Civə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
80 qızılcivətallium
Cd

Hg

Cn
Ümumi
Ad, İşarə, Nömrə civə, Hg, 80
Qrup, Dövr, Blok 12, 6, d
Xarici görünüşü
Atom kütləsi 200.59 q/mol
Elektron formulu 4f14 5d10 6s2
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu -38.83 °C
(234.32 K, -37.89 °F)
Qaynama temperaturu 356.73 °C
(629.88 K, 674.11 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1

Civə (Hg) (farsca: جیوه-jive)– D.İ. Mendeleyevin elementlərin dövri sistemində 80-ci element.

Civənin tarixi

[redaktə | mənbəni redaktə et]

İtalyadakı Monte-Amyata civə yatağı Qədim Roma dövründən istifadə olunur. Civənin bu qədər qədimdən məlum olmasının səbəbi onunla əlaqədardır ki, orada çıxarılan kinovar (civə-sulfid HgS) havada qızdırıldıqda asanlıqla parçalanaraq metallik civə buxarları əmələ gətirir:

  • HgS+O2→Hg+SO2
Astronomlar tərəfindən Merkuri planetinin işarələnməsi

Civə e.ə. II minillikdə insanlara məlum idi. Əlkimyaçılar onu maddələrin qadın başlanğıcı, metalların anası, fəlsəfə daşının əsası hesab edirdilər. Onlar civəni argentium vivum ("CANLI GÜMÜŞ"), hidrargirum ("maye gümüş") və ya Mercurius adlandıraraq onun metalların şahı qızılla yaxınlığını nəzərə çatdırırdılar (işarəsi qızıl olan Merkuri planeti Günəşə ən yaxın planetdir).

Civə təhlükəlidir

[redaktə | mənbəni redaktə et]

.Civə ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub atmosferi, suyu, qida məhsullarını çirkləndirir. Tərkibində civə olan üzvi birləşmələr, xüsusən metal-civə daha təhlükəlidir.[1]

Civə

Civə ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır, trofik zəncirdə bioakkumlyasiya və hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək olar: su – dib çöküntüləri – biota (bentos, fito – zooplankton), balıqla qidalanan balıqlar və quşlar. Biokimyəvi metilləşmə prosesləri nəticəsində su sistemlərində əmələ gələn qurğuşunun üzvi birləşmələri daha təhlükəlidir.

Civə ətraf mühitə civə tərkibli filizlərin çıxarılması və əridilməsi, sulfid filizlərindən əridib əlvan metalların alınması, filizdən qızıl əldə edildiyi, sellülozun ağardılması, xlor, kaustik, vinilxlorid, elektrik avadanlıqlarının (lampa, müxtəlif cərəyan mənbələri), ölçü və nəzarət cihazlarının (termometr, monometr), civətərkibli tibb preparatlarının, sementin istehsalı, civətərkibli pestisidlərin istifadəsi, daş kömür və mazutun yandırılması zamanı daxil olur. Tullantıların yandırılması zamanı da ətraf mühitə xeyli miqdarda civə daxil olur. Metallik civə istənilən növ həyat üçün yüksək zəhərlidir. Ekoloji təsirlər hər şeydən əvvəl su mühitində özünü göstərir – bir hüceyrəli dəniz yosunlarının həyat fəaliyyəti dayanır, fotosintez pozulur, nitratlar, fosfatlar, ammonium birləşmələri assimilyasiya olunur.

Heyvan və insan orqanizmində civənin miqdarı

[redaktə | mənbəni redaktə et]

Heyvanların orqanizmində civənin miqdarı kütlə ilə 0,00001 – 0,000001%-ə qədər olur. Dəniz balıqlarında, dəniz məhsullarında daha çox civə olur.

Insan orqanizmində civənin miqdarı 0,0001-dən 0,045 mq/kq-a qədər olur. Orta hesabla sutka ərzində qida məhsulları ilə insan orqanizminə 0,02–0,05 mq civə daxil olur. Civə insan orqanizminin orqanlarının toxumlarının hamısında aşkar olunmuşdur. Civə insan qanında orta hesabla 0,0023 mq/l miqdarında olur.

Civə ionları və onun birləşmələri fermentlərin sulfhidril qrupları ilə əlaqələnərək onları passivləşdirə bilir. Orqanizmə düşdükdə civə Cu, Zn,Cd, Se kimi elementlərin udulmasına və mübadiləsinə təsir edə bilir.

Suların çoxlu sayda sənaye tullantıları ilə çirklənməsi hesabına əksər xərçəngəbənzərlərdə və balıqlarda civənin miqdarı yüksək olur (başlıca olaraq civənin üzvi birləşmələri şəklində) Metallik civənin buxarları əsasən təhlükəni yaradır. Havanın temperaturu artdıqca onun açıq səthlərdən civənin ayrılması artır. Nəfəs aldıqca civə qana keçir. Orqanizmdə civə qan ilə dövr edir, zülallarla birləşərək qismən qara ciyərdə, böyrəklərdə, dalaqda, beyin toxumalarında toplanır. Insan üçün civənin zəhərlilik dozası 0,4 mq, öldürücü dozası >150 mq-dır. Civə ilə zəhərlənmənin simptomları aşağıdakılardır: emosional davamsızlıq, qıcıqlanma, yuxunun pozulması, əllərin barmaqlarının əsməsi, baş ağrıları, iş qabiliyyətinin azalması. Orqanizimdən civə böyrəklər, bağırsaq, tər vəziləri vasitəsi ilə xaric olunur.

