Skinhedlər
Skinhedlər, slenq. skinlər (ing. skinheads və ya skin — dəri və head — baş) — gənclərdən ibarət submədəniyyətin toplum adı.
Yaranma
[redaktə | mənbəni redaktə et]Skinhedlər haqqında ilk məlumatlara hələ 1960-cı illərdə İngiltərə musiqisində və mətbuatında rast gəlmək olar. Bu submədəniyyətin ilk adlarından biri "Hard Mods" idi. Keçən əsrin 60-cı illərinin skinhedləri başqa bir submədəniyyət olan modlara və Yamaykanın rudboylarına çox bənzəyirdilər. Müasir Oi! və pank musiqi üslubları o zaman hələ mövcud deyildi. İlk modların və skinhedlərin ən sevdiyi musiqi əvvəlcə ska və soul, sonralar isə rokstedi və reggi olmuşdur.
Submədəniyyət elə yarandığı müddətdən tamamilə apolitik idi. Burada nə solçu, nə də sağçı siyasi baxışlar üstünlük təşkil edirdi.
Mədəniyyət
[redaktə | mənbəni redaktə et]Xarici görünüş
[redaktə | mənbəni redaktə et]Skinhedlərin xarici görünüşü modların geyim üslubunu təkrarlayır: Fred Perry və Ben Sherman polo və sviterləri, Levi's cinsləri Crombie klassik paltosu və Dr. Martens çəkmələri. Bundan başqa ayrı-ayrı skinhed mədəniyyətlərinin də bir sıra fərqlənən geyim üslubları mövcuddur.
Əsas geyimə həmçinin dama-dama köynəklər, cins gödəkcələr və nazik çiyinbağıları[1] da daxil idi. Modların uzun gödəkcələri isə əksinə, tamamilə yoxa çıxmışdı.
Bu üslub "boots and braces" (çəkmə və çiyinbağı) adlandırılmışdı. Belə xarici görünüş 60-cı illərdə yamaykalı ska və reggi ifaçısı Lorel Eytkenin və Symarip reggi-qrupun 1969-cu ildə yazılmış "Skinhead Jamboree" və "Skinhead Girl" mahnılarında öz əksini tapmışdı.
Slade qrupu skinhedlərin 1-ci dalğası dönəminin öz xarici görünüşlərində istifadə edirdilər. Sonralar Slade bu görünüşdən imtina etdi.
Bu görünüş daha çox futbol tribunalarında peyda olur. Reportyor Yan Uolker 1968-ci ilin futbol matçında bir qrup skinhedi belə təsvir edirdi:
Onların hamısı Levi’s ağardılmış şalvarlarını, Dr. Martens çəkmələrini geyinmişdilər, boyunlarına isə qalstuk şəklində bağlanmış qısa şarf taxmışdılar. Onların hamısının saçları qısa kəsilmişdi
Orijinal mətn (ing.)They all wore bleached Levi's, Dr. Martens, a short scarf tied cravat style, cropped hair.
70-ci illər üsluba çox böyük dəyişiklik gətirməmişdi. Xarici görünüşün elementləri 1982-ci ildə çap edilmiş Nik Naytın "Skinhead"[2] kitabında xarakterizə edilmişdi.
Musiqi
[redaktə | mənbəni redaktə et]Yamayka musiqisi İngiltərədə 1960-cı ildə mühacirlər tərəfindən yayılmağa başlamışdı. Sonralar bunlardan bəziləri öz leyblərini yaratmışdılar (Island Records, Pama Records v.b.)
Skinhed hərəkatının müxtəlif istiqamətləri
[redaktə | mənbəni redaktə et]Müasir dövrdə özlərini "skinhed" adlandıran gənclər bir neçə qrupa bölünürlər:
- Ənənəvi skinhedlər — ilkin submədəniyyətdən propolitik şaxələnmənin reaksiyası olaraq yaranıb. Birinci skinhed mədəniyyətinin davamçılarıdırlar — fədakarlıqla submədəniyyətə sədaqət, öz köklərinə bağlılıq (ailə, fəhlə sinfi), apolitiklik nümayiş etdirirlər. Qeyri-rəsmi şüarları — "Remember the Spirit of 69". Ənənəvi skinhedlər ska və reggi musiqisinə yaxından bağlıdırlar.
- Hardkor-skinhedlər — Oi! və ska musiqisi ilə deyil, daha çox Hardkor-pank-səhnəsi ilə assosiasiya olunmuş və şaxələnmiş qrupdur. Hardkor-skinhedlər hardkor-pankın birinci dalğasının nəticəsində yayılmağa başlamışlar.
- MS skinhedlər (və ya milli sosialist skinhedlər) — İngiltərədə 1970-ci illərdə yaranmışdır. Millətçilik və rasizm idealogiyalarını dəstəkləyirlər. Onların bəziləri irqi-separatizm və ağdərili irqinin üstünlüyü idealogiyasının tərəfdarlarıdırlar. Rasizm ilkin skiner hərəkatının ruhuna zidd olduğundan, submədəniyyətin digər üzvləri onları bonhed (bonehead — kəlləbaşlar) adlandırırlar.
- R. A. S. H. — "Qırmızılar" və anarxo-skinhedlər. Onlar doğma fəhlə sinfindən miras qalmış sosializm, kommunizm və anarxizm ideyalarını mənimsəmişlər. RASH prosiyasi hərəkatdır.
Filmlər
[redaktə | mənbəni redaktə et]Skinhed mövzusunda bir sıra film çəkilmişdir:
- Made in Britain — rejissor Tim Rozun filmi (1983)
- Skinheads – rejissor Qreydon Klarkın filmi (1989)
- Başı qırxılmışlar (film, 1992) – Nasist skinhedlər haqda film
- Skinheads. rejissor Klaus Farin və Rayner Frommun sənədli filmi (1996)
- Amerika əhvalatı İks (film, 1998)
- Skinhead Attitude – rejissor Daniel Şveyzerin sənədli filmi (2003)
- This Is England – Şeyn Midouzun filmi (2006)
- Skin – Hass war sein Ausweg — holland istehsalı olan film (2008)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Описание на сайте oioioi.ru
- ↑ Nick Knight — Skinhead Arxivləşdirilib 2012-04-26 at the Wayback Machine, ISBN 0-7119-0052-3
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 2 Tone Info Information about the 2 Tone scene
- oioimusic.com Weekly updated skinhead site
- A Close Shave Arxivləşdirilib 2010-04-07 at the Wayback Machine — article about Bristol Skinheads
- No Whites; No Rudies; No Blacks; No Skins Arxivləşdirilib 2013-09-09 at the Wayback Machine — History of the skinhead subculture
- Oi! the Truth History of Oi! according to Garry Bushell (archived)
- Skin of a Different Color Arxivləşdirilib 2007-10-11 at the Wayback Machine article that discusses racist and anti-racist skinheads
- Skinhead Family Tree (image) at the Tallahassee SHARP website
- Skinhead Nation (archived)
- Smiling Smash Chas Smash of Madness discusses skinhead culture
- Reggae, Reggae, Reggae Arxivləşdirilib 2008-12-17 at the Wayback Machine Articles about the skinhead subculture and reggae music
- Trojan Records Arxivləşdirilib 2002-07-27 at the Wayback Machine Music site with information about ska and skinheads
- Hard As Nails Arxivləşdirilib 2013-11-05 at the Wayback Machine Interview with Paul Barrett of Hard As Nails