Sporotrikoz
Sporotrikoz | |
---|---|
XBT-10 | B |
XBT-10-KM | B42, B42.9, B42.7, B42.8, B42.1, B42.0 |
XBT-9 | |
XBT-9-KM | 117.1[1][2] |
DiseasesDB | 29797 |
MedlinePlus | 001338 |
eMedicine | med/2161 |
MeSH | D013174 |
Vikianbarda əlaqəli mediafayllar |
Sporotrikoz — "qızılgül xəstəliyi" kimi da tanınan[3] dəri, ağciyər, sümük və oynaqlara təsir edən və geniş yayıla bilən göbələk infeksiyası.[3][4]
Xəstəliyin törədicisi bütün dünyada rast gəlinir.[5] Növ 1896-cı ildə onu insan nümunəsindən təcrid edən Benjamin Şenkin şərəfinə adlandırılmışdır.[6]
Simptomları
[redaktə | mənbəni redaktə et]Sporotrikoz möhkəm, ağrısız düyünlər şəklində özünü göstərir. Yerli və ya geniş yayılmış halda ola bilər.[7] Xəstəlik göbələklə ilkin təmasdan sonra bir həftədən bir neçə aya qədər davam edir.[5] İmmuniteti zəif olan insanlarda ciddi fəsadlar yarana bilər.[5]
Sporotrikoz, Sporotriks şhenckii növ kompleksinin göbələkləri tərəfindən törədilir.[8][9] S. şenckii təbii olaraq torpaqda, otda, mamırlarda və bitkilərdə olduğu üçün adətən fermerlərə, bağbanlara və kənd təsərrüfatı işçilərinə təsir göstərir.[10]
Əsas simptomları:
Dəri sporotrikozu
[redaktə | mənbəni redaktə et]Simptomlara nüfuz yerində, limfa düyünləri və damarları boyunca dəridə düyünlü yaralar və ya qabarmalar daxildir. Yara kiçik və ağrısız başlayır və çəhrayıdan bənövşəyi rəngə qədər dəyişir. Müalicə olunmazsa, yara böyüyür, çibana bənzəyir və xroniki xora əmələ gəlir.
Adətən sporotrikoz dəri yaraları barmaq, əl və qol nahələrində yayılır.
Ağciyər sporotrikozu
[redaktə | mənbəni redaktə et]Xəstəliyin bu nadir formasına S.şenckii sporların nəfəs alma zamanı ağciyərə daxil olması səbəb olur. Ağciyər sporotrikozunun simptomlarına öskürək, ağciyərlərdə düyünlər və boşluqlar, fibroz və genişlənmiş limfa düyünləri daxildir. Sporotrikozun bu forması olan xəstələr vərəm və pnevmoniyanın inkişafına meyllidirlər.
Yayılan sporotrikoz
[redaktə | mənbəni redaktə et]İnfeksiya orqanizmdə ilkin ocaqdan yayıldıqda, xəstəlik yayılan sporotrikoz adlanan nadir və kritik bir formaya çevrilir. İnfeksiya oynaqlara və sümüklərə (osteoartikulyar sporotrikoz), həmçinin mərkəzi sinir sisteminə və beyinə (sporotrikoz meningit) yayıla bilər.
Yayılan sporotrikozun simptomlarına çəki itkisi, anoreksiya və sümüklərin zədələnməsi daxildir.
Yoluxması
[redaktə | mənbəni redaktə et]Dəridəki kiçik kəsiklərdən daxil olur və infeksiyaya səbəb olur. Ağciyərlərə təsir edən sporotrikoz zamanı göbələk sporları tənəffüs yolu ilə daxil olur.[5] Sporotrikoza xəstə pişiklərlə təmasda yoluxmaq mümkündür və bu, baytarlar üçün peşə riskidir.[5]
Diaqnozu
[redaktə | mənbəni redaktə et]Sporotrikoz yavaş irəliləyən və tez-tez yüngül simptomlarla müşayiət olunan xroniki bir xəstəlikdir. Diaqnoz qoymaq çətindir, çünki bir çox digər xəstəliklər oxşar simptomlara malikdir.
