Xaron
Kəşf tarixi | 22 iyun 1978 |
---|---|
Böyük yarımoxu | 19.591,4 km |
Nəyin peykidir | Pluton |
Özünə xas ekssentrisitet | 0[1] |
Kütləsi | 1,52 ± 0,06 yottagram |
Orta sıxlığı | 1,702 ± 0,021 q/sm³[1] |
Albedo | 0,372 |
16,8 | |
Xaron, (134340) Pluto I kimi də tanınan peyk, Plutonun 5 təbii peyki arasından ən böyüyüdür. Peykin orta radiusu 606 kilometrdir. Xaron, Pluton, Erida, Haumea, Makemake və Gonggongdan sonra altıncı ən böyük transneptun obyektidir.[2] 1978-ci ildə, ABŞ-nin Vaşinqtonda yerləşən ABŞ Hərbi Dəniz Rəsədxanasında fotoqrafiya lövhələrindən istifadə edilərək kəşf edilmişdir.
Diametri Plutonun yarısı qədər, kütləsi isə Plutonun səkkizdə biri qədər olan Xaron, aid olduğu planetlə müqayisədə olduqca böyük bir peykdir. Onun elə cazibə qüvvəsi var ki, Pluton sisteminin bari mərkəzi Plutonun xaricində yerləşir.
Xaronun şimal qütbünün qırmızı-qəhvəyi rəngli örtüyü, həyat üçün vacib ola biləcək maddə olan tolin üzvi makromolekullarından ibarətdir. Bu tolinlər Plutonun atmosferindən buraxılmış və Xarona qədər 19,000 km məsafə qət etmiş metan, azot və digər bənzər qazlardan yaranmışdır.
Yeni üfüqlər kosmik gəmisi Plutonun sistemini ziyarət etmiş yeganə kosmik gəmidir. Həmin kosmik gəmi 2015-ci ildə Xaronun 27,000 kilometrliyinə qədər yaxınlaşmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://www.sciencemag.org/content/350/6258/aad1815/T1.expansion.html.
- ↑ "Arxivlənmiş surət". 2019-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.