Ovsunçu (film, 2002)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
OVSUNÇU
Fayl:Ovsunçu (2003).JPG
Janr dram
döyüş
macəra
Rejissor Oqtay Mirqasımov
Ssenari müəllifləri Natiq Rəsulzadə, Oqtay Mirqasımov, Rüstəm İbrahimbəyov
Baş rollarda Bəxtiyar Xanızadə-Rəsul
Fuad Poladov-Aslan
Ayan Mirqasımova-Mədinə
Eldəniz Rəsulov-Şaban
Yuri Baliyev-Artyom
Səidə Vəlibəyova-Sofi
Məmməd Səfa-Qıvrımsaç
Murad Cəfərov-Rövşən
Operator Kənan Məmmədov
Bəstəkar Elmar Fel
Rəssamlar Rafiz İsmayılov, Rafiq Nəsirov
İstehsalçılar "Azərbaycanfilm" Kinostudiyası
"Yeni Film" kinoşirkəti
"Timraş" şirkəti (İsrail)
Rusiya Kaskadyorlar Assosiasiyası
İlk baxış tarixi 31 yanvar 2003, Azərbaycan
Filmin növü tammetrajlı bədii film
Müddət 97 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
İsrail İsrail
Rusiya Rusiya
Dil Azərbaycan dili
İl 2002
Texniki məlumatlar 10 hissə
2850 metr
35 mm
Rəng rəngli
Çəkiliş yeri Balakən, Katex kəndi
Zaqatala
Şamaxı, Zarat kəndi
Şamaxı, Dəmirçi kəndi
Qobustan
IMDb ID0471291

"Ovsunçu"Natiq Rəsulzadə, Oqtay MirqasımovRüstəm İbrahimbəyovun ssenarisi əsasında[1] rejissor Oqtay Mirqasımovun filmi.

Film XX əsrin əvvəllərində, konkret olaraq 20-ci illərdə Azərbaycanda sovet hakimiyyəti qurulması zamanı baş verən hadisələrdən, bu hadisələrin xalqımızın mənəviyyatına göstərdiyi təsirdən, totalitarizm təfəkkürünün yerli camaatın beyninə zorakılıqla yeridilməsindən danışır.

Filmin məna və məzmun qayəsi belədir: zorla, zülmlə mövcud quruluşu dəyişmək olar, amma millətin zəkasında, hafizəsində dərin kök salmış mənəviyyatı zor gücünə başqası ilə əvəz etmək o millətin faciəsidir və zora, zülmə arxalananların özlərinin də son aqibətinin məhvi labüddür.

Bəxtiyar Xanızadə ucqar kənd təbibi olan Rəsulu, Ayan Mirqasımova onun sevgilisi lal Mədinəni, Fuad Poladov isə oynaq ağrılarından bərk əziyyət çəkən dəstə komandirini canlandırır. Təbibliyin sirlərinə irsən yiyələnən Rəsul müxtəlif otlarla kənd camaatını müalicə edən sakit təbiətli loğmandır. Amma rus qoşunlarının kəndə daxil olması onun bu sakitliyini pozur. Yeni qoyulan qayda-qanunlar onu qane etmir və nəticədə loğman ailəsinin şərəfi naminə vuruşa qalxır.

Rejissor özünün avropasayağı intellekti ilə milli xüsusiyyətlərini bir araya gətirə bilməyib. Filmdə yerli kalorit və mistika ilə barəbər Qərb mədəniyyəti və estetikasının təzahürlərini müşahidə etmək olar. Amma onların heç biri sonadək və dəqiqliklə işlənməyib. Bu yarımçıqlıq hətta personajların biri-biri ilə münasibətində və ünsiyyətində də özünü büruzə verir. Əslində, rejissor filmi təbib və komandir arasındakı konflikt üzərində qurur. Amma konfliktin kökünün – haradan və necə yarandığını verə bilmir, bu iki ziyalı insan arasındakı münaqişəni əsaslandırmır. Komandirin daxili əzabı, faciəsi isə yalnız fiziki və zahiri ağrılarla göstərilir. Onun mürəkkəb psixoloji problemlər ətrafında bütünlüklə manevr etmək imkanı olduğu halda, rejissor bundan istifadə etmir. Hətta fransız qadını(Səidə Vəlibəyova) ilə münasibətində də komandir anlaşılmaz və qeyri-səmimi təsir bağışlayır.

