Uşaqlıq mioması

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Uşaqlıq mioması
Fibromioma
Mioma - Əməliyyat zamanı
Mioma - Əməliyyat zamanı
Elm sahəsi Tibb / Ginekologiya / İnvaziv Radiologiya
mioma.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlıq mioması – uşaqlıq divarının saya əzələ hüceyrələrindən əmələ gələn şişvari törəmədir. Miomaların ölçüləri bir neçə millimetr və 20-25 sm arasında dəyişə bilir. Uşaqlıq miomasının dəqiq əmələ gəlmə səbəbləri hələ də tam dəqiq müəyyən olunmayıb, lakin, miomanın hormonal tənzimləmə ilə əlaqəsi barədə məlumatlar mövcuddur.

Əmələ gəlmə səbəbləri

[redaktə | mənbəni redaktə et]

Uşaqlıq miomasının inkişafı haqqında müasir təsəvvürlər hormonal nəzəriyyəyə əsaslanır. Estragenlərin ekskresiyasının və metabolik çevrilməsinin, eləcə də estragen fraksiyaları nisbətinin (estron və estradiolun follikulin, estriolun isə lyutein fazalarına doğru artması) pozulması miometriyada morfoloji dəyişikliklərə gətirib çıxarır.

Miometri kütləsi estrogenlərin başlatdığı saya əzələ hüceyrələrinin hiperplaziyası və həmçinin də bu hüceyrələrin hipertrofiyası nəticəsində arta bilər.

Estrogenlərlə bərabər miomanın böyüməsini progesteron stimullaşdırır. Uşaqlıq mioması zamanı saya əzələ hüceyrələrinin hipertrofiyası onların hamiləlik dövründə olan hipertrofiyası ilə eynidir və yalnız estradiol ilə proqesteronun nisbətən yüksək konsentrasiyasında birləşmiş təsiri zamanı ortaya çıxa bilər. Lyüetin fazasında proqesteron miositlərin mitotik fəallığını artırır, bundan əlavə proqesteron böyümə faktorlarının induksiyası yolu ilə miomanın böyüməsinə təsir edir. Mioma toxumasında estradiol və proqesteron reseptorları sabit miometridəkindən daha çoxdur. Miomatoz düyünlərdə cinsi steroidlərin mübadiləsinin pozulması böyümə faktorlarının iştirakı ilə hüceyrələrin autokrin stimulyasiyasına səbəb olur. Uşaqlıq mioması toxumasında estrogenlərin təsir mediatorları insulinkimilərdən I və II böyümə faktorlarıdır.

Uşaqlıq miomasının patogenezinin hormonal aspektləri ilə birgə orqanizmin immun reaktivliyinin dəyişmələri də əhəmiyyətli rol oynayır, xüsusilə də xroniki infeksiya ocaqları zamanı; kiçik çanağın hemodinamikasının nəzərə çarpan dəyişikliyi, eləcə də irsi meyllilik.

Miomanın böyümə zonaları miometridə iltihab infiltratları və endometri ocaqları ətrafında formalaşır. Miomanın böyüməsində saya əzələ hüceyrələrininin fenotipik transformasiyası və pozulmuş mikrosirkulyasiya şəraitində degenerativ dəyişikliklər əhəmiyyətli rol oynayır. Miomatoz düyünlərin rüşeymləri embrional mərhələdə də formalaşa bilər. Xələf hüceyrələrin böyüməsi uzun illər estrogenlərin və progesteronun təsiri altında yumurtalıqların nəzərə çarpan fəallığı fonunda davam olur.

Çox vaxt miomalar simptomsuz davam edirsə də əksər hallarda onlar bir sıra xoşagəlməz simptomlarla büruzə verirlər.

  • Çox vaxt xroniki anemizasiya ilə nəticələnən gur menstrual qanaxmalar;
  • Qarının aşağı şöbələrində, çanaqda və beldə ağrılar;
  • Miomanın sidik kisəsini sıxması nəticəsində sıxlaşan sidik ifrazı, qəbzləşmə;
  • Doğum funksiyasının (Reproduktiv funksiyanın) pozulması: sonsuzluq, düşük;
  • Bütün qadınların 40%-də Uşaqlıq mioması var;
  • Histerektomiyaların əksər hissəsi (Uşaqlıq götürülməsi əməliyyatları) Uşaqlıq mioması səbəbindən həyata keçirilir.