Sporotrikozlu xəstələrdə S. şenckii göbələyinə qarşı antikorlar olur, lakin həssaslıq və spesifiklik dəyişkənliyinə görə bu xəstəlik üçün etibarlı diaqnoz olmaya bilər. Təsdiqedici diaqnoz dəridən, bəlğəmdən, sinovial mayedən və onurğa beyni mayesindən göbələklərin analizini götürüb əkmək olaraq qalır. Drenaj keçidlərindən və xoralardan yaxma götürülməlidir.
Diferensial diaqnoz
[redaktə | mənbəni redaktə et]Diferensial diaqnostikaya aşağıdakılar daxildir: leyşmanioz, nokardioz, Mycobacterium marinum[7], pişik cızması xəstəliyi, cüzam, sifilis, sarkoidoz və vərəm.[5]
Müalicəsi
[redaktə | mənbəni redaktə et]Sporotrikozun müalicəsi infeksiyanın yerindən və dərəcəsindən asılıdır. Dərinin üstünə yerli antifunqal (göbələk əleyhinə) preparatlar tətbiq oluna bilər. Dərin ağciyər infeksiyası əməliyyat tələb edə bilər.[5] İstifadə olunan dərmanlara itrakonazol, flukonazol, posakonazol və amfoterisin B daxildir.[5] Əksər insanlar müalicə ilə sağalır.[5] Zəif immun sistemi və ya geniş yayılmış xəstəlik olarsa nəticə yaxşı olmaya bilər.[5]
Sporotrikozun müalicəsi xəstəliyin şiddətindən və yerindən asılıdır. Bu vəziyyət üçün müalicə variantları aşağıdakılardır:[11]
- Oral — kalium yodid
Kalium yodid dəri sporotrikozunun müalicəsi kimi geniş istifadə olunan göbələk əleyhinə dərmandır. Geniş istifadəsinə baxmayaraq, bu dərmanın əleyhinə və ya leyhinə heç bir yüksək keyfiyyətli sübut yoxdur. Sporotrikozun müalicəsində kalium yodidin effektivliyini və təhlükəsizliyini qiymətləndirmək üçün əlavə tədqiqatlara ehtiyac var.[12]
- Itrakonazol (Sporanox) və flukonazol
Bunlar antifunqal dərmanlardır. İtrakonazol hazırda seçilən dərmandır və flukonazoldan qat-qat effektivdir. Flukonazol itrakonazol qəbul edə bilməyən xəstələrə verilməlidir.
- Amfoterisin B
Bu antifunqal preparat venadaxili istifadə olunur. Ancaq bir çox xəstə qızdırma, ürəkbulanma və qusma kimi potensial yan təsirləri səbəbindən Amfoterisin B-yə dözə bilmir.
Amfoterisin B hamiləlik zamanı ağır infeksiyalar üçün istifadə edilə bilər. Yayılmış və ya ağır xəstəliyi olan uşaqların müalicəsində əvvəlcə amfoterisin B deoksiksolat, sonra itrakonazol istifadə oluna bilər.[13]
Sporotrikoz meningit zamanı xəstəyə amfoterisin B və 5-fluorositozin/flusitozin preparatları verilə bilər.
- Terbinafin
Dəri sporotrikozunu müalicə etmək üçün 12–24 həftə ərzində gündə 500–1000 mq terbinafin istifadə edilir.[14]
- Yeni triazollar
Bir sıra tədqiqatlar göstərmişdir ki, posakonazol amfoterisin B və itrakonazol kimi in vitro fəaliyyətə malikdir; buna görə də alternativ terapiya kimi vəd göstərir. Bununla belə, vorikonazola qarşı həssaslıq dəyişir. Hazırda sporotrikozun müalicəsi üçün posakonazol və ya vorikonazolu tövsiyə etmək üçün kifayət qədər sübut yoxdur.[13]
- Cərrahiyyə
Ağciyərlərdə və sümük infeksiyası zamanı cərrahi müdaxilə lazım ola bilər.