Komandirin və kəndə gələn sirk truppasının timsalında klassik Avropa kinosunun elementlərini görməmək olmaz. Furqon, baraban döyəcləyən cırtdan adam, gözüyaşlı kloun və güclü əzələlərini nümayiş etdirən pəhləvan istər-istəməz məşhur kinorejissor Federiko Fellinini xatırladır. Əgər komandir klassik və müasir Avropa filmlərinin bariz nümunəsidirsə, təbib tamamilə onun əksi – milli və müasir savaş filmləri qəhrəmanlarını özündə birləşdirən bir obrazdır. Sakit təbiətli, mərhəmətli loğman birdən-birə ədalət naminə vuruşan mübarizə çevrilir. Məhz birdən-birə. Çünki filmdə, ümumiyyətlə, konflikt və faciənin əsası qoyulmayıb.

Aktyor seçimində rejissor məqsədyönlü hərəkət edib. Baş rolları teatr aləminin ən qabaqcıl aktyorlarına tapşırıb. Personajların açılmasında ziddiyyətlər olsa da, üçlük təklif olunan şəraiti imkan daxilində əks etdirə bilib. Aktrisa Ayan Mirqasımova da lal Mədinənin "sözsüz" ağrılarını ifadə etməkdən çəkinməyib.[2]