Müalicə üsulları

[redaktə | mənbəni redaktə et]

Müəyyən olunmuş miomanı heç də həmişə fəal müalicə etmək lazım deyil. Lakin, mioma böyüməyə davam edərsə, hər hansı simptomlar büruzə verərsə və ya hamiləliyə maneə törədərsə - müalicə zəruridir. Müasir dövrdə Uşaqlıq miomasının bir neçə müasir müalicə üsulu mövcuddur:

Uşaqlıq miomasının hormonoterapiyası

Uşaqlıq miomasının konservativ terapiyası şişin böyüməsinin ləngidilməsi və ya geriyə inkişafı, menometrorragiya və anemiyanın müalicəsi məqsədi ilə aparılır.

Bu məqsədlə 19-norsteroidlərin törəmələrii (norkolut, primolyut-nor, noretisteron,orqametril, hestrinon, nemestran) təyin olunur. Bu preparatların təsiri ilə mioma və müvafiq olaraq, uşaqlıq orta hesabla hamiləliyin 1-2 həftəliyinə qədər kiçilir; aybaşı zamanı qanaxma azalır və hemoqlobinin səviyyəsi normallaşır. Lakin, kliniki effekti hamiləliyin 8 həftəliyi qədərki ölçüləri aşmayan miomalarda almaq olur.

Steroid struktura malik antihonadotropinlər (danazol, hestrinon) və honadoliberinlərin aqonistlər (zoladeks, diferelin, buserelin və s.) miomatoz düyünlərin böyüməsinə təsir edirlər. QnRH aqonistlərin təsiri altında miomatoz düyünlərin ölçülərinin 55% qədər kiçilməsi mümkündür. Lakin bu effekt müvəqqətidir - preparatın qəbulu dayandırıldıqdan sonra və aybaşı funksiyasının (menstrual funksiyanın)bərpasından sonra 67% xəstələrdə qidalanmanın pozulması əlamətlərilə miomanın ekspansiv böyüməsi başlayır.

Uşaqlıq miomasının konservativ müalicəsi sahəsində böyük irəliləyişə baxmayaraq medikamentoz terapiya (ilk növbədə hormon terapiyası) arxa planda qalır. bu preparatları şişin böyüməsinin ləngidilməsi əlamətlərinin korreksiyası məqsədi ilə təyin edirlər. Hətta ən müasir preparatlar belə ancaq müvəqqəti effekt əldə etməyə imkan verir.

Bir qayda olaraq hormonoterapiyanın ən üstün nəticələri kiçik ölçülü miomalarda əldə edilir. Digər hallarda QnRH tətbiqi düyünlərin və onlara qan axınının azaldılması üçün planlaşdırılmış mimektomiyaya öncəsi əməliyyatqabağı hazırlıq olaraq mümkündür.

Uşaqlıq arteriyalarının embolizasiyası (UAE)

Uşaqlıq arteriyalarının embolizasiyası (UAE) kiçik həcmli, cərrahi kəsik tələb etməyən əməliyyatdır. Bu əməliyyat zamanı yerli keyitmə ilə, bud nahiyyəsində kiçik dəlikdən bud atreriyasına girilir və nazik xüsusi katetorların köməyi ilə miomanı qidalandıran damarlara plastik hissəciklər yeridilir, nəticədə düyünlərdə qan dövranı tamami ilə dayanır. Qan dövranı dayandıqdan sonra miomanı təşkil edən əzələ hüceyrələri ölür. Sonra sorulma prosesi nəticəsində düyünlərin nəzərə çarpan kiçilməsi və/və ya tam yox olması baş verir, mioma simptomları tam keçib gedir. 98,5% hallarda UAE sonra uşaqlıq mioması ilə bağlı əlavə müalicəyə ehtiyac olmur. 

Mioektomiya

Mioektomiya – Uşaqlıq saxlanılması yolu ilə miomatoz düyünlərin cərrahiyyə üsulu ilə götürülməsindən ibarətdir və laparotomik, laparoskopik və histeroskopik müdaxilə yolu ilə həyata keçirilir. Mioektomiya ümumi narkoz və 5-7 gün ərzində stasionar şəraitdə saxlanılmaq tələb edir.

