdən imtina edilirdi. Bu doktrin ilk dəfə 1957-ci ildə tətbiq edildi. Həmin tarixdə Yuqoslaviyanın ADR-dən göndərilmiş səfiri qəbul etməsindən sonra AFR Yuqoslaviya ilə diplomatik münasibətləri kəsdi. 1960-cı illərdə bu siyasətin artıq işləmədiyi bəlli oldu. 1965-ci ildə İsrailin AFR tərəfindən tanınmasından sonra buna cavab olaraq ərəb dövlətləri onunla münasibətləri kəsərək ADR ilə diplomatik münasibətlər formalaşdırdılar.
Özünün kansler seçilməsindən əvvəl, Qərbi Berlinin bələdiyyə başçısı ikən Villi Brandt iddia edirdi ki, bu cür siyasət hər iki alman dövlətinin mənafeyinə ziddir və xüsusilə, sərhəd boyunca qarşılıqlı ticari maraqlara ziyan vurur. Onun təklif etdiyi yeni şərq siyasətinin əsasında Hallşteyn doktrininin şərqdəki kommunist rejimi devirə bilmədiyi, hətta oradakı almanların vəziyyətini daha da ağırlaşdırdığını nəzərdə tuturdu. Brandt, kommunistlərlə əməkdaşlığın uzun müddət ərzində kommunist hökumətini sarsıdacağına, alman-alman görüşlərini və ticarətini təşviq edəcəyinə inanırdı.
Buna baxmayaraq, Brandt bildirirdi ki, onun şərqdəki dövlətlərlə normal münasibətlər qurması AFR-nın qərbədki müttəfiqləri, ABŞ və NATO ilə münasibətlərində hər hansısa dəyişikliyə səbəb olmayacaqdır. Əslində 1960-cı illərin sonlarından etibarən Hallşteyn doktrininin dəyişilməz statusu ABŞ-da öz maraqlarına zidd hesab edilirdi. Bir çox amerikalı məsləhətçilər, xüsusən məşhur Henri Kissincer bu doktrindən əl çəkilməsini istəir və AFR-i daha tez uyğunlaşmağa münasibt diplomatik vəziyyətə keçməyi tövsiyə edirdi. Eyni zamanda digər Qərbi Avropa ölkələri də Şərqə yönəlmiş daha cəsarətli siyasət dövrünə qədəm qoydular.[1] 1969-cu ildə Brandtın hökuməti qurulduqdan sonra the same eyni siyasətçilər indi daha müstəqil Alman Ostpolitikindən, yeni “Rapallo”dan qorxurdular. Fransa qorxurdu ki, AFR détentedən sonra daha güclü olacaq, Brandt nəhayət, Avropa Ümumi Kənd Təsərrüfatı Siyasətinə Almaniyanın maliyyə töhfələrini verməklə Fransa hökumətinə onun siyasətini dəstəkləməsi üçün təzyiq göstərdi.[2]
Reallaşma
[redaktə | mənbəni redaktə et]Bu siaysətin tətbiq edilməsinə ilk öncə şərq dövlətlərindən olan SSRİ ilə yumşalmaya gedilməklə başlanıldı. Bildirilməlidir ki, Hallşteyn doktrininə baxmayaraq, AFR SSRİ ilə rəsmi diplomatik münasibətlərə malik idi. 1970-ci ildə Brandt silahdan istifadənin qınanıldığı və hal-hazırkı Avropa sərhədlərini tanıyan Moskva müqaviləsi imzaladı. Həmin ildən sonra Brandt Polşa Xalq Respublikasının rəsmi tanınması prosesi nəticəsində Varşava müqaviləsini imzaladı. Moksva müqaviləsinin əsas maddələri bir daha təstiq edildi və xüsusən maraqlısı odur ki, AFR Odra-Lujicka xəttini tanıdığını bildirdi. Bundan sonra digər Şərqi Avropa dövlətləri ilə də müqavilələr imzalandı.