Rusiya-Krım müharibəsi
Rusiya-Krım müharibəsi — Krım xanlığı və ətrafındakı ərazilərdə, 16-cı yüzillik boyunca isə Volqa boyundakı torpaqlarda ruslar ilə Krım xanlığının qüvvələri arasında gedən müharibə.
16-cı yüzillikdə Rusiyanın Vəhşi çöl olaraq adlandırılan əraziləri tatarların axınlarına məruz qaldı. Osmanlı ordusu tərəfindən dəstəklənən tatar qüvvələri bu əraziləri qarət etdilər, Moskva və Ryazanı ələ keçirərək yandırdılar. Axınlar rusların tampon dövlət olan Qasım xanlığını qurmasından və Rusiya-Kazan müharibəsindən sonra başladı. Buna baxmayaraq növbəti il tatarlar Molodi müharibəsində məğlub oldu.[1] Məğlubiyyətə baxmayaraq tatarların axınları davam etdi. 18-ci yüzillikdə Krım xanlığı Rusiyaya ilhaq olunana qədər tatar axınları davam etdi, daha sonra isə onlar zəifləyərək bölgədəki təsir güclərini itirdilər.
Tarixi
[redaktə | mənbəni redaktə et]Tatarlar Moskvanın böyük knyazı III İvanın ölümündən sonra axınlara başladılar. 1507-ci ildə tatarlar Belev və Kozelsk şəhərlərinə hücum etdilər. 16-cı yüzillik boyunca isə axınlar Vəhşi çölün Oka çayı sərhədlərinə qədər olan və Ryazana qədərki əraziləri əhatə edirdi. Tatarların hücum yolu bölgədə yerləşən çay yataqlarına paralel olaraq Moskvaya qədər irəliləyə bilirdi. Tatarlar bölgədə qalıcı olmurdular. Qarət və insan qaçırdıqdan sonra qüvvələr geri çəkilirdi. Yürüşlərin hərəkat dərinliyi əsasən 100–200 km-ə qədər uzanırdı. Ələ keçirilən əsirlər daha sonra qul bazarında satılması üçün Kaffa limanına göndərilirdi. Tatarların axınları nəticəsində sərhəd boylarında yaşayan rus əhali ciddi sıxıntılar çəkmişdi.
Ruslar sərhəd bölgələri qorumaq üçün hər yay bu bölgələrə minlərlə əsgər yollayır və ətraf ərazilərdə qalalar inşa edirdilər. Noqay Ordasının hücumlarından qorunmaq üçün bölgədə Samara, Saratov və Çaritsin şəhərləri ruslar tərəfindən inşa olundu. 1570-ci ildə tatar axınları nəticəsində Ryazan sərhəddi boyunca yerləşən ərazilər qarət olunaraq dağıdıldı.
Rusiya-Krım müharibəsi (1570-1572)
[redaktə | mənbəni redaktə et]1571-ci ildə 120 minlik Krım ordusu xanın öndərliyində hücuma keçdilər.[2] Sərhəd yaxınlığındakı rusların 6000-lik qüvvələrini tezliklə məğlub etdikdən sonra qarətlər başladı. Moskvaya qədər irəliləyən qüvvələr şəhəri qarət edərək yandırdılar. Nəticədə 150 min nəfərlik əsir götürüldü. Yürüşün nəticələri ruslar üçün o qədər ağır oldu ki, 1520-ci ilin qeydlərində əhalisi 100 min olaraq göstərilən Moskvada 1580-ci il qeydlərində bu rəqəm 30 min nəfərə qədər geriləmişdi. Tatarların şəhər ətrafında başlatdıqları yanğın taxta və samandan tikilmiş rus evlərində şiddətli küləyin də köməyi ilə sürətlə yayıldı və Moskva bütövlükdə yandı. Bu proseslərin nəticəsində 80 min rus həyatını itirdi.[2]
Osmanlılar tərəfindən dəstəklənən Dövlət Gəray Xan 1572-ci ildə yenidən dağıdıcı yürüş təşkil etdi. Buna baxmayaraq, tərəflər arasında baş tutan Molodi döyüşündə tatarlar məğlub olduqdan sonra onlar geri çəkilməyə məcbur oldular.[1]
Tatar basqınlarının siyahısı
[redaktə | mənbəni redaktə et]Burada tatarların Rusiya ərazilərinə basqınlarının siyahısı əks olunub:[3][4][5][6][7][8]
- 1465: Krım tatarları ruslar üzərində təzyiq yaratmaq və şimal ticarətinə əngəl olmaq üçün Böyük Ordaya hücum edir.
