Təbii peyk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mars planetinin peyki Fobos və Deymos

Təbii peyk — cazibə qüvvəsinin təsiri ilə kosmosda başqa bir obyekt ətrafında müəyyən trayektoriya (orbit) üzrə fırlanan göy cismidir.

Günəş Sistemində ümumilikdə 284 məlum təbii peykdən ibarət altı planetar peyk sistemi mövcuddur. Astronomlar tərəfindən cırtdan planetlər hesab edilən yeddi obyektin də təbii peykləri olduğu məlumdur: Pluton, Salasiya, Haumea, Kvavar, Makemake, Qun-qunErida.[1] 2022-ci ilin yanvarına olan məlumata görə, təbii peykləri olduğu bilinən 447 digər kiçik planet var.[2]

Bir planet adətən onun orbitində olan hər hansı təbii peykdən ən azı təxminən 10.000 dəfə kütləyə və müvafiq olaraq daha böyük diametrə malikdir.[3] Yer-Ay sistemi, Günəş sistemində unikal bir istisnadır; eni 3,474 kilometr olan Ayın diametri, Yerin diametrinin 0,273 mislinə, kütləsi isə yerin kütləsinin kütləsinin təxminən 1⁄80-ə bərabərdir.[4]

"Peyk" anlayışı ilk dəfə İohann Kepler tərəfindən 1611-ci ildə Frankfurtda nəşr olunan Narratio de Iovis Satellitibus adlı əsərində istifadə edilmişdir.[5] Gündəlik həyatda peyklərə bəzən ay deyilir.

Beynəlxalq Astronomiya İttifaqı hələ ki, peyki ciddi şəkildə müəyyənləşdirməyib və bunun daha sonra həyata keçiriləcəyini bəyan edib.[6]

  1. "Planetary Names". planetarynames.wr.usgs.gov. 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-26.
  2. "Asteroids with satellites". www.johnstonsarchive.net. 2021-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-26.
  3. "Arxivlənmiş surət". 2024-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-26.
  4. Guinness world records 2014. [England] : Guinness World Records Limited. 2013. ISBN 978-1-908843-35-7.
  5. Jürgen Blunck. Solar System Moons: Discovery and Mythology (ingilis). Berlin, Heydelberq: Springer Science+Business Media. 2010. VII. doi:10.1007/978-3-540-68853-2. ISBN 978-3-540-68852-5. LCCN 2009933626. OL 25130523M. Wikidata Q30116066.
  6. "International Astronomical Union | IAU". www.iau.org. 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-26.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]