Sosialist İnternasionalı
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Sosialist İnternasionalı (ing. Socialist International – SI; Sosintern) — beynəlxalq qeyri-hökumət təşkilatı, demokratik sosializm ideyası tərəfdarı olan siyasi partiyaların ümumdünya assosiyasiyası. Təşkilatın üzvləri əsasən demokratik sosialistlər, sosial demokratlar, leyboristlərdən və bu ideyalara yaxın partiyalardan ibarətdir.
Əmək və Sosialist İnternasionalının varisi kimi 1951-ci ildə yaradılsa da, təşkilatın kökləri XIX əsrə gedib çıxır. İlk öncə əsasən Qərbi Avropa ölkələrindən olan partiyaların dominant olduqları təşkilat hal-hazırda 100-dən çox ölkədən 160-dan çox üzvə malikdir. Təşkilata üzv partiyalar, Avropa ölkələri də daxil olmaqla bir çox ölkələrdə tam və ya koalisiya tərkibində siyasi hakimiyyətdə olmuşlar. Avropa Sosialistləri Partiyası (ümumavropa miqyaslı şərti partiya) və Avropa İttifaqı Parlamentindəki qruplardan biri olan Sosialistlər və Demokratların Proqressiv Alyansı da Sosialist İnternasionalına bağlı təşkilatlardır.
1989-cu ildən etibarən Sosialist İnternasionalının baş katibi postunu Luis Ayala (Çili) icra edir. Təşkilatın prezidenti Yunanıstanın keçmiş baş naziri Qeorqies Papandreudur.