07°44′25″ şm. e. 98°46′42″ ş. u.HGYO

Phiphi arxipelaqı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Phiphi arxipelaqı
tay หมู่เกาะพีพี
Ümumi məlumatlar
Adaların sayı 6
Ümumi sahəsi 36 km²
Hündür nöqtəsi 314 m
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
07°44′25″ şm. e. 98°46′42″ ş. u.HGYO
Ölkə  Tailand
Akvatoriya
Phiphi arxipelaqı xəritədə
Phiphi arxipelaqı
Phiphi arxipelaqı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Phiphi adaları (tay หมู่เกาะพีพี və ya Phi-Phi — Tayland sahillərinə yaxın ərazidə yerləşən, materiklə Phuket adası arasında yerləşir. Krabi vilayətinin tərkib hissəsini təşkil edir. Arxipelaq iki əsas (Phiphi-Don və Pxi-Pxi-Le) və dörd kiçik adalardan ibarətdir.

Adalar 2004-cü il Hind okeanı zəlzələsindən güçlü zərər görmüşdür. 2004-cü ilin dekabrında təkcə adalarda 2 000 nəfər həlak olmuşdur (1200 nəfəri itkin düşmüş və bu gündə aşkarlanmamışdır). Arxipelaq Leonardo DiKaprionun çəkildiyi Çimərlik filminə görə məşhurdur.

Pxipxi adalarının xəritəsi

Adının etimalogiyası

[redaktə | vikimətni redaktə et]

Arxipelaqın adı malay dilindən keçmədir. Orijinallıqda adanın hərfi tələffüzü ‘Pulau Api-Api’ (malay Pulau Api-Api) kimidir. Hərfi tərcümədə isə «Üfürən ada» və ya «Odlu ada» mənasını verir. Böyük ehtimal ki, bu adanın adı ‘Pokok Api-Аpi’ (malay Pokok Api-Api), və ya «Odlu ağaca» kimidur. Bu isə malayların Avicennia marina bitkisini adlandırmaqları ilə əlaqədardır. Bu bitki 2004-cü il zəlzələsinə qədər bütün adada yayılmışdır. Sunamidən sonra tamamən adaların yuyulması ilə əlaqədar yoxa çıxmışdır[1].

Tay dilində [พ] hərfinin köməyi ilə ifadələr işlənir. Kral tay ümumi transkripsiya sisteminə görə (Royal Thai General System of Transcription – RTGS) latın əlifbalı dillərində tələffüz zamanı qısa arada H hərfi kimi olur. Bi isə ingilisdilli mənbələrdə Phi Phi kimi tələffüz edilir

Phiphi-Don arxipelaqın ən iri adasıdır. Üstəlik arxipelaqda yaşayış məntəqəsi olan yeganə yaşayış məntəqəsidir. Adanın sahəsi 28 km² təşkil edir Phi-Phi-Don adası iki monolitdən ibarətdir ki, onlar eni bir kilometrdən bir necə yüz netrə çatan dillə birləşir. Minimal eni 150 metrdir. Burada adanın yeganə yaşayış məntəqəsi olan Ton-Say yerləşir. Bura elə də iri olmayan gəmiləri qəbul etmək güçünə malikdir.

Adada ancaq piyada gəzmək mümkündür. Belə ki, hansısa nəqliyyat vastələrindən isifadə qadağan rdilmişdir. Burada ancaq təcili tibbi yardım və polis xidmətində işlədilən nəqliyyat vastələri istisnadır. İnsanlar ada boyunca ancaq piyada və qoşqu arabalarında hərəkət edirlər.

Pxi-Pxi-Le adası öz növcəsində dəniz dibindən qalxan bir hündür dağı xatırladır. Adanın sahəsi 6,6 km² təşkil edir. Adada olan mağaralarda yerli əhali bambukun köməyi ilə kifayət qədər hündürlüklərdə qaranquşların öz tüpürcəklərindən hazırladığı yuvaları yığırlar. Bu yuvalarda delikates hazırlanır. Bu yuvalar ən çox Vikinq mağarasında rast gəlinir.

  1. "Pxi-Pxi adasının tarixi" (rus). 2016-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.