Məzmuna keç

Əfətli

40°01′29″ şm. e. 47°06′43″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Əfətli
40°01′29″ şm. e. 47°06′43″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 207 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0217
Əfətli xəritədə
Əfətli
Əfətli

ƏfətliAzərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd.[1]

Ağdam şəhərindən 15 km uzaqdır. Məmmədbağırlı kəndinin yaxınlığında yerləşir.

Toponomik izahı

[redaktə | vikimətni redaktə et]

Qədim türkmənşəli Avest tayfasının adındandır.[2]

Yerli tələffüz forması Əfətli. Qazaxlarda Abatvə, qırğızlarda Avat tayfası. Ağdam rayonunda Abadkənd (Afatkənd) adı ilə mənşəçə Gürcüstanda Abat -xevi (Axalsix rayonunda) XIX əsrdə Şimali Qafqazda üc Avat adlı dağ və xarabalıq vardı.[3]

Rusiya İmperiyasının siyahıyaalma sənədi olan "Qafqaz təqvimi"nin 1913-cü ilə aid qeydlərində "Afatlu" kəndi Yelizavetpol quberniyasının Şuşa qəzasının Afatlu kənd icmasında göstərilib[4]. XIX əsrin əvvəllərinə aid məlumatda Əfətli 9 ailədən ibarət kiçik bir el idi. Həmin əsrin sonlarına aid məlumatda Mirzə Cəfərli Əfətli kimidir.

1926-cı ilə aid Azərbaycan SSR inzibati ərazi bölgüsündə Əfətli kəndi Azərbaycan SSR Ağdam qəzasının Qarqar dairəsinə aid edilib[5]. XX əsrin əvvəllərində bu maldar el məskunlaşdıqda yaranmış Əfətli adlı üç kənd ilə Əfətli-Böyükbəy, Əfətli-Müqəddəmbəy və Əfətli-Əgri-Yataq yaranmışdır. Gürcüstanda Abatxevi (Axalsix r-nunda kənd adı), XIX əsrdə Cənubi Qafqazda Avat (kənd adı) və Avat (Xarabalıq) adları ilə mənşəcə eynidir.

1929-cu il inzibari ərazi islahatı nəticəsində kənd Azərbaycan SSR Ağdam rayonunun Məşədilər Kənd Deputatları Şurasının (Sovetliyinin) ərazisinə aid edilib[6].

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 30.06.1954-cü il tarixli Qərarı ilə Ağdam rayonunun Məşədilər kəndinin adı dəyişdirilərək tarixi "Əfətli kəndi" adı qaytarılmışdır[7].

1961 - 1977-ci il siyahıyaalmsı zamanı Əfətli kəndi Ağdam rayonunun Əfətli kənd deputatları Sovetliyinin ərazisi kimi göstərilib[8][9].

1999-cu ildə kənd ərazisində Əfətli Bələdiyyəsi təşkil edilmiş, onun ilk nizanaməsi 2000-ci ildə qəbul edilmişdir.

Əfətli Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[10] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[11] ilə Əfətli bələdiyyəsinin əhatə etdiyi Hacıturalı, Həsənxanlı və Qəhrəmanbəyli kəndlərində Hacıturalı bələdiyyəsi təşkil edilmişdir.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[12] uyğun olaraq, Əfətli Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

Birinci Qarabağ Müharibəsindən sonra Əfətli kəndi cəbhə bölgəsinə yaxın olduğu üçün Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında müdafiə olunmuşdur.

2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələri tez-tez fasilələrlə işğal olunmuş ərazilərdən atəşkəs rejimini pozur, bütün hallarda düşmən cavab atəşilə susdurulurdu.

18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanuna[13][14] əsasən Hacıturalı Bələdiyyəsinin aşağıdakı kəndləri Əfətli Bələdiyyəsinə birləşdirilərilələk, Hacıturalı Bələdiyyəsi ləğv edildi: Hacıturalı, Həsənxanlı, Qəhrəmanbəyli.

Əfətli bələdiyyəsi

[redaktə | vikimətni redaktə et]

"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[15] əsasən Əfətli kəndi Əfətli bələdiyyəsinin mərkəzidir. Həmin bələdiyyənin ərazi hüquqlarında aşağıdkı yaşayış məntəqələri mövcuddur[16]:

Əfətli kənd iəd Hacıməmmədli kəndi
Əfətli kənd iəd İsalar kəndi
Əfətli kənd iəd Küdürlü kəndi
Əfətli kənd iəd Məmmədbağırlı kəndi
Əfətli kənd iəd Hacıturallı kəndi
Əfətli kənd iəd Həsənxanlı kəndi
Əfətli kənd iəd Qəhrəmanbəyli kəndi

Əfətli Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[17] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvüdür.

"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[18] uyğun olaraq, Əfətli Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.

Əfərtli bələdiyyəsinin sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir[19].

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. B.Budaqov, Q.Qeybullayev. "Yuxarı Qarabağın Toponimləri", 2005.
  3. Mirzə Adılgözəl bəy Qarabağnamə. "Qarabaxnamələr". Bakı, 1989.
  4. Волостныя, станичныя, сельскія, гминныя правленія и управленія, а также полицейскіе станы всей Россіи съ обозначеніем мѣста ихъ нахожденія. Кіевъ: Изд-во Т-ва Л. М. Фишъ. 1913.
  5. Население Агдамского уезда на 1926 года Arxiv surəti 21 fevral 2018 tarixindən Wayback Machine saytında.
  6. Şablon:Публикация
  7. Административное деление Азербайджанской ССР на 1 января 1961 года. Баку: Азернешр. 1961.
  8. Административное деление Азербайджанской ССР на 1 января 1961 года. Баку: Азернешр. 1961.
  9. Административное деление Азербайджанской ССР на 1 января 1977 года (PDF). Баку: Азернешр. 1979. "Архивированная копия" (PDF). 2018-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-03-06.
  10. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
  11. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
  12. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
  13. "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-11-26.
  14. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-26.
  15. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-01.
  16. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-26.
  17. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
  18. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
  19. Bələdiyyələrlə iş portalı, Ağdam bələdiyyələri. https://belediyye.gov.az/70 (#bare_url_missing_title).[ölü keçid]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]