Qum adası
Naviqasiyaya keç
Axtarışa keç
Qum adası | |
---|---|
Yerləşməsi | |
40°18′40″ şm. e. 50°00′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Kiçik Zirə |
Qum adası, Qum Zirə[1][2] və ya Təzə Zirə[2] — Xəzər dənizində, Abşeron yarımadasının cənub sahilində ada. Bakı arxipelaqının adalarından biridir, Bakı buxtasının şərq hissəsində yerləşir.[1]
Qum adasının uzunluğu təqribən 3 km, eni isə 450 m təşkil edir. Adanın sahəsi 1,3 km²-dir. Adanın səthi qumla örtülüdür, sahil zonası dayazdır.[1]
1951-ci ildə bu ərazidə aparılan geoloji kəşfiyyat işləri nəticəsində sənaye əhəmiyyətli neft və qaz yataqları aşkar edilmişdir. Sovet hakimiyyəti illərində adada Serebrovski adına neft-qazçıxarma idarəsi yerləşirdi.[1]
1960-cı ildə ada Abşeron yarımadası ilə üstündə magistral yol çəkilmiş bənd vasitəsilə birləşdirilib.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 Гум адасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 271.
- ↑ 1 2 Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı: Şərq-Qərb. 2007. səh. 72.