Psillidlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Psillidlər
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Psillidlər
Beynəlxalq elmi adı

Psillidlər fəsiləsi-(lat. Psyllidae) Buğumayaqlılar tipinin Bərabərqanadlılar dəstəsinə aid olan fəsilə.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Çox qamətli bədəni var. Başının eni adətən döş ilə bərabər olub, ondan aydın şəkildə ayrılmışdır. Bığcıqları, bəzi istisnalarla (Pachypsyllidae, Diaphorinae, Calophya) sapşəkilli, nazik, başın enindən xeyli uzundur. Erkəyin anal borucuğunun arxa qurtaracağında çıxıntılar yoxdur. Qabaq qanadların damarlanması əvvəlki fəsilələrə bənzəyir. Bir qayda olaraq, qabaq qanadları zarlıdır. Demək olar ki, fəsilənin bütün nümayəndələrii trofik şəkildə ağac və kolluq cinsləri ilə bağlıdır.

Alma yarpaqbiti (balçı) – Psylla mali Schm. respublikanın bütün meyvəçilik rayonlarında geniş yayılmışdır. Uzunluğu 3,0 mm olan, açıq-yaşıl və ya sarımtıl-yaşıl rəngli yaşlı yarpaqbirəciyi 0,4 mm uzunluğunda, narıncı çalarlı sarımtıl yumurta qoyur. Sürfələri az hərəkətli, yastı, başlanğıc yaşında narıncı, sonra isə qəhvəyi rəngdə olur. Açıq-yaşıl nimfalarda enli qanad rüşeymləri vardır. Yumurtalar qabıqların qırışında meyvə ağaclarının şivlərində qışlayır. Yazda tumurcuqlar açılarkən sürfələr doğulur, tumurcuqların içinə girib, cavan, hələ açılmamış yarpaqların şirəsini sorurlar. Sonralar onlar saplağa və çiçək boynuna keçirlər, ancaq qidada olan bütün şəkəri həzm edə bilmirlər, buna görə də ifrazatları şirin olur. Bu ifrazatlar bal şehi adlanır. Buna görə də yarpaqbirəcikləri, həm də ballıcalar da deyilir. Bir çox Y.b. sürətlə çoxaldığından kənd təsərrüfatı bitkilərinə böyük zərər vurur. Ən təhlükəlisi alma (Psylla mali) və armud (P.Pyri) balıcası, kələm Y.b., soğan Y.b.-dir. Əsasən, sürfələri zərərlidir; bitkilərin şirəsini sorduğundan yarpaq və zoğlar quruyur, qönçələr, çiçəklər, saplaqlar tökülür, bitki zəif böyüyür. Mübarizə tədbirləri aqrotexniki və kimyəvi üsullardır.[2]

1500-dək növü məlumdur. MDB-də 145 növü məlumdur. Qafqazda, o sıradan Azərbaycanda 72 növü yayılmışdır. Psylla mali Schmdbg., P. ulmi Frst., P. glyccyrrhizae Beck., P. crataegi Schrnk.., P. pruni L., P. pyricola Frst., P. pyri L. daha çox yayılmış növlər kimi tanınır.[3]

  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. QƏRİb məMMƏdov mahmud xəLİlov[ölü keçid]
  3. Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
  • Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]