Səkkiz yarım (film, 1963)
Səkkiz yarım | |
---|---|
it. 8½ | |
Janr | komediya-dram[1], dram filmi[1], fentezi filmi[d][1] |
Əsas mövzu | Yaradıcılıq[1], film sənayesi[1] |
Rejissor | |
Ssenari müəllifləri | |
Baş rollarda | |
Operator | |
Bəstəkar | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 14 fevral 1963[7][8], 23 may 1963[9], 15 fevral 1963[10], 16 fevral 1963[10], 29 may 1963[10], 24 iyun 1963[10] |
Müddət | 138 dəq. |
Ölkələr | |
Dil | italyan dili |
Rəng | ağ-qara[d] |
Çəkiliş yeri | İtaliya |
IMDb | ID0056801 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
"Səkkiz yarım" (it. Otto e mezzo) — rejissor Federiko Fellininin filmi.[12]
Məzmun
[redaktə | mənbəni redaktə et]Rejissor Qvido Anselmi nüvə qəzasından sonra bəşəriyyətin xilası haqqında film çəkməyə hazırlaşır. Qvidonun bundan əvvəlki filmi böyük müvəffəqiyyət qazandığına görə prodüser belə hesab edir ki, bu film də ondan geri qalmayacaq. Dekorasiyalara milyonlarla pul xərclənib, neçə-neçə aktyorun siyahısı tutulub, ssenarist öz işini görməyə tam hazırdır, lakin Qvido bu filmi çəkməyə hazır deyil, o, özünə ilham mənbəyi axtarır. Səbəb onun həyatdan və sevgidən bezməsidir. Prodüserlər və kinostudiya ekran əsərinin çəkilişlərinin başlanmasını tələb edirlər. Film isə hələ ki, mövcud ola bilməz.
Bu ekran əsərinin ideyasını Qvidonun həyatı, uşaqlıq xatirələri, sürrealistik görünüş və işıqlandırma təşkil edir, lakin bunun üçün hələ də ilham mənbəyi lazımdır.
Film haqqında
[redaktə | mənbəni redaktə et]- Filmin adının niyə məhz "Səkkiz yarım" olmasının izahının bir neçə cavabı var. Versiyalardan biri isə belədir: Bu rəqəm Federiko Fellininin filmoqrafiyasında bu filmin sıra nömrəsini bildirir. Belə ki, bu filmə qədər Fellini 6 tammetrajlı və 2 qısametrajlı və eləcə də rejissor Alberto Lattuada ilə birlikdə 0,5 film (yarımfilm) çəkmişdi. Ona görə də 6+2+0,5=8,5…
- Fellini bu filmin əsas məğzini belə açırdı:
Mənim personajım çıxış yolunu görmədiyi dolaşıq situasiyaya düşüb. Onun həyatında bəlkə də nədənsə tuta biləcəyi heç nə yoxdu. O, axınla birgə üzür, hərçənd, belə həyat onun özünə də dəhşətli sərsəmlik, mənasızlıq, məqsədsizlik kimi gəlir. Mən bir çox ölçülərdə insan mahiyyətinin, varlığının portretini ortaya çıxaran film yaratmaq istəmişəm. Daha doğrusu, insanın özündə ehtiva etdiyi bütün dünyanı göstərməyə çalışmışam. Ona görə insanı müxtəlif planlardan, daha doğrusu, onun fiziki həyatından, hisslərindən, arzularından, xəyallarından, xatirələrindən danışdığım film düşündüm. Bunu elə danışmaq lazım idi ki, xaotik, ziddiyyətli, dolaşıq ümumidən insan mahiyyəti bütün mürəkkəbliyi ilə meydana gəlsin.[13] |
- Moskvada keçirilən beynəlxalq festivalda Nikita Xruşşov filmi izləyəndə yatıb. Bunu bilən Fellini mükafatlandırma mərasiminə qalmayıb, arvadı, dostları ilə birlikdə dincəlməyə gedib.[13]
Mükafatlar
[redaktə | mənbəni redaktə et]- Bu ekran nümunəsi 1964-cü ildə Xarici dildə ən yaxşı film və Ağ-qara filmdə ən yaxşı kostyum dizaynına görə 2 "Oskar" mükafatına layiq görülüb.
- Bu film 1964-cü ildə III Moskva Beynəlxalq Kinofestivalında böyük mükafat qazanmışdır.
- Film 1966-cı ildə Tokioda keçirilən "Kinema Jumpo Awards" kinofestivalında Ən yaxşı xarici film və Ən yaxşı xarici rejissor nominasiyalarında mükafata layiq görülmüşdür.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifləri: Federiko Fellini, Ennio Flayano, Tullio Pinelli, Brunello Rondi
- Rejissor: Federiko Fellini
- Operator: Canni Di Venanso
- Bəstəkar: Nino Rota
- Prodüser: Anjelo Rissoli
- Geyim üzrə rəssam: Leonor Fini
- Montaj: Leo Katosso
Rollarda
[redaktə | mənbəni redaktə et]- Marçello Mastroyanni – Qvido Anselmi
- Klaudiya Kardinale – Klaudiya
- Anuk Eme – Luiza Anselmi
- Sandra Milo – Karla
- Rossella Falk
- Barbara Stil
- Madlen le Bo
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 Cakarel E. MUBI (ing.). 2007.
- ↑ 1 2 3 4 http://www.allocine.fr/film/fichefilm_gen_cfilm=337.html.
- ↑ 1 2 http://stopklatka.pl/film/osiem-i-pol.
- ↑ http://collections-search.bfi.org.uk/web/Details/ChoiceFilmWorks/%20%20%20%20%20%20%20%20%20%20150039149.
- ↑ 1 2 http://www.cinematografo.it/cinedatabase/film/8-1-2/9626/.
- ↑ http://www.imdb.com/title/tt0056801/fullcredits.
- ↑ http://collections-search.bfi.org.uk/web/Details/ChoiceFilmWorks/150039149.
- ↑ http://www.imdb.com/title/tt0056801/releaseinfo?ref_=tt_dt_dt.
- ↑ 1 2 3 4 5 Lexicon of international films (alm.). Zweitausendeins.
- ↑ 1 2 3 4 IMDb (ing.). 1990.
- ↑ 1 2 3 4 Unifrance. 1949.
- ↑ Tutte le news per Federico Fellini. ""Otto e mezzo". Torna nelle sale britanniche il capolavoro di Fellini in versione restaurata" (italyan). Sentireascoltare.com. 16 aprel 2016. 2016-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
- ↑ 1 2 "Reklam çəkməyə məcbur olan dahi rejissor". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-16.