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
1)2003-cü ildə Minskdə "Listopad" kinofestivalı
  • Ən yaxşı prodüser işinə görə rejissor və prodüser Oqtay Mirqasımova Mükafat verilmişdir.
  • Filmə "Mir" Dövlətlərarası telekanalın xüsusi Mükafatı verilmişdir.
2)2005-ci ildə Kazanda "Qızıl Minbər" I Beynəlxalq kinofestivalı
  • Filmə festivalın ən yüksək mükafatı olan "Qran-Pri" verilmişdir.
  • Aktrisa Ayan Mirqasımovaya ən yaxşı qadın roluna görə "Almaz Holdinq" Rusiya Zərgərlik Şirkətinin Mükafatı verilmişdir.
  • Filmi rejissor atasının xatirəsinə ithaf etmişdir.
  • Filmdə "Sapito" fransız mahnısı səslənir.
  • Filmin materialları "Belarusfilm" kinostudiyasında aşkarlanıb.
  • Filmin çəkilişinə Katex, Zarat, Dəmirçi kəndlərinin sakinləri köməklik göstərmişdir.
  • "Ovsunçu" ilk dəfə plana 1989-cu ildə düşsə də, çəkilişlərinə yalnız 2000-ci ilin avqustunda başlanılıb.
  • Musiqi Ha Lul Şel Daa Bul studiyasında yazılmışdır.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Quruluşçu rejissor: Oqtay Mirqasımov (Oqtay Mirqasım kimi)
İdeya və süjet: Oqtay Mirqasımov (Oqtay Mirqasım kimi)
Ssenari müəllifləri: Natiq Rəsulzadə, Oqtay Mirqasımov (Oqtay Mirqasım kimi), Rüstəm İbrahimbəyov
Quruluşçu operator: Kənan Məmmədov
Quruluşçu rəssam: Rafiz İsmayılov (Rafis İsmayılov kimi), Rafiq Nəsirov
Geyim rəssamı: Elçin Məmmədov
Bəstəkar: Elmar Fel
Səs operatoru: Nataliya Nuriyeva (Natalya Nuriyeva kimi)
Montaj edən: Tamara Nərimanbəyova
Prodüser: Oqtay Mirqasımov (Oqtay Mirqasım kimi), Xamiz Muradov(Xamis Muradov kimi)
İcraçı prodüser: Adil Qulami
Koordinator: Ənvər Həsənov, Çingiz Həsənov
Rejissor assistenti: Ötkəm İsgəndərov, Çingiz Hüseynov, Qəmər Mahmudova, Asif Rüstəmov, Lalə Şirinova
Operator assistenti: Tərlan Babayev, Sərvər Rəşidoğlu (Sərvər Quliyev kimi), Bəhruz Əliyev
Geyim üzrə assistent: Şahin Həsənli (rəssam), Elmira Balaməmmədova, Həyat Həsənova, Turi Lazareva
Montaj üzrə assistent: Lyudmila Lotina, Xalidə Cəfərova
İnzibatçı: Rafiq Musayev, Çingiz Əliyev, Heydər Dadaşov, Yevgeniya Botsmanova (Yevgeniya Bosmanova kimi), Nəriman Axundov, Konstantin Qavriş, Rüfət Əsədov, Fazil Əfşani
Sualtı çəkiliş: Yuri Varnovski (Yuri Varnauskas kimi)
Qrim rəssamı: Elbrus Vahidov
Pirotexnik: Əlibala Məmmədov, Rauf İbrahimov, Vaqif Qurbanov, Rəşid Kərimov
İşıqçı: Oruc Şahməmmədov, Niyazi Zeynalov, Rövşən Vahabov, Rüstəm Rüstəmov, Adil Dadaşov, Şəmsi Qədirov
Trük səhnələrinin quruluşu: Konstantin Kişşuk
Kaskadyor: Vladimir Karpoviç, Nikolay Sulimovski, İqor Sazonov, Konstantin Kişşuk
Musiqiçi: Elmar Fel, Şahsər Əmir, Teymur Fel, Oqtay Mirqasımov (Oqtay Mirqasım kimi)
Musiqi redaktoru: Rauf Əliyev, Oqtay Mirqasımov(Oqtay Mirqasım kimi), Gülüş Ağaməmmədova
Kadrarxası mətn: Rasim Balayev
Musiqilərindən istifadə edilən bəstəkar: Lüdviq van Bethoven, Cüzeppe Verdi, Rucero Leonkavallo
Tərcüməni səsləndirən: Eldost Bayramov
Bəxtiyar Xanızadə — Rəsul
Fuad Poladov — Aslan
Ayan Mirqasımova (Ayan Mirqasım kimi) — Mədinə
Eldəniz Rəsulov — Şaban
Yuri Baliyev — Artyom
Səidə Vəlibəyova — Sofi
Məmməd Səfa — Qıvrımsaç
Murad Cəfərov — Rövşən
Fərid Tağıyev — Yasek
Aydın Əliyev — kuryer
İdris Rüstəmov — molla
Tariyel Qasımov — qonşu qoca
Mirzə Ağabəyli — xəstə
Yuri Omelçenko
İlqar Əhədov
Həsən Yaqubov
Emil Mürşüdlü
Salman Bayramov
Oleq Vorobjanski
Yevgeni Vorobjanski
Dmitri Bezzubov
Niyazi Abdullayev
Oqtay Mirqasımov (Oqtay Mirqasım kimi) — akkordeon çalan
Tofiq Bayramov
Yakov Şestakov
Qurban Məsimov — fokusçu
Kamran Qulamov
Nadir Əbdülrəhimbəyov
Fərəc Fərəcov — kəndli
Rita Əmirbəyova
Ənvər Həsənov
Çingiz Həsənov
Ötkəm İsgəndərov
Gəray Pəhləvan
Lətifə Əliyeva — kəndli qadın (titrlərdə yoxdur)

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Fəxrəddin Manafov — Rəsul (Bəxtiyar Xanızadə) (titrlərdə yoxdur)
Almaz Mustafayeva — Rövşən (Murad Cəfərov)(titrlərdə yoxdur)
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Çəkilişə köməklik edən qurumlar

[redaktə | mənbəni redaktə et]
"Belarusfilm" Kinostudiyası
"Azal Helicopter" Şirkəti
Balakən Rayon İcra Hakimiyyəti
Şamaxı Rayon İcra Hakimiyyəti
Nəsirəddin Tusi Adına Şamaxı Astrofizik Rəsədxanası
Qobustan Diyarşünaslıq Qoruğu
Nəbatat Bağı
Poçt Bank
Fuji-Color

Çəkilişə kömək edənlər

[redaktə | mənbəni redaktə et]
Səyavuş Kərimi
Yusif Şeyxov
Eldor Urazbayev
Rezo Çxeidze
Arif İbrahimov
Xalid Xəlilov
Mustafa Paraşov
  1. Natiq Rəsulzadə. Ev. Bakı: Çənlibel, 2012.
  2. "Bizim Əsr" qəzeti
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 378-379.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Azərbaycan filmlərinin siyahısı

Filmi izlə