Tamam sağalma 2-3 həftə müddətində baş verir (əməliyyat sonrakı müddətin ağırlaşmasız keçdiyi halda). Mioektomiya histerektomiyanın bir sıra çatışmazlıqlarından çəkinməyə imkan verir. İlk növbədə bu üsul fertilliyin saxlasnılması üçün real zəmin yaradan orqan qoruyub saxlayan müdaxilədir. ikinci tərəfdən əməliyyatın bu üsulunda PHS yayınmaq olur. Eyni zamanda mioetomiya da ideal üsul deyil. Bu müdaxiləni heç də hər zaman həyata keçirmək olmur. Mioektomiyanın yerinə yetirilməsinin mümkünlüyü miomatoz düyünlərin ölçüləri, miqdarı və yerləşməsindən əlavə əməliyyat edən həkimin təcrübə və səriştəsindən asılıdır. Mioektomiyada digər maneə əməliyyat daxili qanaxmanın əmələ gəlməyinin mümkünlüyüdür və bu baş verdikdə histerektomiya (Uşaqlıq götürülməyi) tələb oluna bilər.

Bundan başqa mioektomiya keçirmiş xəstələrin 30% qədərində xəstəliyin resedivi (qalıq) əmələ gəlir. Bu hər şeydən əvvəl onunla izah olunur ki, əməliyyatın gedişatı zamanı heç də hər zaman bütün düyünləri götürmək olmur, onlardan bəziləri, kiçlik ölçülərə malik olanları qala bilər və nəticə etibarilə böyüyə bilər. Bundan başqa Uşaqlıq mexaniki zədəsi özü-özlüyündə yeni miomaların əmələ gəlməsinə təkan verən faktor ola bilər. Yuxarıda göstərilənlərdən də göründüyü kimi bu günümüzə qədər də Uşaqlıq miomasının orqanı saxlamaqla müalicəsi məsələsi müasir ginekologiyanın ən aktual problemlərindən biri olaraq qalır.

Histerektomiya

Təəssüf hissiylə demək istərdik ki, hazırkı dövrdə Azərbaycanda miomanın müalicəsinin ən geniş yayılmış üsulu radikal əməliyyat - histerektomiyadır. Histerektomiya - bütün Uşaqlıq cərrahiyyə yolu kəsilib ilə götürülməsidir. Histerektomiya həm açıq əməliyyat yolu ilə, həm də laparoskopik (qarın boşluğu divarının deşilməsi ilə) yolla aparıla bilər. Bu üsulda ümumi narkoz və xəstənin 7 gündən az olmayaraq stasionarda saxlanılması gərəkdir. Tamamilə sağalma müddəti 3-6 həftədir (əməliyyatdan sonrakı müddət ağırlaşmasız keçərsə). Qeyd etmək gərəkdir ki, uşaqlıq miomasının bu zahirən radikal müalicə üsulunda təəssüf ki, ciddi çatışmazlıqlar da mövcuddur. Aydındır ki, doğma funksiyasını tamamlamamış pasientlərdə Uşaqlıq götürülməsi son dərəcə arzuolunmaz bir haldır. Bundan əlavə narkoz lazım olan istənilən cərrahi müdaxilə kimi histerektomiya da müəyyən dərərcədə anestezioloji risk və ciddi ağırlaşmalara gətirib çıxara bilər, xüsusilə də yanaşı patologiyası, nəzərə çarpan anemizasiya olan pasientlərdə. Hər il Moskva stasionararında histerektomiya zamanı 95%-i narkoz ağırlaşmaları olan onlarla ölümcül ağırlaşma baş verir.

Histerektomiyanın daha bir vacib xüsusiyyəti də əməliyyat sonrakı dövrdə posthisterektomiya sindromunun (SPH vəya PHS) inkişafı yüksək ehtimal daşıyır.Bu sindrom - pasientlərin yaşayış keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salan kompleks hormonal, vegetativ-damar və psixoloji pozğunluqlardan ibarətdir. Histerektomiyadan sonra qadınların 50%-dən çoxunda SPH ortaya çıxır və hormonal fonun, psixoloji emosiaonal sferanın və vegetativ-qan-damar tənzimləməsinin pozulması ilə xarakterizə olunur. Bu zaman süd vəzisinin xərçəngi, ürəyin işemik xəstəliyi kimi xəstəliklərin inkişaf təhlükəsi əhəmiyyətli dərəcədə artır.

