Vivianit
Naviqasiyaya keç
Axtarışa keç
Vivianit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Fe²⁺₃(PO₄)₂·8H₂O |
Strunz təsnifatı | VII/C.10b[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Vivianit — monoklinik sinqoniya. Kristalları prizmatik, bəzən lövhəvari, həmçinin izometrik və ya lövhəvari. Ayrılma {010} üzrə mükəmməl, {100} və {106} üzrə qeyri-mükəmməl. İkiləşmə {010} üzrə lövhəvari. Aqreqat: böyrəkvari, kürəvari, yaxud silindrəbənzər, konkresiyalar və lövhəvari, yaxud lifli möhtəvilər, torpaq- və tozvari, ulduzvari. Rəngsiz və şəffaf, oksidləşdikdə açıq abıdan göyümtül-qarayadək. Parıltı şüşəli, ayrılma müstəvisində - sədəfi. Sərtliyi 1,5-2. Xüsusi çəki 2,68. Nazik lövhələri elastik olur, asanlıqla kəsilir. Tam oksidləşdikdə kövrəkləşir. Növ müxtəlifliyi: bosforit, kerçinit. Filiz yataqlarının oksidləşmə zonasında, yaxud peqmatitlərdə fosfatların aşınma məhsulu.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.