- İstilik terapiyası
İstilik daha isti toxuma temperaturu yaradır ki, bu da immunitet sistemi infeksiya ilə mübarizə apararkən göbələklərin böyüməsinə maneə törədə bilər. Bu məqsədlə istifadə edilən "cib qızdırıcısı" bir neçə saat ərzində dəri səthində 44–45 dərəcə sabit temperatur saxlamaqla yanaşı, məhdudiyyətsiz hərəkət azadlığına imkan vermək üstünlüyünə malikdir. Müalicə müddəti yaranın növündən, yerindən, dərinliyindən və ölçüsündən asılıdır. Ümumiyyətlə, gündə 1–2 saat və ya yuxu zamanı 5–6 həftə ərzində yerli tətbiq kifayətdir.[15]
Qarşısının alınması
[redaktə | mənbəni redaktə et]Sporotrikoz hallarının əksəriyyəti göbələk sporları olan bitki örtüyü ilə işləyərkən dəridə kəsik və ya yara olduqda baş verir. Bu xəstəliyin qarşısının alınmasına torpaq, ot, qızılgül kolları ilə işləyərkən uzun qol paltar və əlcəklər geyinmək daxildir.
Sporotrikoz riski erkək küçə pişiklərində daha çoxdur. Müvafiq olaraq, pişikləri qapalı yerdə saxlamaqla və ya onları sterilizasiya etməklə riski azaltmaq olar.[16] Yoluxmuş heyvanların təcrid edilməsi də profilaktik tədbir ola bilər.[16][17] Xəstəliyə yoluxmuş pişiklərdən insanlara yayılma riski müvafiq biotəhlükəsizlik tədbirləri ilə, o cümlədən sporotrikoz şübhəsi olan pişiklə işləyərkən qoruyucu vasitələrdən istifadə etməklə və pişiklə işlədikdən sonra əlləri, qolları və paltarları yumaqla azalda bilər.[17]
Heyvanlarda
[redaktə | mənbəni redaktə et]Ev və vəhşi məməlilərə sporotrikoz diaqnozu qoyula bilər. Baytarlıqda ən çox pişiklərdə və atlarda müşahidə olunur. Pişiklərdə dəri sporotrikozunun xüsusilə ağır forması olur.[18]
Sporotrikoz heyvanlardan insanlara keçə bilər (zoonoz). Xüsusilə, yoluxmuş pişiklər dərisinin yaralarından böyük miqdarda sporotrikoz orqanizmləri tökərək infeksiyanı onlarla təmasda olan insanlara ötürə bilər.[18][19] Pişiklər ən çox sporotrikozu yayan heyvan mənbəyi olsa da, infeksiyanın insanlara itlərdən, siçovullardan, dələlərdən də keçdiyi məlumdur.[20]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Disease Ontology (ing.). 2016.
- ↑ Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- ↑ 1 2 Proia, Laurie. 28. The dimorphic mycoses // Spec, Andrej; Escota, Gerome V.; Chrisler, Courtney; Davies, Bethany (redaktorlar ). Comprehensive Review of Infectious Diseases (ingilis). Elsevier. 2020. 421–422. ISBN 978-0-323-56866-1. 2023-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-31.
- ↑ Johnstone, Ronald B. 25. Mycoses and Algal infections // Weedon's Skin Pathology Essentials (2nd). Elsevier. 2017. 455. ISBN 978-0-7020-6830-0. 2023-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-31.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Milner, Dan A.; Solomon, Isaac. Sporotrichosis // Milner, Danny A. (redaktor). Diagnostic Pathology: Infectious Diseases (ingilis). Elsevier. 2020. 316–319. ISBN 978-0-323-61138-1. 2023-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-31.
