Texnesium
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | texnesium, Tc, 43 | |||||
Qrup, Dövr, Blok | 7, 5, d | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 98 q/mol | |||||
Elektron formulu | Kr 4d5 5s2 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | 2157 °C (2430 K, 3915 °F) | |||||
Qaynama temperaturu | 4265 °C (4538 K, 7709 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Texnesium (Tc) — D.İ. Mendeleyevin elementlərin dövri sistemində 43-cü element. Radioaktivdir. Texnesium süni yolla alınmış ilk kimyəvi elementdir. 1937-ci ildə E.Serqe və K.Perrye molibden atomunun nüvəsini neytronlarla bombardman edərək texnesiumu almışlar. Texnesiumun kütlə ədədləri 92-dən 108-ə qədər olan radioaktiv izotopu var. Ən əhəmiyyətli izotop 99Tc dir. Sabit izotopu yoxdur. Texnesium və ya onun birləşmələri oksigenlə reaksiyaya girdikdə suda həll ola bilən Tc²O⁷ və TcO², xlor və flüorla reaksiyaya girdikdə TcHal⁶, TcHal⁵, TcHal⁴ tipli halogenidlər, bəzən də TcO³Hal tipli oksihalogenidlər əmələ gəlir (Burada Hal- Halogendir). Tc²O⁷-nin suda məhlulunu buxarlandırdıqda tünd-qırmızı kristallar şəklində pertexnetat turşusu HTcO⁴ alınır; onun duzlarına (Məs. KTcO⁴, CsTcO⁴) pertexnatatlar deyilir. Texnesium xlorid turşusu ilə reaksiyaya girmir, lakin oksidləşdirici turşularda - nitrat turşusunda, zərhəldə, qatı sulfat turşusunda, eləcə də Hidrogen peroksiddə həll olur. Molibden, sirkonium, niobium, titan, skandium və hafnium ilə ərintiləri alınmışdır. Tibb və əczaçılıq araşdırmalarında, radiasiya mənbəyi olaraq istifadə edilir.
Kimya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |