Robot
Seriyanın bir hissəsi: |
Avtomatlaşdırma |
---|
Ümumilikdə avtomatlaşdırma |
Robototexnika və robotlar |
Avtomatlaşdırmanın təsiri |
Sərgilər və mükafatlar |
Robotlar (çex dilində "robota" yəni işləmək) — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. İllər keçdikcə robot sözünün mənası dəyişilmişdir. Robot sözü ilk dəfə olaraq Çexiya yazıçısı Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmişdir. 1921-ci ildə Çapek "Rosum universal robotları" adlı teatr səhnəsində süni yetişdirilmiş, insana oxşar olan bir işçini təsvir edir. Bundan sonra "Robot" sözü müxtəlif avtomatlara da aid edilməyə başlayır.[1]
Bundan əlavə robot adlandırılan maşınların təyinatları arasında da böyük fərq mövcuddur. Məsələn, 1983-cü ildə Yaponiyada 47000 tətbiq olunmuş robot haqqında məlumat verilir. Bu robotların alman standartlarına görə isə heç 3000-i bu ada layiq deyildi. Ancaq ABŞ-nin Robot İnstitutunun işlədiyi standartlarla Almaniya standartı müəyyən dərəcədə oxşardılar.
Tarixi
[redaktə | mənbəni redaktə et]Robotların yaranma tarixi qədim zamanlara gedib çıxır. Avtomatk işləyən köməkçi maşınların yaradılması arzuları insanlarda hələ antik dövrdən baş qaldırmışdır. Antik dövrdə Heronun düzəltdiyi avtomatik teatr, orta əsrdə Vaukansonun ördəyi bu sahədə edilmiş ilk cəhdlərdəndir. 1700-cü ildə İsveçrədə ata və oğul Droz bir-biri ilə oxşar olan iki, insanabənzər avtomat (Android) düzəldirlər. Hündürlüyü təxminən 70 cm olan bu avtomatlardan biri (soldakı) uzunluğu 40 işarədən ibarət olan istənilən mətni yazmağa qadirdir. Sağdakı avtomat isə it, kəpənək və ya şah XVI Louisin portretini çəkə bilir. Bu avtomatlar hal-hazırda İsveçrədə muzeyində yerləşirlər.
Keçən əsrin ikinci yarısında bir çox robot növləri yaradılmışdır. Buraya misal olaraq human, sənaye, portal, xidmətgöstərici, oyuncaq, axtarış və s. robotlarını göstərmək olar. Maşınqayırmada ən geniş tətbiq olunanı sənaye robotlarıdır. Onların tətbiq sahələri yığmada, emalda, nəqletmədə və qaynaqetmədə aparılan işləri əhatə edir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Gero von Randow: Roboter - Unsere nächsten Verwandten. Reinbek: Rowohlt 1997. ISBN 3-498-05744-8
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ↑ Rzayeva, Gülnaz. SÜNİ İNTELLEKT, İNSAN HÜQUQLARI VƏ FƏRDİ MƏLUMATLARIN TƏHLÜKƏSİZLİYİ (az.). Bakı: NURLAR. 2021. 85. ISBN 978 - 9952 - 528 - 74 - 9.