Qadın döşü
Naviqasiyaya keç
Axtarışa keç
Qadın döşü (lat. Mamma) — qadınların sinə nahiyəsində olan qabarıq bədən hissəsi. Döşlər iki bioloji funksiyanı yerinə yetirir – yeni doğulmuş körpəni qidalandırmaq üçün süd vəzilərindən süd istehsal edir və cinsi cazibədə rol oynayır. Döşlər erogen zonalardır. Döşlər yeniyetməlik dövründə inkişaf etməyə və böyüməyə başlayır. Bu adətən 8 yaşından başlayaraq iyirmi yaşların əvvəllərinə qədər davam edir. Hamiləliyin sonlarına yaxın döşlər süd verməyə hazırlaşır. Menopauza zamanı döşlər sallanır və formasını dəyişdirir.
Süd istehsalı
[redaktə | mənbəni redaktə et]Döşlər doğum edən qadınlarda süd istehsal edirlər, bu funksiya kişi sinələrində yoxdur. Hormonal təsiri olan bəzi dərmanlar həm kişilərdə, həm də hamilə olmayan qadınlarda bəzən süd istehsalına səbəb olur.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Vikianbarda Qadın döşü ilə əlaqəli mediafayllar var.