- 1480: Uqra qarşıdurması yaşanır.
- 1507 və 1514-cü illər: Tatar əsilzadələrinin rəhbərliyində xanın sülh bağlamasına baxmayaraq hücumlar edilir.
- 1521-ci ildə Krım tatarlarının xanı 50 min nəfərlik ordusu ilə Moskva ətrafını 2 həftə qarət etdi.
- 1533-1547: IV İvanın hakimiyyəti illərində tatarlar bu ərazilərə 20 dəfə basqın edir.
- 1541: Tatarlar Oka çayını keçərək növbəti qarətlərini törədirlər.
- 1555, 1562, 1564, 1565-ci illərdə Moskva ətrafına qədər irəliləyən tatar axınları baş verir.
- 1564: Ryazan şəhəri tatarlar tərəfindən qarət olunaraq yandırıldı.
- 1571-1572: Ruslarla Krım xanlığının qüvvələri arasında iki il davam edən müharibə baş verdi.
- 1572: Qüvvələr Molodi müharibəsi yaşanır.
- 1591: Tatarların Moskva ətrafına qarətləri baş tutur.
- 1592: Rus qüvvələri İsveçlə müharibə etdiyi zaman Moskva tatarlar tərəfindən yandırıldı.
- 1614: Noqayların yürüşü nəticəsində Kaffadakı qul bazarında bir qulun qiymətinin 15-20 qızıla qədər düşməsinə bəs edəcək qədər əsir götürüldü.
- 1618: Noqayların Moskva ilə əldə etdiyi sülhə görə 15000 əsir götürüldü.
- 1632: Livniyə gələn qüvvələr tatarlar və yeniçərilər tərəfindən pusquya salındı. 300 nəfərədək itki verən rusların qalan bütün qüvvələri əsir götürüldü.
- 1632: Tatarlar 20000 qüvvə ilə Rusiya ərazilərinə basqın törətdi.
- 1633: Tatarkar 30000 qüvvə ilə Oka dərinliyinə qədər hücum etdilər. Bu edilən ən son böyük yürüş idi.
- 1635: Tatarların kiçik qüvvələri əraziyə basqın etdi.
- 1637, 1641-1643: Tatar və noqay əsilzadələri xanın icazəsi olmadan bir neçə axın etdi.
- 1643: Tatarlar və Kazakların birgə qüvvələri Kozelskə basqın etdi.
- 1644: Tatarlar Rusiyanın cənublarına qədər 20000-lik qüvvə ilə irəlilədi və 10 min əsir götürdü.
- 1645-ci ildə 6000 əsir götürülən basqın edildi. Osmanlının bu basqını Venesiya ilə dəniz döyüşünə gəmilərə əsir tələb olunduğu üçün təşviq etdiyi düşünülür.
- 1774: Krım xanlığı Rusiya İmperiyasının vassalına çevrilir.
- 1783: Krım xanlığı Rusiya İmperiyası tərəfindən ilhaq edilir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 Payne, Robert; Romanoff, Nikita (2002). Ivan the Terrible. Cooper Square Press. p. 329.
- ↑ 1 2 Bain, Robert Nisbet (1908). Slavonic Europe: Apolitical History of Poland and Russia from 1447 to 1796. Cambridge University Press. p. 124.
- ↑ Davies, Brian (2007). Warefare,State and Society on the Black Sea Steppe,1500-1700.
- ↑ Martin, Janet (1986). Treasure from the Land of Darkness. p. 201.
- ↑ Stevens, Carol (2007). Russia's Wars of Emergence 1460-1730.
- ↑ Khodarkovsky, Michael (2002). Russia's Steppe Frontier. p. 22.
- ↑ Lord Kinross. The Ottoman Centuries. p. 397.
- ↑ Sunderland, Willard (2004). Taming the Wild Field.