Robototexnikanın üç qanunu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
"Mən, robot" romanının "Dövrə" hekayəsini təsvir edən üzlük. Üç qanun ilk dəfə bu hekayədə öz əksini tapmışdır.

Robototexnikanın üç qanunu və ya Azimov qanunlarıelmi fantastika yazıçısı Ayzek Azimov tərəfindən irəli sürülmüş qanunlar toplusu.[1] Bu qanunlar robotların icbari davranışlarını müəyyənləşdirmək üçün nəzərdə tutulmuşdur.

Robotexnikanın üç qanunu ilk dəfə Ayzek Azimovun 1942-ci ildə yazdığı "Dövrə" əsərində öz əksini tapmışdır.[1] Bu qanunlar aşağıdakılardır:[1]

  1. Bir robot bir insanı incidə bilməz və ya bir insanın incinməsinə qarşı laqeyd qala bilməz.
  2. Birinci qanunla ziddiyət təşkil etmədiyi hallarda, bir robot bir insanın verdiyi bütün əmrləri yerinə yetirməlidir.
  3. Birinci və ikinci qanunla ziddiyət təşkil etmədiyi hallarda, bir robot öz mövcudluğunu qorumalıdır.

Robototexnikanın üç qanunu Azimovun robototexnika hekayələrinin əsas prinsipi olmuş, əsərlərində bir çox formada tətbiq olunmuşdur.[1] Buna baxmayaraq, bu qanunlar başqa elmi fantastik müəlliflər tərəfindən də modifikasiya olunaraq istifadə olunmuş, elmi fantastikanın mövzularından birinə çevrilmişdir.[1]

Sıfırıncı qanun

[redaktə | vikimətni redaktə et]

Azimovun Üç qanunda etdiyi ən böyük modifikasiya sıfırıncı qanunu əlavə etməsi olmuşdur.[1] Bu qanun digər üç qanunu qabaqlayır:[1]

0. Bir robot bəşəriyyəti incidə bilməz və ya bəşəriyyətin incinməsinə qarşı laqeyd qala bilməz.

Sıfırıncı qanun robotların bəşəriyyəti xilas etmək üçün insanları incidə bilməsinin mümkünlüyünə səbəb olmuşdur.[2] Bu qanun Azimovun "Robotlar və imperiya" (1985) romanında adlandırılsa da, ilk dəfə yazıçının "Qaçınılmaz konflikt" (1950) adlı qısa hekayəsində öz əksini tapmışdır: robotlar bəşəriyyətin yaxşılığı üçün insanları kontrol altına almağa qərar verirlər.[2] Devid Brinin "Fondun triumfu" (1999) əsərində robotlar Sıfırıncı qanundan istifadə edərək digər qanunları manipulyasiya edirlər.[2]

  • Booker, M. Keith. Historical Dictionary of Science Fiction in Literature (ingiliscə). Rowman & Littlefield Publishers. 2014. 302–303. ISBN 9780810878846. İstifadə tarixi: 15 dekabr 2022.