Quzanlı
Quzanlı | |
---|---|
![]() | |
40°09′31″ şm. e. 47°09′39″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 85 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0233[1] |
![]() |
Quzanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[2]
Tarixi
[redaktə | vikimətni redaktə et]Quzanlının tarixi adı "Sarıcalı-Quzanlı" olub. El arasında indiyə qədər elə adlanır. Kənd Qarabağda yaşamış böyük bir türk tayfasının adı ilə bu cür adlandırılmışdır. XX əsrin ikinci yarısında Sofulu, Sarıcalı (Cır Sarıcalı), Çaylı kəndləri Quzanlıya köçürülüb. Quzanlıda, Şahbəyli, Birinci Quzanlı, İkinci Quzanlı, Ana Quzanlı, Bala Quzanlı, Çaylı, Məmmədli və "Kommunist" adlanan məhəllələr mövcud olub.
1593-cü ilin məlumatına görə, Quzanlı tayfası Bərdə mahalının Sir nahiyəsində yaşayırdı. Mənşəcə VI əsrdə Altaydan Cənubi Avropaya qədər geniş bir ərazini əhatə etmiş, Türk xanlığının əsasını qoymuş və mənbələrdə adı Kuzan/Kuzen/ kimi qeyd olunmuş tayfa adı ilə bağlıdır. Ehtimal ki, XIII əsrdə Mil düzündə Beyləqan rayonu yaxınlığında adı çəkilən Kizan/Xizan/ qalasının adı da bu tayfanın adı ilə əlaqədardır.
Kənddə Dəlləkoğlu, Məmmədlilər, Mollahüseynli, Kərbalayi Abdulla, Əmrahovlar, Çaylı, Allahverənli, Sudhallaclı və s. nəsillər yaşayırlar.
Birinci Qarabağ müharibəsindən sonra Quzanlı kəndi uzun müddət cəbhə bölgəsində yerləşib.
1993-cü ildən bəri (Ağdam şəhərinin işğalından sonra) Quzanlı qəsəbəsi rayon mərkəzini əvəz edir.
Ağdam Ağsaqqallar Şurasının binası Quzanlı qəsəbəsinin mərkəzi meydanında fəaliyyət göstərir.
Azərbaycan Respublikasının 22 may 2007-ci il tarixli, 346-IIIQ nömrəli Qanunu ilə Ağdam rayonunun Quzanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Quzanlı kəndinə qəsəbə statusu verilmiş, Quzanlı kənd inzibati ərazi dairəsi Quzanlı qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.[3]
Ağdam rayonunun Quzanlı bələdiyyəsinin tarixi barədə bax: Quzanlı bələdiyyəsi
Tarixi abidələri
[redaktə | vikimətni redaktə et]Əhalisi
[redaktə | vikimətni redaktə et]1992-ci ildən etibarən burada məcburi köçkünlər də məskunlaşıb və hazırda Quzanlıda 18 minə qədər əhali yaşayır.
Tanınmış şəxsləri
[redaktə | vikimətni redaktə et]- Sədrəddin Ələsgərov - Sosialist Əməyi Qəhrəmanı.Ağdam rayon Ağsaqqallar Şurasının sədri
- Mirzə Mehdi Sarıcalinski (3 fevral 1868-13 mart 1942) - Müəllim
- Mirzə Saleh Axundov (II)
- Ələsgər Məmmədli — Azərbaycanlı hüquqşünas.
- Elman Cəfərli —jurnalist, "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri.
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]2006-cı ildə "Azərpoçt" DM üzrə Ağdam rayonu Quzanlı qəsəbəsində yeni poçtamt binası təmirdən sonra istifadəyə verilmişdir.
2008-cı ilin yanvarın 16-da Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Avropa standartlarına uyğun olaraq Olimpiya kompleksinin açılışı olub.
7 avqust 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılmışdır.[4]
Şəkillər
[redaktə | vikimətni redaktə et]-
Ağdam Dövlət Dram Teatrı
-
Ağdam dövlət muğam mərkəzi
İstinadlar
[redaktə | vikimətni redaktə et]![]() | Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ http://www.azerpost.az/?options=content&id=188.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 346-IIIQ saylı Qərarı[ölü keçid]
- ↑ Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2014-cü il tarixli Sərəncamı Arxivləşdirilib 2017-03-05 at the Wayback Machine president.az (az.)
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- http://www.azerxeber.com/xeber/quzanli-sehere-cevrilir--1106027.html[ölü keçid]
- http://anspress.com/nid54782.html
- nona.net, Quzanlı
- passportstamp.com, Quzanlı[ölü keçid]
- Wikimapia, Quzanlı
Həmçinin bax
[redaktə | vikimətni redaktə et] Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |