Təəssürat, günəşin doğuşu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Təəssürat, günəşin doğuşu
fr. Impression, soleil levant
Rəssam Klod Mone
Tarixi 13 noyabr 1872
Üslubu Marina
Texnikası Yağlı boya
Ölçüləri 48 sm × 63 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Marmottan-Mone muzeyi, Paris, Fransa
Saytı marmottan.fr/notice/4014/
İnventar nömrəsi 4014
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təəssürat, günəşin doğuşu (fr. Impression, soleil levant) — Klod Mone tərəfindən çəkilmiş və ilk dəfə 1874-cü ilin aprelində Parisdə "İmpressionistlərin sərgisi"ndə nümayiş olunmuş rəsm əsəri. Belə ki, sərginin adından başa düşüldüyü kimi bu əsər impressionizm cərəyanının təsirinə məruz qalmışdır.

Mone "Təəssürat, günəşin doğuşu" əsərində özünün doğulduğu şəhər olan Havr şəhərinin limanını təsvir etmişdir. Hal-hazırda bu əsər Marmottan-Mone muzeyində (Paris) sərgilənməkdədir.

Mone 1872-ci ildə Fransanın şimal-qərbində yerləşən, doğulduğu şəhər olan Havr şəhərinə gəlir və burada yaradıcılığına Havr şəhərinin limanını təsvir etdiyi şəkillərlə davam edir. Onun çəkdiyi müxtəlif rəsmlərdən limanın "günün sübh, gündüz, alatoranlıq, qaranlıq periodlarında və fərqli görüş nöqtələrindən - suyun özündən və ya otel otağından" təsvir edildiyi aydın olur.

"Təəssürat, günəşin doğuşu" əsəri 1874-cü ildə Parisdə keçirilən "Rəssamlar, Heykəltaraşlar, Həkkaklar və s." sərgisində nümayiş etdirildikdən sonra yuxarıda qeyd olunan əsərlər içərisində ən məşhuru olmağı bacardı. Otuz iştirakçı olmasına baxmayaraq sərgiyə, əsasən, Mone, Edqar Deqa, Kamil Pissarro, Pyer-Ogüst Renuar, Alfred Sisley rəhbərlik edirdi və burada təqribən 200-ə yaxın əsər 4000-dən çox insana nümayiş olundu. Hətta sərgidəki həmin əsərlərin bir qisminin sərt təndiqlərə məruz qalması da aşkardır.

Əsər 1985-ci ildə Filip Yamin və Yusif Ximun tərəfindən Marmottan-Mone muzeyindən oğurlanmışdır. Yalnız 1990-cı ildə onu muzeyə geri qaytarmaq mümkün olmuşdur və 1991-ci ildən əsər yenidən insanlara sərgilənməyə başlamışdır.

Təəssürat və İmpressionizm

[redaktə | vikimətni redaktə et]

Monenin dediyinə görə o, mövzunun təsvirində istifadə etdiyi qarışıq rəssamlıq üslubuna görə əsərə "Təəssürat, günəşin doğuşu" başlığını seçmişdir: "Onlar məndən kataloq üçün başlıq xahiş etdilər, mən isə onlara bu başlığın yalnız "Havr şəhərinin görünüşü" ola bilməyəcəyini bildirdim və əlavə etdim: "Təəssürat adlandırın" ". Əsərin adıyla bağlı bu izaha əlavə olaraq sənət tarixçisi Pol Smit iddia edir ki, Mone "Təəssürat" başlığını bu əsəri tamamlanmamış hesab edəcək və yaxud əsərin çəkilişində müəyyən təsviri detalların çatışmazlığını önə sürəcək insanların tənqidlərindən azad olmaq üçün seçmiş ola bilər. Mone göstərdiyi bütün cəhdlərə baxmayaraq, yenə də belə tənqidlərə məruz qalmışdır.

Rəsmin başlığı kataloq üçün tələsik seçilmiş kimi görünsə də, "İmpressionizm" termini yeni deyildi. O, müəyyən müddət Barbizon məktəbindən olan əsərlərin təsvirində istifadə olunmuşdur. Şarl-Fransua DobiniKlod Mone də bu məktəbin təsiriylə əlaqədar olaraq öz əsərlərinin təsvirində bu termindən geniş şəkildə istifadə etmişdir.

Tənqidçi Lui Leroy 1874-cü ildə "Le Charivari" qəzeti üçün baş tutmuş "İmpressionistlərin sərgisi"ni incələyərək bildirmişdir ki, o, "İmpressionizm"i nümayiş olunmuş əsərin yeni üslubunu təsvir etmək üçün istifadə edib və onun dedikləri Monenin eyni adlı əsəri tərəfindən xarakterizə edilmişdir.

"Təəssürat, günəşin doğuşu" əsərindən və 1860-cı illərdən əvvəl ilk olaraq "İmpressionizm" termini təbii səhnənin rəssam üzərində və rəsm əsərinin izləyici üzərində təsirini təsvir etmək üçün istifadə olunmuşdur.

Mövzu və şərh

[redaktə | vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]