Tadahiro Ayzava

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tadahiro Ayzava
yap. 相沢忠洋
Heykəli.
Heykəli.
Doğum tarixi 21 iyun 1926(1926-06-21)
Vəfat tarixi 22 may 1989(1989-05-22) (62 yaşında)
Vəfat səbəbi Beyin qansızması
Fəaliyyəti antropoloq, arxeoloq

Tadahiro Ayzava (相沢 忠洋, Ayzava Tadahiro?, 21 iyun 192622 may 1989)yaponiyalı həvəskar arxeoloq.[1] Yaponiyada ilk paleolitik daş alətləri kəşf etməsinə görə tanınır.[1]

Tadahiro Ayzava 1926-cı ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur.[1] Assosial uşaqlıq keçirən Ayzava qədim artifaktlara maraq göstərmiş, boş vaxtının böyük hissəsini dulusçuluq parçaları və daş alətlər toplamaqla keçirmişdir.[1] O, Akaqi dağının ətrafında ilk insanların nə vaxt məskunlaşdığı ilə maraqlanmışdır.[2]

Ayzava həyatını qazanmaq üçün natto ticarəti ilə məşğul olurdu.[2]

Ayzava 1946-cı ilin sentyabrında Qunma prefekturasının Kiryu şəhərində səyyar satıcılıq ilə məşğul olarkən Kasakake qəsəbəsinin İvacuku rayonunda yerləşən, qismən aşınmış və Kanto gilli toprağının bir hissəsi olan qırmızı gil layında obsidian alətlərlə qarşılaşmışdır.[1][2] Bu dövrdə arxeoloqlar Yaponiyanın insanlar tərəfindən məskunlaşılmasının Comon dövründə baş verdiyini hesab edirdilər.[1]

Ayzava 1949-cu ilin iyulunda həmin bölgədə obsidian ucluq da aşkar etmişdir.[2] O, artıq kifayət qədər dəlili olduğunu düşünərək tokiolu tədqiqatçı Teruya Eyzakaya yaxınlaşmış və onun vasitəsilə Meyci Universitetinin arxeoloqu Çosuke Serizava ilə tanış olmuşdur.[2] Serizava onun tapıntılarını universitetin professoru Sosuke Suqiharaya göstərmiş və onu təəccübləndirmişdir.[2] 1949-cu ilin 11–12 sentyabr tarixlərində İvacukuda baş tutan arxeoloji qazıntı işlərində Serizava, Suqihara və İsamu Okamoto ilə yanaşı, Ayzava da iştirak etmiş və bir neçə ovalşəkilli daş alət aşkarlanmışdır.[2] Ayzava Serizava və Sekiya ilə birlikdə "Akaqi dağı ətəyində paleolitik alətlər" adlı hesabat yazmışdır.[2] Bu kəşflər nəticəsində 30.000 il əvvəl Yaponiyada paleolitik mədəniyyətin mövcud olduğu təsdiqlənmişdir.[1]

Ayzava Akaqi dağı bölgəsində paleolitik mədəniyyəti müstəqil şəkildə öyrənməyə davam etmişdir.[2] O, Qonqen, Kiribara, Mitsuya və Masuqata arxeoloji yerlərində tədqiqatlar aparmışdır.[2]

  1. 1 2 3 4 5 6 7 Kodansha Encyclopedia of Japan
  2. 1 2 3 4 5 6 7 8 9 10 "Kiryu Area Prehistory: Hunting". KIEA (ingiliscə). Archived from the original on 2022-08-28. İstifadə tarixi: 28 avqust 2022.