Suxoy Su-37

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Suxoy Su-37 (NATO kod adı: Flanker-F) Rusiyanın çoxməqsədli reaktiv mühərrikli qırıcı təyyarəsidir.

Suxoy Su-37 (NATO kod adı: Flanker F)
Су-37
Suxoy Su-37 Farnborough'da (1996)
Suxoy Su-37 Farnborough'da (1996)
Tipi çoxməqsədli qırıcı
Hazırlayan Suxoy Dizayn Bürosu[d]
İstehsalçı Rusiya
İlk uçuş 2 aprel 1996
İstismara verilmə tarixi Layihə ləğv edilib
Buraxılış sayı 2
Baza modeli Suxoy Su-35
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Su-37 tək nəfərlik, bütün hava şəraitlərində hərəkət edə bilən qırıcı və yerdəki hədəflərə hücum üçün nəzərdə tutulmuş hücum təyyarəsidir. Su-27 Flanker təyyarələrinin inkişaf etdirilmiş olan versiyasıdır. Su-27 iyirmidən artıq ölkənin silahlı qüvvələrində istismar edilən 4-cü nəsil SSRİ təyyarəsidir. Su-37 təyyarələrinin test modelləri ilk uçuşlarını 1996-cı ilin aprel ayında Moskva yaxınlarında yerləşən Zhukovsky sınaq uçuş bazasında həyata keçirib.

Su-37 təyyarələri SU-27 təyyarələrində olan bütün hava şəraitlərində çoxfunksiyalı sintetik şəkillərdə torpağın dəqiqliyinin pozulması, ərazinin xəritəsinin çəkilməsi və radarların təkmilləşdirilməsi kimi bir sıra xüsusiyyətləri özündə birləşdirmişdir. Təyyarənin “skeleti” yəni konstruksiyası tamamilə metaldan yaradılmış Su-27 təyyarələrinin əksinə olaraq, böyük miqdarda kompozit materiallarından yaradılmışdır. Əlavə olaraq, şaquli itələmə (yəni təyyarənin yuxarıya qalxması) ilə təchiz edilmiş AL-37FU motorları təyyarədə mövcuddur. Su-37 təyyarələrinin nəfəslikləri sadəcə olaraq maili formada qurula bilər və +15 -15 dərəcə ilə səfər edilə bilər, fəqət dönmə momentini artırmaq üçün fərqli dərəcələrdə də yaratmaq mümkündür. Su-37 ayrıca olaraq Rusiyanın ilk HOTAS (Hands On Throttle and Stick) sisteminə sahib təyyarəsi hesab olunur. Əlavə olaraq quyruq bölməsində təyyarənin arxasına raket atmağa izin verən radar da mövcuddur.

Mühərrik yalnız TVC ehtiva etməz, ayrıca olaraq klassik, əks və üfüqi manevrlər zamanı belə mühərrikin dalğalanmasına davamlılıq və güc verən, AOA-nın 180 dərəcəyə qədər yüksəlməsi təyyarəyə daha yaxşı etibarlılıq və manevr qabiliyyəti bəxş edir.

Su-37, gövdəsində olan 12 silah daşıma nöqtəsində hava-hava və hava-yer tipli raketləri daşıya bilər. Daşıya biləcəyi raket və bombanın miqdarı əlavə yükləmə rəfləri yerləşdirməklə 14-ə qaldırıla bilər.

Rusiya Silahlı Qüvvələri heç Su-37 təyyarələrindən sifariş verməmişdir, ancaq təyyarə xaricdə, hal-hazırda genişmiqyaslı şəkildə Suxoy korporasiyasının olduğu bazarlarda özünə müştəri tapa bilərdi. Çoxsaylı prototipləri yaradılmışdı, lakin təyyarə istehsal mərhələsində deyildi.

Su-37 təyyarələrinin inkişaf etdirilməsinə dair ən böyük fikir, layihənin maliyyə çatışmazlığı səbəbindən ləğv edilməsi olmuşdur. İki ədəd yaradılmış Su-37 prototipləri isə başqa bir Suxoy qırıcı təyyarəsi olan Su-35 (Flanker-Es) şəklində dəyişdirilmişdir.

Tekniki xüsusiyyətləri (Su-37)

[redaktə | mənbəni redaktə et]
Suxoy Su-37

Ekipaj: Bir pilot

Uzunluq: 22.183 m

Qanad enliliyi: 14.7 m

Hündürlük: 6.43 m

Sahəsi: 62.0 m²

Boş çəkisi: 18,500 kq

Maksimum yükgötürmə qabiliyyəti: 35,000 kq

Mühərrik (reaktiv təyyarə): Lyulka AL-37FU

Reaktiv təyyarə tipi: turbofan

İstehsal sayı: 2

İtələmə gücü: 145 kN

Maksimum sürət: 2.35 mach (2,500 km/saat ən yüksək hündürlükdə)

Hərəkət mənzili: 3,700 km

Maksimum hündürlük: 18,000 m (59,100 ft)

Maksimum G yükü: 11+/5-

Silahlar: 1 ədəd 30 mm-lik GSh-30 topu (150 mərmi)

12 ədəd qanad və gövdə yerlərində 8,200 kq (18,080 lb)-a qədər sursat