Comon dövrü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Doqu (yap. 土偶), e.ə. 1000-400

Cyomon (saxsı qablar) mədəniyyətiNeolit (yeni daş dövrü) Yaponiya ərazisində e.ə. 8-ci minillikdən - e.ə. 300-cü ilədək olan dövrü əhatə edir. Neolit dövründə saxsı məmulatlarının istehsalı başlanır və ipli saxsı qablar (cyomon) meydana gəlir. Məhz buna görə də, yapon arxeoloqları neolit dövrünü "Cyomon mədəniyyəti dövrü" adlanırırlar.  

Cyomon mədəniyyətinin izləri ilk dəfə XIX əsrin sonlarında amerikan Eduard Mors tərəfindən aşkar edilmişdir - o, böyük balıqqulağı topası (kaycuka) aşkar etmişdi.  Məhz balıqqulağı topası altında qədim dövrə dair tapıntılar aşkar edilmişdir. II Dünya Müharibəsinə qədər Cyomon dövrünə sinonim olaraq "daş dövrü" ifadəsindən də istifadə olunmuşdur.

Bu dövr üçün ikiqulplu alətləri, ox və kaman, daş və sümükdən hazırlanmış alətlər xarakterikdir. Bu dövrdə qayıqlar da hazırlanmışdır. Əhalinin əsas məşğuliyyəti - ovçuluq və balıqçılıq olmuşdur. Bundan başqa, Hokkaydo adasının mərkəzində yığıcılıqla, Xonsyu adasının şimal-şərqində isə əkinçiliklə də məşğul olurdular. Kənd təsərrüfatı bitkilərindən daha çox qarabaşqa becərilirdi. Akita şəhərində aşkar edilmiş quyunun dibində təqribən 4500 il bundan əvvələ aid qarabaşqa dənləri aşkar edilmişdir. Qarabaşaqdan başqa, darı, Koreyanın cənubundan və Çindən gətirilmiş düyü, noxud və balqabaq da becərilir, şabalıd, fındıq və palıd qozası yetişdirilirdi.  

Neolit dövrünə aid maddi mədəniyyət nümunələri içərisində məhsul yığımında istifadə edilən aypara şəkilli daş bıçaqları, külüng - toxaları, taxılı təmizləmək üçün istifadə olunan həvəngdəstləri və cilalayıcı daşları göstərmək olar.  Daş qılınc, xəncər və əsa qəbilə başçısına məxsus olurdu və onlardan ayinlərin icrası zamanı istifadə edirdilər. Neolit dövrünə aid sümük və buynuzdan olan məmulatlar daha incə şəkildə hazırlanır və onlar müxtəlif zəngin ornamentlərlə bəzədilirdi.  Neolit dövründə istehlak (mənimsəmə) təsərrüfatından istehsal təsərrüfatına keçid baş verdi. Məhsuldar qüvvələrin inkişafı icma daxilində əmək bölgüsünə səbəb olmuş və toxuculuq meydana gəlmişdi. Bunu Katako və Toro düşərgələrindən (müasir Nara prefekturası və Şicioka rayonu) aşkar edlmiş daş və saxsı iy ucluqları sübut edir. [1]

Dövrləşdirmə

[redaktə | mənbəni redaktə et]

Cyomon dövrünün xronologiyası bu dövrün dulus məmulatlarına əsasən qruplaşdırlır. 1937-ci ildə Yapon arxeoloqu Yamanouti Suqao saxsı məmulatlarını 5 əsas sinifdə təsnif etmişdir. Hal-hazırda bu dövrə aid 50 tip saxsı məmulatı aşkar edilmişdirː

  1. Proto Cyomon (və ya ən erkən Cyomon, Со-ки, e.ə. VII-V minilliklər),
  2. Erkən Cyomon (Dzen-ki, e.ə. IV minillik),
  3. orta Cyomon(Tyu-ki, e.ə. III minillik),
  4. Son Cyomon(Ko-ki, e.ə. II minillik),
  5. Yekun Cyomon (və ya ən son Cyomon, Ban-ki, e.ə. I minilliyin I yarısı).
  1. Davudov Q. Yaponiya tarixi. Bakıː Elm və təhsil, 2014, s. 9-10