Uşaqlıq mioması xəstələrinin yaşının gənc olmasını nəzərə aldırda aşkar olur ki, onların əksəriyyəti üçün histerektomiya psixoloi və eləcə də fiziki əziyyətlərə gətirib çıxaran əlillik deməkdir.

Uşaqlıq mioması müalicəsinin eksperimental üsulları (FUS -ablasiya və digərləri)

FUS-ablasiya üsulunun mahiyyəti maqnit-rezonans tomoqrafiyası (MRT) nəzarəti altında fokuslaşdırılmış ultrasəs dalğaları ilə mioma toxumasına təsirdən ibarətdir. Uşaqlıq miomasının müalicəsi üçün bu metodikanın istifadəsi eksperimantal xarakter daşıyır, belə ki, bir neçə ciddi texniki məsələlər, ilk növbədə ablasiyanın təsir müddətinin az olması ilə bağlı problemlər həll olunmamışdır.

Bu müalicə üsulu ilk vaxtlar qaraciyərin və mədəaltı vəzinin çətin yol tapılan şişlərinin müalicəsi üçün təklif olunmuşdur. Uşaqlıq miomasının müalicəsi üçün bu metodikanın istifadəsi təcrübi xarakter daşıyır, belə ki, bir neçə ciddi texniki məsələlər həll olunmayıb. İlk növbədə indiki dövrdə də təsirin dəqiqliyi kifayət qədər olmur, yəni miomatoz düyünə yaxınlıqda yerləşən sağlam toxumaların və orqanların qəsdsiz olaraq zədələnməsi təhlükəsi var. İkincisi bu prosedur zamanı miomatoz düyün toxumasının tam olaraq 100% -i təsirə məruz qalmır, bu da pasientlərin böyük əksəriyyətində 6-12 ay müddətində miomanın residiv böyüməsinə gətirib çıxarır. Bu metodikanın günümüzdə olan ən böyük tədqiqatının nəticələrinə görə (Stewart EA, Rabinovici J, Tempany CM et al. "Clinical outcomes of focused ultrasound surgery for the treatment of uterine fibroids.") metodun qısamüddətli effekivli olması barədə nəticə çıxarılmışdır. Pasientlərin yarısından çoxunda ablasiyadan bir il sonra miomatoz düyünlərin yenidən böyüməsi bütün bunlar FUS-ablasiyaya bir sıra əks göstərişləri müəyyən edir.

Bu prosedur aşağıdakı hallarda tamamilə yolverilməzdir:

  • Hamiləlik məqsədləri olduqda;
  • 5-dən artıq miomatoz düyün olduqda;
  • Dəri səthindən 12 sm çox və büzdüm nahiyəsinə 4 sm-dən yaxın yerləşən düyünlərin mövcud olması halında (yəni Uşaqlıq arxa divarında yerləşən miomalar bu üsula münasib deyil);
  • 500 sm3-dən böyük həcmli mioma olduğu halda;
  • MRT tətbiqinə əks göstəriş olduğu halda.

Ola bilər ki, gələcəkdə texnologiyaların inkişafının nəticələri FUS-ablasiyanın daha geniş istifadə olunmasına imkan yaradacaqdır, yalnız hazırkı dövrdə bu üsulun tətbiq sahəsi hədsiz dərəcədə dardır və bu hamiləlikdə maraqlı olmayan, cərrahi müakicə üsuluna və UAE-ya qarşı əks göstərişləri olan simptomlu miomalı pasientlərə tətbiq olunan bilər.

Miomanın müalicəsində alternativ tibb

Gur menstruasiyalar kimi xoşagəlməz əlamətlərlə müşayət olunan uşaqlıq mioması müalicə olunmalıdır.

Əksər hallarda iki əməliyyat növü arasında seçim qalır (mioektomiya və uşaqlıq arteriyalarının embolizə olunması). Lakin bu müdaxilələr nə qədər az zədələyici olsa belə bəzi qadınlar bu cür müalicə üsulundan yayınmaq üçün əllərindən gələni edirlər. Elə bu səbəbdəndir ki, xalq təbabəti, hopeopatiya, dietoterapiya, fitoterapiya (otlarla müalicə) və hirudoterapiya (zəli müalicə üsulu) kimi müalicə üsulları populyarlaşıb. Bəs bütün bunlar hər hansı bir elmi əsasa söykənmişdirmi? Bu metodların effektivliyinin sübutları mövcüddurmu?

