Səngi Muğan
Səngi Muğan adası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 0,5 km² |
Uzunluğu | 1,1 km |
Eni | 0,9 km |
Hündür nöqtəsi | 21,7 m |
Əhalisi | 0 nəfər (2013-cü il) |
Yerləşməsi | |
39°45′00″ şm. e. 49°35′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Muğan Daşı (Səngi Muğan) — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Dilimizdə Səngi Muğan (farsca səngi daş deməkdir, Muğan isə toponimdir. Farsca ada Səngi Müzəffər, rusca Svinoy adlandırılıb. Sahildən 16 km aralıda yerləşir. Ümumi uzunluğu 1,1 km, eni 0,9 km təşkil edir. Ən hündür yeri 21,7 m-dir. Cənub hissəsində Buxta yerləşir. Sahəsi 0.5 km² təşkil edir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Svinoy (свиной) adının donuzla heç bir əlaqəsi yoxdur. Svinoy yəni günahkar quldurların məskəni. Stepan Razin 1667–1669 illərdə Xəzər dənizinin cənub, cənub-qərb sahillərinə quldur basqınları təşkil etmişdir. Süleyman şah Səfəvi kazakların basqınlarını dəf etmək üçün Məmmədxan Astaralını 4-minlik ordu ilə onların üzərinə göndərir. Toqquşma 1669-cu ilin iyul ayında baş verir. Dəniz döyüşlərində səriştəli olan kazaklar xəzər üçün üstün olan kiçik, manevr qabiliyyəti güclü olan gəmiləri ilə, böyük, manevr qabiliyyəti və xəzərin dayaz suları üçün o qədərdə uyğun olmayan Səfəvi qüvvələrinə qəfil zərbələr endirib, qarşılarına zəncir atıb onları dairəyə alıb batırırlar. Heyət üzvlərinin çoxu dənizdə batır, sağ qalanlar isə əsir düşür. Xan canını qurtarsa da, oğlu və qızı əsir düşür. Xan qızının ada yaxınlığında suda batırılması sonradan adaya Svinoy adının verilməsinə təsir göstərir. Kazakların adada 1–2 minlik qüvvəsi olması ehtimal edilir. Kazaklar burada uzun müddət qala bilmir su, ərzaq çatışmazlığı xəstəliklər və Azərbaycan(Səfəvi) qoşunlarının ikinci hücum dalğasınan qorxduqları üçün 1669-cu ilin avqust ayında geriyə, don çayına qayıtmağa məcbur edir. Ada həmçinin atəşpərəstliklədə əlaqələndirilir. Burada atəşpərəst məbədi olması ehtimalı var. Buxtada arxeoloji tədqiqatlara ehtiyac var. Yaxınlıqda olan İqnat daşı adası (qədim latın dilində od deməkdir: Od adası) buranın atəşpərəstliklə əlaqəsı ehtimalı yaradır. 2005 ildən adada müşahidə məntəqəsi fəaliyyət göstərir. Adada eyni adlı mayak da mövcüddur.