- ↑ Barros MB, de Almeida Paes R, Schubach AO. "Sporothrix schenckii and Sporotrichosis". Clinical Microbiology Reviews. 24 (4). October 2011: 633–54. doi:10.1128/CMR.00007-11. PMC 3194828. PMID 21976602.
- ↑ 1 2 James, William D.; Elston, Dirk; Treat, James R.; Rosenbach, Misha A.; Neuhaus, Isaac. 13. Diseases resulting from fungi and yeasts // Andrews' Diseases of the Skin: Clinical Dermatology (ingilis) (13th). Elsevier. 2019. 314–315. ISBN 978-0-323-54753-6.
- ↑ "ICD-11 - ICD-11 for Mortality and Morbidity Statistics". icd.who.int. 1 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 July 2021.
- ↑ López-Romero, Everardo; və b. "Sporothrix schenckii complex and sporotrichosis, an emerging health problem". Future Microbiology. 6 (1). 2010: 85–102. doi:10.2217/fmb.10.157. PMID 21162638.
- ↑ Ryan KJ, Ray CG, redaktorlar Sherris Medical Microbiology (4th). McGraw Hill. 2004. 654–6. ISBN 978-0-8385-8529-0.
- ↑ Lortholary O, Denning DW, Dupont B. "Endemic mycoses: a treatment update". The Journal of Antimicrobial Chemotherapy. 43 (3). March 1999: 321–31. doi:10.1093/jac/43.3.321. PMID 10223586.
- ↑ Xue S, Gu R, Wu T, Zhang M, Wang X. "Oral potassium iodide for the treatment of sporotrichosis". The Cochrane Database of Systematic Reviews. 2009 (4). October 2009: CD006136. doi:10.1002/14651858.CD006136.pub2. PMC 7388325 (#bad_pmc). PMID 19821356. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
- ↑ 1 2 Hogan BK, Hospenthal DR. "Update on the therapy for sporotrichosis". Patient Care. 22. March 2011: 49–52. 2020-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
- ↑ Chapman SW, Pappas P, Kauffmann C, Smith EB, Dietze R, Tiraboschi-Foss N, Restrepo A, Bustamante AB, Opper C, Emady-Azar S, Bakshi R. "Comparative evaluation of the efficacy and safety of two doses of terbinafine (500 and 1000 mg day(-1)) in the treatment of cutaneous or lymphocutaneous sporotrichosis". Mycoses. 47 (1–2). February 2004: 62–8. doi:10.1046/j.1439-0507.2003.00953.x. PMID 14998402. (#param_access_requires_param)
- ↑ Takahashi S, Masahashi T, Maie O. "[Local thermotherapy in sporotrichosis]". Der Hautarzt; Zeitschrift für Dermatologie, Venerologie, und Verwandte Gebiete (alman). 32 (10). October 1981: 525–8. PMID 7298332.
- ↑ 1 2 Sykes, Jane E. Canine and Feline Infectious Diseases. Elsevier Health Sciences. 2013. səh. 629. ISBN 9780323241946. 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
- ↑ 1 2 Sykes, Jane E. Greene's Infectious Diseases of the Dog and Cat. Elsevier Health Sciences. 2022. səh. 1054. ISBN 9780323509336. 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
- ↑ 1 2 Birchard, Stephen J.; Sherding, Robert G. Saunders Manual of Small Animal Practice (3rd). Elsevier Health Sciences. 2005. səh. 440. ISBN 9781416064299. 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
- ↑ "Sporotrichosis". The Merck Veterinary Manual. 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-17.
- ↑ Carpouron, Julia E.; və b. "Emerging Animal-Associated Fungal Diseases". Journal of Fungi. 8 (6). 2022: 611. doi:10.3390/jof8060611. PMC 9225262 (#bad_pmc). PMID 35736094 (#bad_pmid).