Kütlə (fiziki kəmiyyət)
Naviqasiyaya keç
Axtarışa keç
Kütlə - fiziki kəmiyyət olub, cismin ağırlıq qüvvəsi qazandıran, həmçinin onun ətalətliyini pozmağa çalışan qüvvəyə qarşı göstərdiyi müqavimət üçün ölçü kəmiyyətdir. Fizikaya Nyuton tərəfindən daxil edilmişdir[istinad bildirilməli]. Kiloqram etalonu Fransanın Sevr şəhərində saxlanılır.
Müasir fizikada kütlə anlayışı altında obyektin iki xassəsi başa düşülür:
- Nyutonun ikinci qanununda təsvir olunan, cismin ətalətliyini xarakterizə edən ətalət kütləsi. Eyni qüvvənin təsiri altında olan iki cisimdən kütləsi kiçik olanı daha çox təcil qazanır. Kütlənin qiyməti ona təsir edən qüvvə və zamandan, eyni zamanda cismin yerləşdiyi fəzadan asılı deyil.
- Qravitasiya kütləsi cismin yaratdığı qravitasiya sahəsini və ya digər cisimlər tərəfindən yaranan qravitasiya sahəsində qazandığı ağırlıq qüvvəsini xarakterizə edən kəmiyyətdir.
Ümumi Nisbilik Nəzəriyyəsinin əsasını təşkil edən Eynşteynin ekvivalentlik prinsipi cismin ətalət kütləsi ilə qravitasiya kütləsinin bir-birinə ekvivalent olmasını ortaya qoyur. Belə ki, hər zaman şərti ödənilir.