Qonfalonyer

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Florensiya Respublikasıda qonfalonyer. Müəllif: Pol Lormye. 1838-ci il.

Qonfalonyer (it. gonfaloniere, hərf.bayraqdar) — XIII əsrin ortalarından Florensiyada və digər İtaliya şəhərlərində popolan milislərinin başçılarına verilən ad.[1]

Titul 1250-ci illərdə Florensiyadan yaranmışdır. Bu vəzifəni daşıyanlar milis başçısı kimi tanınırdılar. Ədliyyə qonfalonyeri kimi tanınan oxşar vəzifə xalqın maraqlarını qorumaq üçün yaradılmışdır. Onlar şəhər hökuməti olan Sinyoriyanın bir hissəsi idilər.[2]

Papa dövlətində Kilsə qonfalonyeri hərbi titulu mövcud idi. Artıq XIV əsrdə bu vəzifə ləqayət və fərqlənmə nişanəsi xarakterini qazanmışdır.[3]

  1. Viti, Paolo; Zaccaria, Raffaella Maria. Archivio delle Tratte: Introduzione e inventario. Rome: Archivio di Stato di Firenze. 1989.
  2. "Gonfalonier | medieval Italian official | Britannica". www.britannica.com (ingilis). 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  3. Chambers, D.S. Popes, Cardinals and War: The Military Church in Renaissance and Early Modern Europe (PDF). 2006. 28. ISBN 1-84511-178-8..

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]