Xarici İşlər Nazirliyi (Polşa)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xarici İşlər Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
Yurisdiksiya Polşa
Yaradılma tarixi 1916
Baş qərargah
Rəsmi saytı gov.pl/dyplomacja
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Polşa Xarici İşlər Nazirliyi (pol. Ministerstwo Spraw Zagranicznych) — Polşa beynəlxalq əlaqələrinin saxlanılmasında cavabdeh, Avropa birliyiBirləşmiş Millətlər Təşkilatı kimi regional milli olmayan siyasi təşkilatların iştirakını əlaqələndirməkdən məsuldur.

Xarici İşlər Nazirliyi, Polşa Respublikasının digər dövlətlərlə arasında yaxşı, dostluq əlaqələrini saxlamaq üçün məsuliyyət daşıyır. Eyni zamanda, Polşa xalqının nümayəndəsi kimi çıxış etməlidir. Buna görə də bütün Polşa diplomatik nümayəndəlikləri Xarici İşlər Nazirliyinə tabedir.

Xarici İşlər Nazirliyi ilk olaraq Birinci Dünya müharibəsində Polşanın işğalçı Alman qüvvələrindən müstəqilliyini bərpa etdiyi zaman Regent Şurasının səlahiyyətlərinə nəzərən Leon Vesilevskinin rəhbərliyi ilə yaradılmışdır. Lakin nazirlik yalnız Regent Şurasının çökməsindən, Versal müqaviləsinin qəbul olunmasından və Jozef Pilsudskinin hakimiyyətə gəlməsindən sonra ona verilmiş məsuliyyətləri yerinə yetirməyə başladı. 1939-cu ilə qədər nazirlik Varşavanın mərkəzi hissəsində, Pilsudska Meydanı içərisində olan Bruhl Sarayında yerləşdi. İkinci Dünya Müharibəsi dövründə nazirlik ləğv olunur, Polşa hökumətini Fransaya, qalan hissəsi isə Londona sürgün edilir. Sürgündə Polşa hökumətinin bir hissəsi formalaşmağa başladı.

Bu dövrdə sürgündə hökumət başçısı olan Edvard Raçinski məsul nazir hesab edilirdi. 1945-ci ildən sonra, bir çox ölkələr Varşavada yeni kommunist hökumətə diplomatik tanınmağa başladıqda, sürgündəki hökumətin hesabına, yeni Polşa Xalq Respublikası səlahiyyətliləri nazirliyi nəzərdən keçirərək ilk nazir kimi Edvard Osobka Moravski təyin edildi.

1989-cu ildən və Üçüncü Respublikanın yaradılmasından sonra nazirlik və onun heyəti Varşavanın mərkəz hissəsində Aleje Szuça küçəsində binalar kompleksində yerləşir.

  1. "Przejdź do: Ministerstwo Spraw Zagranicznych - Biura i departamenty". 2019-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]