Oyunçu personaj
Oyunçu personaj (abr. OP; ing. Player character, abr. PC) və ya oynalına bilən personaj (ing. Playable character) — rol oyunularında və ya videooyunlarda hərəkətləri oyun qaydaları yerinə birbaşa olaraq bir oyunçu tərəfindən idarə edilən uydurma personaj. Əksər hallarda, oyunçu personaj oyunun protaqonisti (baş qəhrəman) olur. Bir oyunçu tərəfindən idarə olunmayan personajlara qeyri-oyunçu personajlar (abr. QOP) deyilir. Qeyri-oyunçu personajların hərəkətləri videooyunlarda oyunun özü tərəfindən, stolüstü rol oyunlarında isə hakim rolunu öz boynuna götürən geymmaster tərəfindən idarə edilir. Oyunçu personaj onu idarə edən oyunçuya uydurma, alternativ bədən kimi funksiya göstərir.[1][2][3]
Videooyunlarda oyunu oynayan hər bir oyunçu üçün bir oyunçu personaj mövcuddur. Bəzi videooyunlar oyunçuya seçə biləcəyi bir qrup oyunçu personaj təqdim edir. Birdən çox oyunçu personaja malik videooyunlarda bu personajların adətən fərqli bacarıqları, gücləri və zəiflikləri olur.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ La Farj, Pol. "Destroy All Monsters". The Believer Magazine (ingilis). September 2006. 2008-10-04 tarixində arxivləşdirilib.
- ↑ Role-Playing Games as Social Worlds // TSR Hobbies, Understanding Dungeons & Dragons, 1979 (Quoted in Gary Alan Fine, Shared Fantasy). Çikaqo: University of Chicago Press. 1983.
- ↑ Vaqoner, Zak. My Avatar, My Self: Identity in Video Role-Playing Games (ingilis). University of Michigan. 2009. səh. 8. ISBN 978-0-7864-4109-9. 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-12.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Реальные прототипы персонажей игр (rus.)
- Brent Ellison. "Defining Dialogue Systems" (ingilis). Gamasutra. 5. 2012-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 June 2019.
- player character (ing.)