Miomanın otlarla müalicəsi

Fitoterapiyanın əhəmiyyətli bir çatışmamazlığı var: otlar heç də bizi müalicə etmək üçün yaradılmayıb. Onların tərkibində bir çox maddələr, eləcə də müxtəlif ziyanvericilərdən müdafiə üçün zəruri olan zəhərli maddələr var. Bu səbəbdən də otlar yan təsirlərə gətirib çıxara bilər. Misal olaraq ürəkbulanması, iştahanın azalması, mədə pozğunluqları və digər. Həmçinin elmi işlərdə də mütəmadi olaraq müalicənin elə bu cür nəticələri təsbit olunur. Lakin hər hansı bir bitkidə həqiqətən mioma ilə mübarizədə yüksək potensial təsirliliyə malik bir maddə aşkarlanarsa, onu əldə edərək tədqiqatlar aparıb (siçanlar üzərində təcrübələrdən ta ki böyük insan qrupları ilə aparılan təcrübələrə qədər) nəticə çıxaracaqlar - preparat öz təsirliliyini və zərərsizliyini isbat etmişdir və ya yox. Əgər isbat etmiş olsa dərman satışa çıxarılacaqdır və siz artıq onu sağlamlıq üçün təhlükəsiz dəqiq ölçülmüş dozalarla istifadə edə bilərsizin. İndi isə dəqiq yoxlanılmamış və potensial olaraq təhlükəli müalicə üsullarından çəkinmək yaxşı olardı, bundan başqa bu metodlar isbat olunmuş effektivliyə malik deyillər. "Mioma əleyhinə" pəhriz dedikdə "iltihab əmələ gətirə bilən" məhsullardan imtina olunmasını nəzərdə tutulur. Buna misal olaraq qəhvə, spirtli içkilər və fast-fudu göstərmək olar. Bu yanaşmadakı problem də odur ki, miomanın iltihab prosesi ilə heç bir əlaqəsi yoxdur. Bu sadəcə Uşaqlıq əzələ hüceyrələrindən əmələ gələn törəmədir.

Miomanın müalicəsində hirudoterapiya və homeopatiya

Hirudoterapevt xidmətlərindən istifadə etməyi və zəlilərlə müalicə olunmağı qərara almış qadınlar çox böyük təhlükəyə məruz qalırlar. Birinci olaraq prinsip etibarilə zəlilərin miomaya hansı yolla təsir edə biləcəyi aydın deyil. Aydındır ki, dəri üzərindən miomanın qanını “sormaq” heç də alınmayacaq. Və bu kifayət qədər mənasız bir məşğuliyyətdir, çünki miomalar qanla çox yaxşı təchiz olunurlar. İkincisi, hirudoterapiya yalnız o halda təhlükəsiz ola bilər ki, tibbi zəlilər müəyyən olunmuş ciddi şərtlər daxilində yetişdirilsin – bu zaman onlar infeksiya yoluxdurucuları olmaya bilər. Lakin, Rusiya ərazisində hirudoterapiya o dərəcədə populyardır ki, azsaylı hirudoterapevt təminatçılarının zəli yetişdirilməsi kimi bu cür bahalı və çətin bir prosesin öhdəsindən necə gəldiyi heç də tam aydın deyil.

Homeopatik preparatların iş prinsipi maddənin az dozasının böyük effektə malik olmasına əsaslanır. Əgər XVIII əsrdə, homeopatiyanın yeni ortaya çıxdığı dövrdə maddələrin molekulyar quruluşu haqqında heç bir məlumat yox idisə də, indiki dövrdə artıq aydınlaşmışdır ki, hopeopatlar tərəfindən çox böyük miqdarda istifadə olunan tabletlər və kürəciklərin tərkibində əvvəlcədən elan olunmuş maddənin heç bir molekulu belə mövcud deyil. Belə ki, bu preparatların “təsir gücünü” yalnız və yalnız plasebo effekti ilə izah etmək mümkündür.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]