[3][4] Ən mübahisəli müqavilə 1972-ci ildə ADR ilə imzalanmış "Əsas müqavilə" oldu. Bu müqavilə bölünmədən etibarən keçən müddət ərzində ilk dəfə iki alman dövləti bir-birini rsmi şəkildə tanıdı. Vəziyyət Federativ Respublikasının bütün alman xalqını təmsil etmək iddiası ilə mürəkkəbləşdi; Kansler Brandt 1969-cu ildə Almaniyada iki dövlət mövcud olsa da, onların bir-birini xarici ölkə hesab edə bilməyəcəkləri barədə bəyanatını təkrarlamaqla bu məsələni yumşaltmağa çalışdı. Bundestaqdakı mühafizəkar Xristian Demokrat İttifaqı ADR ilə imzalanmış müqaviləni rədd etdi, çünki onlar düşünürdülər ki, hökumət bəzi həyati əhəmiyyətli məsələlərdə güzəştə getmişdirlər. Onlar həmçinin Brandtin sağ əli Egon Bahrın sovet diplomatı Valentin Falinlə əsas məsələlərdə razılaşdığı “Bahr-Papier”in qəsdən nəşri kimi qüsurları tənqid etdilər.[5]
Sosial Demokratlar və Azad Demokratlarla ittifaqda olan Brandt hökuməti bir neçə deputatını "Əsas müqavilə"yə görə Xristian Demokrat İttifaqı başda olmaqla müxalifətə uduzdu. 1972-ci ilin aprelində elə görünürdü ki, müxalifətin rəhbəri Rayner Barzel yeni federal kansler ola bilmək üçün parlamentdə yetəri qədər dəstəyə malikdir. Elə həmin ayda parlamentdə aparılmış səsvermədə Barzel yetəri qədər səs toplaya bilmədi. Ona lazım səs sayı cəmi 2 ədəd idi. Sonradan məlum oldu ki, ADR 2 Xristian Demokrat İttifaqından olan deputata Barzelin əleyhinə səs verməsi üçün rüşvət vermişdir. Yeni ümumi seçkilər 1972-ci ilin noyabrında keçirildi və Brandt bu seçkilərdə parlaq qələbə qazandı. 11 may 1973-cü ildə federal parlament "Əsas müqavilə"nı ratifikasiya etdi.[6]
"Əsas Müqavilə"yə əsasən, Federativ Respublikası və ADR siyasi səbəblərə görə bir-birinin “daimi nümayəndələr” adlandırılan de-fakto səfirlərini qəbul edirdi. Qarşılıqlı tanınma hər iki dövlətin Birləşmiş Millətlər Təşkilatına üzv olması üçün qapını açdı, çünki Federativ Respublikanın bütün Alman millətini təmsil etmək iddiası Şərqdəki həmkarını tanımaq aktı ilə mahiyyətcə geri çəkildi.
1982-ci ildə Xristian Demorkat İttifaqı (XDİ) və Xristian Sosial İttifaqı FDP-ni özünün Almaniya Sosial Demokrat Partiyası ilə olan ittifaqını sonalndırmağa çağırırdılar. Bundan sonra XDİ rəhbəri Helmut Khol AFR-ın kansleri oldu. Hər bir halda o, ADR-a qarşı izlənilən xarici siyasət kursunu dəyişdirmədi. Lakin hakim partiya daxilində bu müqaviləyə qarşı mübarizənin başında Bavariyanın nazir-prezidenti, ittifaq daxilində Helmut Kholun əsas rəqibi olan Frans Jozef Strausla gəlinən razılıq idi. Bu razılığa əsasən 1983-cü ildə ADR-a 3 milyard markalıq kredit verildi. 1987-ci ildə ADR-ın lideri Erix Honekker AFR-i ziyarət edən ilk və sonuncu ADR dövlət başçısı oldu. Ümumi olaraq, bu ziyarət Kohlun xarici siyasətinin nəticəsi olaraq qəbul edildi.[7]
İmzalanmış müqavilələr
[redaktə | mənbəni redaktə et]Bunlar əsas və ya ikinci dərəcəli siyasət məqsədi kimi Ostpolitik olan Qərbi Almaniya müqavilələridir:
- Permit razılaşması (17 dekabr 1963)
- Moskva müqaviləsi (1970)
- Varşava müqaviləsi (1970)
- Berlin barədə Dörd Güc razılaşması (3 sentyabr 1971)
- Tranzit razılaşması (17 dekabr 1971)
- Əsas müqavilə (21 dekabr 1972)
- Praqa müqaviləsi (11 dekabr 1973)
Xristian Demokrat Helmut Kol dövründə (1982-ci ildən Almaniyanın 1990-cı ildə yenidən birləşməsinə qədər) sonrakı razılaşmalar, oxşar məsələlərlə məşğul olsalar da, oxşar məqsədlərə malik olsalar da, Ostpolitik hesab edilmirlər.