Civə ilə zəhərlənmə

[redaktə | mənbəni redaktə et]

Civə ilə zəhərlənmənin əlamətləri müşahidə edildikdə aşağıdakıları etmək lazımdır:

1. Mədəni su ilə yumaq (bir stəkan suya 20–30q aktivləşmiş kömür əlavə olunur).

2. Süd içmək və ya qırılmış çiy yumurtanı su ilə içmək.

3. Mütləq həkimə müraciət etmək.

Qəribədir ki, metallik civə daxilə qəbul edildikdə praktiki olaraq təhlükəli deyil.

Əgər siz tibbi civə termometrini qırmısınızsa və civə yerə tökülübsə, aşağıdakıları etmək məsləhətdir:

  1. Otaqdan bütün kənar şeyləri çıxarmaq.
  2. Havanı dəyişmək üçün pəncərələri və qapını açmaq.
  3. Pambıq-cuna sarğı, rezin əlcəklər və ayaqqabı geyinmək.
  4. Civəni yığmaq (skrebka, şotka, tozsoran,skoç, sprinsobka və ya nəm kağız ilə təmizləyin. (Daha dəqiq məlumat üçün internetdə "fhn civə" axtarın).
  5. Civədən təmizlənmiş yeri qaynar sabun mayesi ilə yumaq (və ya kalium permanqanat məhlulu ilə).
  6. Otağı dəqiq yığışdırdıqdan sonra əlləri sabunla qaynar su ilə yumaq lazımdır.
  7. Yığılmış civəni germetik bağlanan taraya (banka, konteyner və s.) yerləşdirib otaqların və ərazilərin civəsizləşdirilməsi üzrə təşkilata xəbər vermək lazımdır.
  8. Sağlamlığınızın vəziyyəti pisləşdikdə həkimə müraciət edin. Civə orqanizmə aşağıdakı əsas mənbələr vasitəsilə daxil olur:

Bitki mənşəli məhsullar: düyü, kələm. Heyvan mənşəli məhsullar: ət, dəniz balıqları, dəniz məhsulları. Ətraf mühitin kimyəvi tullantılarla çirkləndiriciləri.

Civənin birləşmələri

[redaktə | mənbəni redaktə et]

Civənin ən geniş tanınan və insan tərəfindən geniş istifadə olunan birləşmələri aşağıdakılardır:

HgS – civə (II) sulfid, kinovar

HgCl2 – civə (II), sulema

Hg2Cl2 – civə (I) xlorid, kalomel.

Civə çox qədimdən insanlara məlumdur. Onun əsas mineralı kinovarı HgS qızdırdıqda alınır. Civə öz adını merkuri planetinin şərəfinə almışdır (latın dilində, "hidrarqyrum" – maye gümüş deməkdir).

Qida məhsulları ilə civənin orqanizmə sutkalıq qəbulu 0,015 mq-dır. Civə termometrlərdə, manometrlərdə, civə-kvars lampalarda və digər tibbi cihazlarda istifadə olunur.

Civənin birləşmələri də onun özü kimi zəhərlidir. Civə termometr zədələndikdə üzərinə kükürd səpmək lazımdır ki, civə (II) sulfid əmələ gəlsin.

Kalomel – civə (I) xlorid rəngsiz, suda az həll olan kristallardır. Kalmel qalvanik elektrodlar hazırlanmasında istifadə olunur. Onun mikrob əleyhinə təsiri də məlumdur.

Kinovar insanın istifadə etdiyi ilk mineral boyaqlardan biridir. Qədim dünyada ondan demək olar ki, hər yerdə istifadə olunmuşdur – Misirdə, Hindistanda, Çində, Mesopotamiyada, Roma imperyasında, Frakiyada.

Rusiyada sənaye müəssisələrindən atmosferə atılan civənin miqdarı təxminən ildə 10 ton təşkil edir (Revic, Avaliani, Tixonova, 2004). Bu sənaye cəhətdən inkişaf etmiş digər ölkələrin sənayesi tərəfindən atılan civənin miqdarına uyğun gəlir. Atmosfer havasında civənin YVK 0,3 mkq/m, içməli suda 0,5 mkq/l, torpaqda isə 2,1 mq/kq təşkil edir.[2]

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
  2. "Məmmədov Q.Ş., Xəlilov M.Y. "Ekologiya, ətraf mühit və insan" // Bakı, "Elm" nəşriyyatı – 2006, 608 s. ISBN 5 – 8066 – 1765 – 3" (PDF). 2012-07-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-06-20.