Senqay Qibon
Senqay Qibon | |
---|---|
yap. 仙厓義梵 | |
Doğum tarixi | 1750[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 1837[1][2][…] |
Vəfat yeri | |
Fəaliyyəti | bhikşu, rəssam, xəttat |
Vikianbarda əlaqəli mediafayllar |
Senqay Qibon (仙厓義梵?, 1750[1][2][…], Mino[d], Gifu prefekturası – 1837[1][2][…], Fukuoka) – Yaponiya rəssamı və xəttatı.[3] Onun əsərləri üçün yumor və satira səciyyəvidir.[3]
Həyatı
[redaktə | vikimətni redaktə et]Senqay Qibon 1750-ci ildə Yaponiyanın Mino əyalətində[a] doğulmuşdur.[3] O, 11 yaşında Rinzay sektasının keşişi olmuş və özünə buddist ad olaraq Qibon adını seçmişdir.[3] 50 il keşişlik etdikdən sonra 1811-ci ildə Hakatada yerləşən Şofuku məbədinin 123-cü abbatı vəzifəsini tərk etmişdir.[3]
Senqay həyatının son 26 ilində müəllimlik, rəssamlıq və xəttatlıqla məşğul olmuşdur.[3] Onun mürəkkəblə çəkdiyi işlər ciddi sənət kimi olunmaya bilər.[3] Bir çox şəxs onu ziyarət edərək ondan fırça işi istəyirdilər və Senqay onların xahişini yerinə yetirirdi.[3] Onun əsərləri Daruma və Kannon kimi buddist fiqurlara həsr olunmaqla yanaşı, mənzərə, çiçək, bitki və heyvan kimi mövzuları əhatə etmişdir.[3] Onun əsərlərində söz oyunları və zarafatlar yer alırdı.[3] Ən məşhur əsəri "Dairə, üçbucaq və kvadrat" hesab olunur.[3] Bu əsərdə mürəkkəbin müxtəlif tonlarından istifa etmiş, sürətli və həlledici fırça zərbələrindən yararlanmışdır.[3]
Əsərlərinin böyük hissəsi Tokioda yerləşən İdemitsu İncəsənət Qalereyasında sərgilənir.[3]
Qeydlər
[redaktə | vikimətni redaktə et]- ↑ Müasir Gifu prefekturası.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 63. ISBN 0-87011-627-4. İstifadə tarixi: 1 yanvar 2023.