Ostpolitikə bənzər siyasətlər
[redaktə | mənbəni redaktə et]Alman diplomatik ənənələri
[redaktə | mənbəni redaktə et]Keçmişdə Prussiya, Saksoniya, habelə birləşmiş Almaniya şərqdəki qonşuları ilə mədəni, inanc və dünyagörüşünəki fərqlərə baxmayuaraq, birlikdə yaşamağın yollarını tapmağa məcbur olmuşdu.
Bismarkın dövründə Almaniya imperiyası özünün şərq qonşusu olan Rusiya imperiyası ilə olan münasibətlərini tənzimləmək üçün Sığorta müqaviləsini (1887) imzalamağa məcbur olmuşdu.
Veymar Almaniyası özünün diplomatik blokadasını 1922-ci ildə Sovet İttifaqı ilə Rapallo müqaviləsini imzalamaqla müəyyən dərəcədə sonlandırmışdı.
1939-cu ildə imzalanmış Molotov-Ribbentrop Paktı Nasist Almaniyası və Sovet İttifaqı arasında ideoloji fərqlilikləri bir kənara qoymuş, iki dövlət arasında geopolitik və ticarət ittifaqı formalaşdırmışdı.
Vatikan diplomatiyası
[redaktə | mənbəni redaktə et]Ostpolitik həmçinin Roma papası VI Pavelin (1963-1978) Sovet İttifaqı və Şərqi Avropa ölkələrinə qarşı izlədiyi xarici siyasətə verilən addır. Ümumi olaraq xristianların, xüsusən də katoliklərin Dəmir Pərdənin arxasındakı vəziyyətini yaxşılaşdırmağa yönəldilmiş bu cəhdlər zamanı o, müxtəlif dərəcəli kommunist bürokratları ilə danışıqlar aparmışdı. Bu şəxslər arasında SSRİ-nin xarici işlər naziri Andrey Qromiko, SSRİ-nin formal dövlət rəhbəri Nikolay Podqorni (1966 və 1967) də daxil idi. Bu şəxslər Vatikana gəlmişdilər. Bu səylər nəticəsində Polşada, Macarıstanda və Rumıniyada kilsənin vəziyyəti bir qədər yaxşılaşdı.[8]
Cənubi Koreyada
[redaktə | mənbəni redaktə et]Cənubi Koreyanın 1980-ci illər siyasəti Ostpolitikdən təsirlənərək Nordpolitik adlandırılmışdır.[9] Həmçinin Gün İşığı siyasəti də buna bənzər göstərilə bilər.[10]
Tayvanda
[redaktə | mənbəni redaktə et]Tayvanın Çinə qarşı olan Mainlandpolitik siyasəti Ostpolitikə işarə olaraq adlandırılır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Haftendorn, 2001. səh. 173–174
- ↑ Haftendorn, 2001. səh. 181
- ↑ "The Moscow Treaty (12 August 1970)". www.cvce.eu. 12 avqust 1970. 26 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2023.
- ↑ Ludwig Gelberg. The Warsaw Treaty of 1970 and the Western Boundary of Poland. səh. 125–127.
- ↑ Haftendorn, 2001. səh. 183–184
- ↑ Haftendorn, 2001. səh. 194
- ↑ "The Fall of the Berlin Wall, the Power of Individuals, and the Unpredictability of History". Foreign Policy Research Institute. 2017. 2017-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2023.
- ↑ Franzen, 2017. səh. 427
- ↑ Lee, 1989. səh. 141-178
- ↑ Kim, 2012. səh. 99–111
Mənbə
[redaktə | mənbəni redaktə et]- Clay Clemens. Reluctant Realists: The CDU/CSU and West German Ostpolitik. 1989.
- Carol Fink və Bernd Schaefer. Ostpolitik, 1969–1974, European and Global Responses. Cambridge University Press. 2009. ISBN 978-0-521-89970-3.
- Arne Hofmann. The emergence of détente in Europe: Brandt, Kennedy and the formation of Ostpolitik. Routledge. 2007.
- A. James McAdams. The New Diplomacy of the West German Ostpolitik. Princeton University Press. 2019.* Hyun-Key Kim. South Korea's Sunshine Policy, Reciprocity and Nationhood. 2012. 99–111.
- Ming Lee. SEOUL'S SEARCHING FOR" NORDPOLITIK: EVOLUTION AND PERSPECTIVE. Asian Perspective. 1989. 141–178.